Məhkəmə qərarları › İş №2(051)-1432/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1432/2020

14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1432/2020 14.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(051)-878/20l7 nömrəli qətnaməsi ilə cavabdeh- Ağdaş rayonu Qarağarı-Saatlı kəndində yaşayan Cavabdeh ilə birgə nikahlarından anadan olmuş uşaqlarının xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çalana kimi saxlanılması üçün Cavabdeh onun xeyrimə qət edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq həmin uşağın 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnaməçıxarılmasınıxahişetmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki,Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-878/2017 nömrəli qətnaməsi ilə xx xxxx 2011-ci il təvəllüdlü uşağı X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağdaş rayonu, Qarağan-Saatlı kənd sakini Cavabdeh onun xeyrimə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaq azyaşlı və yetkinlik yaşına çatmadığından və üzüm heç bir yerdə işləmədiyindən həmin məbləğə uşağın saxlanılmasında, yəni uşağın fiziki və əqli cəhətdən sağlam böyüməsində, qidalanmasında, təhsilində və vaxtlı-vaxtında müayinə və müalicə olunmasında, müəyyən olunmuş alimentlə indiki zamanda uşağın tələbatının ödənilməsi mümkün olmadığından, eləcə də bütün gündəlik tələbat mallarının qiymətlərinin xeyli məbləğdə artdığından, yəni keçən müddətdə şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətimi daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına, həyətlərində və pay torpaq sahələrində quraşdırdıqları istixanalarda (parnik) il boyu kənd təsərrüfatı məhsullarının yetişdirilib satılması ilə və digər gəlirli işlərlə məşğul olmasına və gəliri həddindən artıq çox olmasına baxmayaraq uşağın saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2017ci il tarixli 2(051 )-878/20l 7 nömrəli qətnaməsi ilə cavabdeh- Ağdaş rayonu Qarağarı- Saatlı kəndində yaşayan Cavabdeh ilə birgə nikahlarından anadan olmuş uşağın xx xxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çalana kimi saxlanılması üçün Cavabdeh onun xeyrimə qət edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq həmin uşağın 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 X2 cəza çəkdiyi üçün məhkəmə iclasına gəlməsi qeyri-mümkün olmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, hazırda da azyaşlı X8 iddiaçının himayəsindədir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2011-ci ildə anadan olmuşdur. Həmin şəhadətnamədə uşağın atası kimi Cavabdeh göstərilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xx xxxx 2011-ci ildə anadan olmuş uşağı X5 atası olması müəyyən edilsin. Uşağın doğum akt qeydində ata kimi Cavabdeh yazılması, xx xxxx 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş Ağdaş rayon məhkəməsinin 2(014)-12/2020 saylı qərardan görünür ki, Ağdaş rayon məhkəməsinin 1(014)-48/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh təyin olunmuş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM0nin 52/1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla yeddi ay iyirmi altı müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 X3 xx/xx-3534 №-li xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, müəssisədə təsərrüfat sahəsində iş yerləri məhdud sayda olduğundan məhkum Cavabdeh işlə təmin edilməmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, aliment kəsildikdən sonra birgə nikahdan doğulmuş Əladəm adlı uşaq anası İddiaçı yanında qalmışdır. xx xxxxx 2017-ci il tarixdə çıxarılmış qətnaməyə əsasən Cavabdeh 120 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Ağdaş rayon İcra şöbəsində icra işi açılmış və icraata başlama barədə qərar məhkəməyə daxil olmuşdur. Cavabdeh təyin olunmuş alimenti ödəyə bilmədiyi üçün Azğdaş Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, sonradan həmin cəzanı lazımi qaydada icra etmədiyi üçün 7 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkəmə zalından həbs edilmişdir. Hazırda cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 X2 cəza çəkir. Cavabdeh cəza çəkdiyi müəssisədə işlə təmin olunmamış və hər hansı gəliri olması iş materiallarında olan sənədlərlə öz əksini tapmamışdır. Qanunun tələbindən də bilindiyi kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materialları müqayisəli təhlil olunduqda müəyyən olunmuşdur ki, tərəflərin qətnamə çıxadıqdan sonra maddi vəziyyətində hər-hansı müsbətə doğru dəyişiklik olması müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən öz maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə sübut təqdim etməmişdir. Əksinə cavabdehim maddi vəziyyəti mənfiyə doğru dəyişmişdir. Cavabdeh aliment borcunu ödəyə bilməməsi nəticəsində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və müəssisədə işlə təmin olunması mümkün olmadığı üçün işləyə bilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsinə və alimentin artırılmasına heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar