Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1439/2024 25.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində xx.xx.2020-ci il tarixdən sonrakı müddət üçün ona verilməli olan pulun hesablanıb ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən sonrakı müddət üçün hər ay qanunvericiliklə müəyyənləşdirilmiuş qaydada hesablanmış zərərə görə ödənc cəmi 3798 manat və 58 manat dövlət rüsumunun cavabdehdən Azərkabel ASC-dən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, o, 1 yanvar 1989-cu il tarixdə Azərkabel ASC-də 4 nömrəli sexdə İİİ dərəcəli örtükçəkən peşəsi üzrə əmək funksiyasını yerinə yetirərkən xəsarət almışdır. Xəsarət almağıyla bağlı bədbəxt hadisənin araşdırılması haqda akt tərtib olunaraq Azərbaycan Respublikasının ƏƏSM-in T.S.E.K tərəfindən 6 may 1993-cü il tarixdə müddətsiz olaraq əmək qabiliyyətinin 60% itirilməsi qərara alınmışdır. Azərkabel ASC iş qabiliyyətini 60% itirdiyinə görə hər ay 150 (bir yüz əlli) manat zərərə görə aylıq ödəniş ödənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlakolmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərlərinin və məbləğinin təsdiq edilməsi haqqında 03 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarında təsbit edilmişdir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təsdirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət və bu zərə təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ödənilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Belə ki, Azərkabel ASC-nin təqdim etdiyi 2019-cu il üçün təsdiq edilmiş ştat cədvəlində əmək xəsarəti almazdan əvvəl işlədiyi örtükçəkən peşəsi üzrə orta əmək haqqının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan 14, 15 gün üçün 250 (iki yüz əlli) manat təşkil etdiyi üçün həmin müddət ərzində hər ay 150 (bir yüz əlli) manat (250x60%) məbləğində ödənilən zərərə görə aylıq ödənc qanunauyğun hesablanıb ödənilmişdir. Lakin 2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün təsdiq edilmiş ştat cədvəllərində həmin peşə üzrə ştat ləğv edildiyi və peşə qrupu olaraq fəhlə peşəsi üzrə orta əmək haqqının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 10 ay üçün 300 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8 ay üçün 310 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay üçün 370 manat, xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək 19 ay gün 420 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 8 ay üçün 470 manat təşkil etmişdir. Hesablanan dövr üzrə zərərə görə aylıq ödəncin məbləği qanunvericiliyin tələblərinə əsasən 10 ay müddətində 180 manat (300x60%), 8 ay müddətində 186 manat (310x60%), 3 ay müddətində 222 manat (370x60%), 19 ay müddətində 252 manat (420x60%), son xx.xx.2024-cü il tarixədək 8 ay müddətində 282 (470x60%) müəyyən olunduğu halda ona aylıq ödənc 150 manat ödənmişdir. Həmçinin sözügedən son 4 il (48 ay) üçün qanunvericiliyin tələbinə uyğun olaraq cəmi məbləğ 10998 manat (10x180) + (8x186) + (3x222) +(19x252) + (8x282) müəyyən olunduğu halda Azərkabel ASC tərəfindən ona 3798 manat əskik, yəni 7200 manat məbləğində zərərə görə ödənc ödənmişdir. Beləliklə Azərkabel ASC-nin rəhbərliyi ona istehsalatda əmək xəsarəti nəticəsində əmək qabiliyyətinin azalması nəticəsində dəyən ziyanın əvəzi olaraq müəyyən edilmiş aylıq ödənc qanunverilikdə nəzərdə tutulmuş qaydaları nəzərə almadan əskik hesablayıb ödəmişdir. Odur ki, məhkəmədən xx.xx.2020-ci il tarixdən sonrakı müddət üçün hər ay qanunvericiliklə qaydada cavabdehdən Azərkabel ASC-dən 3798 manat məbləğində pulun və 58 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, ona hər dəfə 500 olmaqla, cəmi 1000 manat ödəniş edilmişdir. Həmin puldan cəmi 2798 manat qalmışdır. Məhkəmədən iddiatələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, lakin Əvvəlki məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X6 bildirdi ki, o, iddiaçıya 2-3 ərzində 1000 manat vermişdir. Hazrda müəssisənin nəzərdə tutulmuş gəliri vermək üçün gəliri yoxdur. Cəmiyyətin sadəcə adı vardır, onlar işləmirlər. Ona görə də məhkəmədən qətnamə çıxarılarkən qeyd edilənlərin nəzərə alınması xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran regional şöbəsinin 08 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə 4 nömrəli sexdə 3-cü dərəcəli örtükçəkən peşəsi üzrə əmək funksiyalarını yerinə yetirərkən istehsalatda əmək xəsarəti almağı ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması barədə müvafiq aktın tərtib olunduğu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 595 nömrəli müayinə aktından çıxarışda əmək qabiliyyətinin müddətsiz olaraq 60% itirdiyinin qərara alındığı müəyyən oldu. Araşdırma zamanı məlum oldu ki, Cavabdeh ASC-nin 08 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə İddiaçı xx.xx.2019-cu il tarixdən orta əmək haqqı olaraq minimum əmək haqqının, yəni 250 manatın 60%-i miqdarında, yəni 150 manat məbləğində zərərə görə aylıq ödənc müəyyən edilmişdir. Lakin 2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün təsdiq edilmiş ştat cədvəllərində həmin peşə üzrə ştatın ləğv edildiyi və peşə qrupu olaraq fəhlə peşəsi üzrə orta əmək haqqının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 10 ay üçün 300 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8 ay üçün 310 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay üçün 370 manat, xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək 19 ay gün 420 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 8 ay üçün 470 manat təşkil etmişdir. Hesablanan dövr üzrə zərərə görə aylıq ödəncin məbləği qanunvericiliyin tələblərinə əsasən 10 ay müddətində 180 manat (300x60%), 8 ay müddətində 186 manat (310x60%), 3 ay müddətində 222 manat (370x60%), 19 ay müddətində 252 manat (420x60%), son xx.xx.2024-cü il tarixədək 8 ay müddətində 282 (470x60%) müəyyən olunduğu halda ona aylıq ödənc 150 manat ödənmişdir. Beləliklə, sözügedən 4 il (48 ay) üçün qanunvericiliyin tələblərindən uyğun olaraq cəmi məbləğ 10998 manat (10 x 180) + (8 x 186) + (3 x 222) + (19 x 252) + (8 x 282) müəyyən olunduğu halda, İddiaçı 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat əksik, yəni 7200 məbləğində zərərə görə ödənc ödənilmişdir. Eyni zamanda Cavabdeh ASC-yə əmək hüquqlarının pozulmasıilə bağlı xx.xx.2024-cü il tarixli icrası məcburi olan göstəriş xarakterli məktub ünvanlanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 8 saylı Mingəçevir şəhər müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı əmək qabiliyyətini 60% həddində itirmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilib. AR VN 11 saylı Ərazi Vergilər Departamentin tərəfindən xx.xx.2019-cu il tarixində təsdiq edilmiş -nizamnamədən görünür ki, Cavabdeh ASC-nin direktoru R.B.Əliyevdir. İşdə olan 03 aprel 2017-ci il tarixli daşınar əmlakların alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 Cavabdeh ASC-yə məxsus olan avadanlıqları, maşın və mexanizmləri 197000 manata X1. Alıcı isə həmin qiymətə aldı. İşdə olan 01 mart 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ASC Mingəçevir şəhəri H.Əliyev prospekti 65-də yerləşən, sahəsi 4000 kv.metr olan bir mərtəbəli 4 saylı istehsal sexini "xxxx" MMC-yə icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən icarə müqaviləsinin aylıq məbləği hər kv.metr üçün 2.36 manat müəyyən edilməklə, müqavilənin qüvvədə olduğu müddət xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı xx.xx.1989-cu il tarixdə 4 nömrəli sexdə 3-cü dərəcəli örtükçəkən peşəsi üzrə əmək funksiyalarını yerinə yetirərkən istehsalat xəsarəti almış, əmək qabiliyyətinin 60%-ni itirmişdir. Cavabdeh ASCnin 08 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə İddiaçı xx.xx.2019-cu il tarixdən orta əmək haqqı olaraq minimum əmək haqqının, yəni 250 manatın 60%-i miqdarında, yəni 150 manat məbləğində zərərə görə aylıq ödənc müəyyən edilmişdir. Lakin 2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün təsdiq edilmiş ştat cədvəllərində həmin peşə üzrə ştatın ləğv edildiyi və peşə qrupu olaraq fəhlə peşəsi üzrə orta əmək haqqının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 10 ay üçün 300 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8 ay üçün 310 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay üçün 370 manat, xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək 19 ay gün 420 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 8 ay üçün 470 manat təşkil etmişdir. Hesablanan dövr üzrə zərərə görə aylıq ödəncin məbləği qanunvericiliyin tələblərinə əsasən 10 ay müddətində 180 manat (300x60%), 8 ay müddətində 186 manat (310x60%), 3 ay müddətində 222 manat (370x60%), 19 ay müddətində 252 manat (420x60%), son xx.xx.2024-cü il tarixədək 8 ay müddətində 282 (470x60%) müəyyən olunduğu halda ona aylıq ödənc 150 manat ödənmişdir. Beləliklə 4 il (48 ay) üçün qanunvericiliyin tələblərindən uyğun olaraq cəmi məbləğ 10998 manat (10 x 180) + (8 x 186) + (3 x 222) + (19 x 252) + (8 x 282) müəyyən olunduğu halda, İddiaçı 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat əksik, yəni 7200 məbləğində zərərə görə ödənc ödənilmişdir. İddiaçı sağlamlığına müəssisədə işləyən zaman istehsalat vaxtı vurulmuş zərərin qalıq hissəsinin tam məbləğdə ödənilməsini xahiş edir. Cavabdeh tərəf isə iddiaçıya həmin məbləğdən cəmi 1000 manat ödəniş etməklə və əvvəlki məhkəmə iclasında verdiyi izahatda qalan məbləğin ödəməyə müəssisənin imkanı olmadığını bildirməklə iddia tələbini etiraf edərək təsdiq etmişdir. Bundan başqa məhkəmə iş materiallarını təhlil edərək hesab edir ki, cavabdeh tərəfin müəssisənin işləmədiyini sadəcə adının olduğunu söyləməsi reallığı əks etdirmir. Belə ki, işə əlavə olunmuş sənədlərdən müəssisənin icarəyə verdiyi əmlakları olduğu və cavabdehin verdiyi izahatında orada çalışan işçilərin olduğu məlum olur. Həmçinin həmin müəssisənin iflas olmasına dair məhkəməyə heş bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti, yəni iddiaçının şikəstliyi 1989cu il tarixindən yarandığından, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına, yəni 1964-cü il Mülki Məcəllənin müddəalarına istinad olunmalıdır. AR MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 456-cı maddəsinə əsasən şəxsin səhhətinə şikəstlik və ya sair xəsarət yetirilən halda, ziyan üçün məsuliyyət daşıyan təşkilat və ya vətəndaş ziyan çəkənin əmək qabiliyyətinin itməsi və ya azalması nəticəsində əldən çıxan qazancını ödəməli, habelə səhhətinin pozulması ilə əlaqədar çəkdiyi xərcləri (qüvvəli yeməklərin, protezlərin, kənar şəxsin ona verdiyi xidmətin və s. xərclərini) ödəməlidir. Qəsdən cinayətkar hərəkət nəticəsində vətəndaşın səhhətinə ziyan vurulduqda (zəruri müdafiə həddini aşdıqda və zərər çəkənin qanunsuz hərəkətləri ilə əlaqədar olaraq qəflətən baş verməş güclü ruhi həyəcan vəziyyətində ziyan vurulması istisna edilməklə), bu cinayətə görə məhkum edilmiş şəxs ziyan çəkənin stasionar müalicəsi üçün sərf olunmuş vəsaiti dövlət mədaxilinə ödəməlidir. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən ziyan çəkmiş şəxsin əmək qabiliyyətinin azalması ilə əlaqədar olan, habelə ölümlə əlaqədar olaraq vurulmuş ziyanın alınması aylıq ödəmələr yolu ilə həyata keçirilir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət: 1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir 3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh, İddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyindən və ona görə də İddiaçı istehsalat qəzası nəticəsində dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003–cü il 03 yanvar tarixli 3 nömrəli qərarının 1.1–ci bəndinin 3–cü hissəsinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra – istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra–təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədən kənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qərarın 1.1–ci bəndinin 4–cü hissəsinə əsasən zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydası: 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarının 3.5–ci bəndinin tələbinə görə istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Göründüyü kimi istinad olunan normaların tələbinə görə istehsalatda baş vermiş bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzi, yalnız işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını təmin etməyən və ona görə təqsirli sayılan işəgötürən tərəfindən ödənilməlidir. Ona görə də hazırda da, İddiaçı sağlamlığının pozulması nəticəsində əmək qabiliyyətinin 60 faizini daimi olaraq itirdiyinə görə Cavabdeh ASC tərəfindən ona peşəsi üzrə orta əmək haqqı üzrə aylıq ödənc kimi 150 manat deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən verilmiş cavab məktubuna əsasən, 4 il (48 ay) üçün qanunvericiliyin tələblərinə uyğun olaraq cəmi məbləğ 10998 manat (10 x 180) + (8 x 186) + (3 x 222) + (19 x 252) + (8 x 282) müəyyən olunduğu halda, İddiaçı 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat əksik, yəni 7200 məbləğində zərərə görə ödənc ödənilmişdir. Bundan başqa iddiaçı ona verilməli olan puldan məhkəməyə iddia verildikdən sonra cavabdeh tərəfindən cəmi 1000 manat ödəniş edildiyini məhkəmə iclası zamanı bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbində göstərilən məbləğin 1000 manat hissəsi artıq ödənildiyindən, iddia qismən təmin edilməli İddiaçı 2798 manat məbləğində pul Cavabdeh ASC tərəfindən ödənilməli, iddia qlan hissədə təmin edilməməlidir. Bundan başqa məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən ödənilmiş 47,98 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 227 və 233–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı xeyrinə xx.xx.2020-ci il tarixdən sonrakı müddət üçün hər ay qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış zərərə görə ödənc cəmi 2798 (iki min yeddi yüz doxsan səkkiz) manat Cavabdeh ASC-dən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən dövlət rüsumunun əvəzi olan 47,98 (qırx yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1439/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1439/2024
25.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver