Məhkəmə qərarları › İş №2(051)-1420/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1420/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1420/2021 12.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh : Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, hazırki iş üzrə cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 1070 manat pul vəsaiti alınaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, özünə məxsus həyətyanı sahəsində “çolpa” saxlayıb böyüdüb satmaqla ailələrini dolandırır. Hazırki iş üzrə Cavabdeh1 ondan bir neçə dəfə “çolpa” alıb sataraq pulunu verdiyindən aralarında münasibət yaranmışdır. Bu səbəbdən də 14.05.2021-ci il tarixdə Cavabdeh2 ilə birlikdə yaşadıqları ünvana gələrək 1370 manat dəyərində çolpa alaraq satıb pulunu 15.05.2021-ci il tarixdə verəcəyini bildirdi. Ancaq söz verdiyi gün pulunu vermədi. Pulunu qaytarması barədə xəbərdarlıq etdikdən sonra sözügedən məbləğin 300 manatını qaytardı. Cavabdehlərin ona borclu olmasını təsdiq edən səs yazıları da vardır. Yerdə qalan 1070 manat məbləğində pulu geri tələb etdikdə müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırır. Bundan sonra polis şöbəsinə müraciət etdi. Polis şöbəsindən bildirirlər ki, mülki iş olduğundan məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edir. Ona görə də məhkəmədən hazırki iş üzrə cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 1070 manat pul vəsaiti alınaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o, İddiaçı, həqiqətən, nisyə 1370 manat dəyərində “çolpa” almış və sonradan həmin borcundan 300 manat məbləğində geri qaytarmışdır. Lakin İddiaçı verdiyi “çolpa”lar söylədiyi kimi kök deyil, arıq olduğundan alıcılar ona pulunu verməmişlər. Etdiyi ticarət işindən ziyan çəkmişdir. Ona görə də borcunu qaytara bilməmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İşə əlavə olunmuş “CD-Disk”-lərə məhkəmə iclası zamanı cavabdehin razılığı ilə baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı 1370 manat dəyərində “çolpa”-nı nisyə götürmüş, sonradan həmin borcundan 300 manat qaytarmışdır. Hal-hazırda cavabdehin iddiaçıya 1070 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi nisyə alqısatqı müqaviləsi münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə tərəflərin izahatlarını və “CD-Disk”-lərdəki səs yazılarını dinləyib belə hesab edir ki, iddiaçı Cavabdeh1 nisyə 1370 manat dəyərində “çolpa” vermişdir. Cavabdeh isə sonradan həmin borcundan 300 manat məbləğində iddiaçıya qaytarmışdır. Lakin qalan 1070 manat məbləğində pulu geri qaytarmamışdır. İşə cavabdeh qismində əlavə edilmiş Cavabdeh2 isə hazırki mübahisəyə aidiyyatı yoxdur. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasənƏşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respblikası MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respblikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə nəticə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh1 1070 manat məbləğdə pul alınıb İddiaçı verilməlidir. İddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1070 (bir min yetmiş) manat məbləğdə pul alınıb İddiaçı verilsin. İddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar