Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1445/2020 24.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı iştirak ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh onunla qonşuluqda yaşayır. Cavabdeh bir neçə il bundan əvvəl onların evinə gələrək ondan qızıl-zinət əşyaları istədi. Bildirdi ki, toya gedir, qayıdan kimi qızılları qaytaracaqdır. Cavabdeh ondan əvvəl borc pul almışdı, lakin dəfələrlə tələb etməsinə baxmayaraq qaytarmamışdır. Acaq qonşu olduğuna görə inanıb cavabdehə 40 qramlıq boyunbağı, 2 ədəd 8 qramlıq qırmızı qaşlı üzük və 1 ədəd 8 qramlıq yaşıl rəngli üzük verdi. Cavabdeh qızılları ondan alıb aparsa da bu vaxta kimi qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur oldu. İddianın təmin olunmasını, 1 ədəd 40 qramlıq bismaq boyunbağı, 2 ədəd 8 qramlıq qırmızı qaşlı üzük və 1 ədəd 6 qramlıq yaşıl qaşlı üzüyün cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına bildiriş göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İşdə olan “xxxx” MMC-nin 123 №li xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının cəmi qiyməti 3240 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı cavabdehin ondan 4 adda - 1 ədəd 40 qramlıq boyunbağı, 2 ədəd 8 qramlıq qırmızı qaşlı üzük və 1 ədəd 8 qramlıq yaşıl rəngli üzük aldığını, lakin qaytarmadığına görə həmin qızılzinət əşyaları cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı öz tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etmədi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh toya getdiyinə görə müvəqqəti istifadə üçün ondan qızıl-zinət əşyalarını almış, lakin qaytarmamışdır. İddia ərizəsində isə göstərmişdir ki, cavabdeh ona olan pul borcunu qaytarmaq məqsədilə qızıl-zinət əşyalarını banka girov qoyub pul götürmək adı ilə ondan almışdır. Məhkəmə iddiaçının ərizəsində göstərdikləri ilə məhkəmə iclasında verdiyi izahat arasındakı ziddiyyəti, aralarında pul borcu ilə bağlı mübahisələr olduğu halda cavabdehə qızıl-zinət əşyaları verməsini inandırıcı olmamasını, tələbinin əsaslandıran sübut təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsassızdır. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı iş üzrə» xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi hər hansı bir sübutla təsdiq olunmadığına, əsassız olduğuna görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1445/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1445/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver