Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1441/2022 25.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 38 saylı evin, 198 saylı mənzilin-yeni qaydalarla: AZ-1129 ünvan 1 ünvanında yerləşən mənzilin, ünvan 2i yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinin və AC 359167 nömrəli texniki pasporta əsasən Mercedes Benz C-280 markalı, ** GK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və qeyd olunan əmlakların miras əmlak kimi qəbul edilməsi üçün buraxılmış müddətin gecikdirilməsinin səbəbinin üzrlü hesab olunmaqla uzadılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 38, mənzil 198 -yeni qaydalarla: AZ-1129 ünvan 4, ünvan 2i yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsi və AC 359167 nömrəli texniki pasporta əsasən, Mercedes Benz C-280 markalı, ** GK *** dövlət qeydiyyat nişanlı minik avtomobili atası X3 mülkiyyətində olmuşdur. X16 16 mart 2018-ci il tarixdə vəfat etmiş, bu barədə AZ-1 № 928984 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Atası vəfat etdikdən sonra qeyd olunan əmlaklar miras əmlak kimi onun tərəfindən qəbul edilərək idarə olunmuşdur. Lakin hüquqi savadı olmadığı üçün notariat kontoruna mirasın qəbul edilməsi üçün vaxtında müraciət edə bilməmişdir. Bundan sonra o, anası və qardaşı ilə razılaşaraq notariat kontoruna mirasın qəbulu üçün müraciət etmişdir. Lakin notariat kontoru ona mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyünü bildirmiş və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia ərizəsinin təmin olunmasını, mərhum atası X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 38 saylı evin, 198 saylı mənzili-yeni qaydalarla: AZ-1129 Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 18, 15 saylı mənzilinin, m2; ünvan 2i yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinin və AC 359167 nömrəli texniki pasporta əsasən, Mercedes Benz C-280 markalı, ** GK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və qeyd olunan əmlakların miras əmlak kimi qəbul edilməsi üçün buraxılmış müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab olunmaqla uzadılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs X11 iştirak etdiyi məhkəmə iclası zamanı izahatında miras əmlakların yalnız iddiaçı tərəfindən faktiki qəbul edilməsini etiraf edərək iddia ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs X9 da iştirak etdiyi məhkəmə iclası zamanı izahatında miras əmlakların məhz iddiaçı tərəfindən faktiki qəbul edilməsini faktını etiraf etdi və iddia ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li MA seriyalı Çıxarışdan görünür ki, ünvan 3 ünvanda olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 89.79 kv.m yaşayış, 106.43 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə yaşayış evi və torpaq sahəsinin ¼ hissəsi X5, torpaq sahəsinin ¼ hissəsi X3, torpaq sahəsinin ¼ hissəsi X4 və torpaq sahəsinin ¼ hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 38, mənzil 198 -yeni qaydalarla: AZ-1129 ünvan 4 ünvanda olan 78.70 kv.m ümumi sahədən ibarət olan mənzil tam mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İşdə olan “Babək -94” MKM-in direktoru Novruzov V.B tərəfindən İddiaçı verilmiş 07 iyul 2022-ci il tarixli arayışdan görünür ki, həqiqətən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 38, mənzil 198-də 2007-ci ildən yaşayır. 2011-ci ildən etibarən bütün kommunal ödənişlər İddiaçı tərəfindən ödənilir. İşdə olan İİİ-JQ № 345954 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X5 nikahları xx.xx.1984-cü il tarixdə Şəki şəhəri VVAQ şöbəsində bağlanmış və 134 nömrə ilə qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə, X9 isə xx.xx.1985-ci il tarixdə X10 ilə X5 birgə nikahından doğulmuşdurlar. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 928984 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 2100 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Yevlax RQİ və TBŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AC 359167 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (texniki pasportun) surətindən görünür ki, “Mercedes Benz C-280 markalı, ** GK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi X6r. İşdə olan portaldan çıxarılmış cərimə protokollarından görünür ki, “Mercedes Benz C-280 markalı, ** GK *** dövlət qeydiyyat nişanlı minik avtomobilini AC 050084 nömrəli sürücülük vəsiqəsi ilə İddiaçı idarə etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 İddiaçı, həmçinin üçüncü şəxslər X8 və X7 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 38 saylı evin, 198 saylı mənzili-yeni qaydalarla: AZ-1129 Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 18, 15 saylı mənzili, m2; ünvan 2i yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsi və AC 359167 nömrəli texniki pasporta əsasən Mercedes Benz C-280 markalı, ** GK *** dövlət qeydiyyat nişanlı minik avtomobili miras qalmışdır. İddiaçı həmin əmlakları miras əmlak kimi faktiki qəbul etmişdir. Üçüncü şəxslər isə mirasın yalnız iddiaçı tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 38 saylı evin, 198 saylı mənzili-yeni qaydalarla: AZ-1129 Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 18, 15 saylı mənzilinin, m2; ünvan 2i yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinin və AC 359167 nömrəli texniki pasporta əsasən, Mercedes Benz C-280 markalı, ** GK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X3 birinci növbəli qanun üzrə vərəsələri olan X11 və X9 mərhum Həsrət Qafarovdan qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız iddiaçı tərəfindən faktiki qəbul edilməsini təsdiq etmişlər. Məhkəmə, həmçinin mirasın qəbul edilməsi müddəti ilə bağlı qeyd edir ki, iddiaçı müddətin uzadılması ilə miras əmlakın faktiki qəbul etməsinin müəyyən edilməsini istəmişdir. Halbuki, iddiaçı tərəfindən miras əmlak faktiki olaraq vaxtında qəbul edildiyindən, miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının gözləntisi məhkəmə tərəfindən onun miras əmlakın vaxtında faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsidir. Ona görə də məhkəmə hazırkı iddia ərizəsi üzrə iddiaçının miras əmlakı vaxtında faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsini, iddianın təmin edilməsi kimi nəzərə alır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilsin. X1 miras qalmış, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 38 saylı evin, 198 saylı mənzili-yeni qaydalarla: AZ-1129, ünvan 5 ünvanında yerləşən mənzilin, ünvan 6şayış evinin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinin və AC 359167 nömrəli texniki pasporta əsasən Mercedes Benz C-280 markalı, ** GK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yalnız İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1441/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1441/2022
25.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver