Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1456/2021 06.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Föqaladə Hallar Nazirliyinə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarma və mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş madi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Föqaladə Hallar Nazirliyinə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarma və mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş madi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya notariat qaydada təsdiqlənmiş sürətləri təqdim edilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, iddiaçı iddia ərizəsinə öz tələbini əsaslandırdığı hallara dair sənədlərin lazımı qaydada təstiq olunmamış ksero surətini əlavə etmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası Föqaladə Hallar Nazirliyinə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarma və mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş madi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov Mingəçevir şəhəri, M.Hüseyn küçəsi ev 7, mənzil 40 Əhmədov Şahlar hümmət oğlu X3 Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2 (051)-4594 saylı qərardadın surəti Sizə göndərilir. Qoşma: Qərardad -1 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Mingəçevir şəhəri, M.Hüseyn küçəsi ev 7, mənzil 40 Əhmədov Şahlar hümmət oğlu X3 Mingəçevir şəhər məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2 (051)-4594 saylı qərardadın surəti Sizə göndərilir. Qoşma: Qərardad -1 (bir) vərəq. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov İş № 2 (051)-4594/2016 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 15 sentyabr 2016-cı il Mingəçevir şəhəri Mingəçevir şəhər məhkəməsi Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X4, İddiaçılar Əhmədov Şahlar hümmət oğlu və X3 cavabdeh X2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxılır. İclas saat 15:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və iddiaçılar Əhmədov Şahlar hümmət oğlu və X3 cavabdeh X2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxılacağını elan edir. Sədrlik edən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı oxuyub elan edir. Sədrlik edən məhkəmə iclasını saat 15:15-də bağlı elan edir. Protokol 15.09 .2016-cı il tarixdə tərtib edildi. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(051)-1456/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1456/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver