Məhkəmə qərarları › İş №2(051)-1465/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1465/2025

11.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1465/2025 11.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə 11 avqust 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ASC və Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, Mingəçevir “ASAN xidmət” mərkəzində notariat ofisinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqda xx.xx.2025-ci il tarixli, 8İ-2954 reyestr nömrəli icra qeydi və onun nəticələrinin ləğv edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf məhkəmə hazırlıq iclası zamanı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədikləri üçün işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir, Cavabdeh2 ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməklə mülki işin məhkəmə baxışına təyin edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçı tərəfin ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfin ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsində nəzərdə tutulmuş qaydada geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının nümayəndəsi və vəkili Vəkil qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263-264, 266, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. xx.xx.2025-ci il tarixdə saat 10:17-də "xxxx" ASC, Baş Ofisə 10878 nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul İddiaçı nümayəndəsi və vəkili Vəkil qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar