Məhkəmə qərarları › İş №2(051)-1464/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1464/2023

24.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1464/2023 24.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras əmlakın bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinin digər ½ hissəsinin bütövlükdə onun – X13 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka dair digər vərəsələr nəzərə alınmadan bütövlükdə X6 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinin ½ hissə onun, ½ hissə isə X1nın müıkiyyətindədir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra onun payına düşən mənzilin ½ hissəsinə o sahiblik etmiş, mirası o qəbul etmişdir. Belə ki, o, qardaşlarına mənzildən düşən payı ödəmişdir. Eyni zamanda anasına o baxmışdır. Anasının yasını da o vermişdir. Onun xəstəlik və yas xərclərini o ödəmişdir. Anası vəfat etdikdən sonra ondan miras qalan mənzildən o istifadə etmişdir. Bacı-qardaşları müxtəlif ünvanlarda yaşayırlar. O isə anasının vəfatından sonra qeyd olunan miras əmlakı qəbul edərək ondan ardıcıl surətdə istifadəni davam etdirir. Beləliklə, o miras əmlakı faktiki olaraq qəbul etmiş və hazırda həmin əmlaka faktiki sahiblik edir, idarəçiliyi və digər saxlanıılma işlərini həyata keçirir. Qeyd etdiyi kimi mərhumun ondan başqa qanuni vərəsələri vardır. O, miras əmlakla bağlı notariusa müraciət etmişdir. Ona xx.xx.2023-cü il tarixli, 134 saylı məktubla məhkəməyə müraciət etməyi barədə cavab verilmişdir. Hazırda vərəsəlik haqqında şəhadətnamə almaq üçün miras əmlakın o tərəfdən qəbul olunması faktı müəyyən edilməlidir. Həmin faktı başqa qaydada təsdiq etmək mümkün olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinin digər ½ hissəsinin bütövlükdə onun – X13 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka dair digər vərəsələr nəzərə alınmadan bütövlükdə X6 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İşə üzrə cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair iddiası əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş AZ-İİ seriyalı 300828 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə insulindən asılı olmayan şəkərli diabet, koma ilə Mingəçevir şəhərində ölmüşdür. İşə əlavə olunmuş AZ-İİ 256489 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə Cəbrayıl rayonunda ölmüşdür. İşə əlavə olunmuş AZ-İ seriyalı, 692562 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X13 arasında nikah 26 noyabr 2011-ci il tarixdə 449 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İşə əlavə olunmuş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, verilir X9 ondan ötrü ki, Mingəçevir şəhəri, X.Əliyev küçəsində istifadədə olan 0.032 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, 35.65 kv.m ümumi 25.91 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X4 ½ hissə, X6 ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ailə vəziyyəti haqqında arayışdan görünür ki, X4 əri X11 ölüb, oğlu X16 ölüb, qızı X13, qızı Cavabdeh4, oğlu Cavabdeh2, oğlu Cavabdeh3, qızı Cavabdeh5 vardır. İşə əlavə olunmuş X12 tərəfindən yazılmış ərizədən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə vəfat edib. Ondan miras əmlak qalmışdır. O, X12 nəzərə çatdırır ki, onun ölümündən sonra qalmış mirasdan bütövlükdə digər vərəsə İddiaçı xeyrinə imtina edir. İşə əlavə olunmuş X15 tərəfindən yazılmış ərizədən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə vəfat edib. Ondan miras əmlak qalmışdır. O, mirasdan bütövlükdə digər vərəsə bacısı İddiaçı xeyrinə imtina edir. İşə əlavə olunmuş Cavabdeh2 tərəfindən yazılmış ərizədən görünür ki, paylı mülkiyyət hüququ ilə X1na və bacısı X9 məxsus olan ünvan 2 ünvanında yerləşən 5 saylı mənzildən ona düşən payını almışdır. ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. İşə əlavə olunmuş Cavabdeh3 tərəfindən yazılmış ərizədən görünür ki, paylı mülkiyyət hüququ ilə X1na və bacısı X9 məxsus olan ünvan 2 ünvanında yerləşən 5 saylı mənzildən ona düşən payını almışdır. ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. İşə əlavə olunmuş X16 tərəfindən yazılmış ərizədən görünür ki, mərhum atası X5 miras əmlakından və X1na məxsus olan mənzildən ona çatası payını almışdır. Heç bir iddiası yoxdur. Xahiş edir ki, bu nəzərə alınsın. Gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Elxan Hüseynovun 24 yanvar 2023-cü il tarixli 134 saylı məktubundan görünür ki, “sizin xx.xx.2022-ci il tarixdə vəfat etmiş ananız X2 qalmış miras əmlaka, vərəsələr arasında mübahisə olmasına baxmayaraq, yalnız sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi xahiş etməyiniz barədə ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən: “Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.” Odur ki, mirasın bölüşdürülməsi haqqında mübahisəniz həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir.” Mübahisənin həlli bağlı Mingəçevir şəhər Məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, İddiaçı mərhum X4 qızıdır X10 ölmüş və onun vərəsələri övladlarıdır. Sonradan övladlarından X16 da ölmüşdür. İddiaçı başqa qalan vərəsələr ünvan 3 ünvanında yerləşən yaşayış mənzilinin ½ hissəsinə münasibətdə miras paylarından imtina etmişlər. Ona görə də İddiaçı iddia ərizəsi təmin olunmalı, X2 miras qalmış ünvan 3 ünvanında yerləşən yaşayış mənzilinin ½ hissəsini miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, mirasın faktiki qəbul edilməsini müəyyən edən məhkəmə qətnaməsi həmin şəxsə notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. Mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinin açıq qalan ½ hissəsinin bütövlükdə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Miras əmlakın qəbul edilməsi faktı miras əmlaka bütöv şəkildə miras əmlaka tam pay müəyyən edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar