Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1435/2023 20.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır, o cavabdehlə nikahları Mingəçevir şəhər məhkəməsinin 25 fevral 2015-ci tarixli qətnaməsi ilə pozulmuşdur. Sözügedən qətnamə ilə birgə nikahlarından olan 22 iyun 2007-ci il təvəllüdlü X2 onun yanında qalması müəyyən edlmişdir. Ağcəbədi rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılmasçı üçün 100 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Lakin həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir və uşağı saxlamaqda maddi çətinlik çəkir. Bu da uşağın normal inkişafına və problemlərinin həllinə maneçilik törədir. Özü işləmir, uşaq böyüdükcə əlavə xərclərə ehtiyaçı vardır. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcmini azaldaraq məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və X2 yetkinlik yaşına çatanadək saxlanılmasçı üçün 150 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Mingəçevir qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 964772 saylı, xx.xx.2007-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X3 adlı uşaqları var. İş materiallarında olan Ağcəbədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(017)- 2280/2016 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, iiddaçının cavabdehlə nikahları Mingəçevir şəhər məhkəməsinin 25 fevral 2015-ci tarixli qətnaməsi ilə pozulmuşdur. Sözügedən qətnamə ilə birgə nikahlarından olan 22 iyun 2007-ci il təvəllüdlü X2 onun yanında qalması müəyyən edlmişdir. Ağcəbədi rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılmasçı üçün 100 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Belə ki, iddiaçı işləmir, uşağın isə böyüdükçə əlavə xərclərə ehtiyaçı vardır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi olduğu çün iddiaçı tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istəlinən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir və məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılaraq iddiaçının tələb etdiyi miqdarda hər ay 150 manat müəyyən edilməsi ədaləti və məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Ağcəbədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(017)-2280/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 150 manat müəyyən edilsin və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsinə aldığı vaxdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1435/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1435/2023
20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver