Məhkəmə qərarları › İş №2(051)-143/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-143/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-143/2023 02.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı cavabdeh X6 və Pərakəndə satış mağazasına qarşı pul tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X7 və Pərakəndə satış mağazasına qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-cı il tarixində cavabdeh- X7 və Pərakəndə satış mağazasından 1(bir) ədəd 2630 kodlu- "Arçelik" soyuducusunu 1850(bir min səkkiz yцz əlli) manat pulu nağd şəkildə ödəməklə alıb . Həmin " Arçelik " soyuducusunu alarkən satici X1 cox keyfiyyətli olduğunu bildirdi ve onu inandırıb soyuducusunu 1850(bir min səkkiz yüz əlli) manata satıb. Həmin soyuducunu alarkən ona 3 illik zəmanət cek (talon) verilib. O hemin soyuducunu Mingəcevir şəhərində yaşadığı Nəsimi küçəsi-8 ünvanına gətirib qısa bir müddətdə işlətdikdən sonra soyuducuda ciddi nasazlıq (deffekt) hiss edib. 2018-cı ilin avqust ayında soyuducu cavabdeh X7 və Pərakəndə satış mağazası tərəfindən təmirə aparılıb .Soyuducu guya düzəldilib geri qaytarılıb . Həmin müddətdən az sonra soyuducuda tez-tez nasazlıq yaranıb sonda sıradan çıxıb. Məhkəmədən Cavabdeh-X7 və Pərakəndə satış mağazasından 1850 (bir min səkkiz yüz əlli) manat pulun ondan alınaraq ona ödənilməsi və iddiaya baxılması üçün ödənilmiş 30 (otuz) manat rüsumun X7 və Pərakəndə satış mağazasından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, cavabdeh X6 və Pərakəndə satış mağazası qiyməti 1850 manat olan “ Arçelik ” soyuducusunu yenisi ilə əvəz edib , cavabdehə qarşı heç bir tələb və şikayətləri YOXdur və iddia ərizəsinin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasnı mümkün sayır. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını tam, hər tərəfli obyektiv araşdıraraq müəyyən etdi ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin maraqlarına toxunmadığından qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiadan imtina qəbul edilsin. İddiaçı cavabdeh X6 və Pərakəndə satış mağazasına qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar