Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1471/2025 21.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair, mülki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək X3 5500 (beş min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Mingəçevir şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla paltar satmışlar. Şəhər ərazisində paltarların satışı ilə məşğul olmaq üçün yeni bir mağaza axtardıqda cavabdehlə tanış olmuşlar. Belə ki, Cavabdeh özünü mülkiyyətçi kimi tanıtmaqla Mingəçevir şəhəri 20 Yanvar küçəsində, İcra Hakimiyyəti ilə üzbəüz bir ərazidə özünə məxsus 70 kv.metr olan qeyri-yaşayış sahəsini icarəyə vermək istəməsini bildirdi. Onlar əvvəl onunla həmin mağazanın aylıq kirayəsi ilə bağlı 700 manata razılığa gəlmişlər. Həmin vaxt cavabdeh mağazanın təmirsiz olması səbəbindən mağazanı təmir etdirsələr, mağazanı uzun müddətli kirayə verəcəyini və icarə haqqından çıxacağını bildirdi. Sözügedən mağazanın tam təmirsiz olması səbəbindən mağazanı təmir etdirməyə başlamışlar. Mağazanın təmirini və görkəmə gəlməsini gördükdən sonra cavabdeh mağazanın icarə haqqını əvvəl 900 manata, daha sonra 1000 manata qaldırdığını bildirdi. Həmin mağazanın icarə haqqını 900 manata qaldırdıqda onların çarəsiz olduğunu gördü və bildirdi ki, icarə haqqı 700 manat+200 manat təmirdən çıxacaq. Təmirin xərci bitdikdən sonra isə 900 manatla davam edəcəklər. Təmirə 5500 manat xərclədikdən sonra cavabdeh 1000 manat icarə haqqını tələb etdi, sonradan bildirdi ki, icarə haqqını onsuz da yenə qaldıracaq və bu başlanğıc qiymətdir. Onlar bu şəxsin qeyri-ciddi olmasını və onları aldatdığını gördükdə ona öz etirazını bildirmişlər. Qarşılıqlı iddia üzrə cavabdeh onlardan xəbərsiz sözügedən mağazanı tam təmirli halı ilə bağlı videoya çəkdirməklə icarəyə vermək üçün maklerlərə müraciət etmişdir. Onlar bundan xəbər tutub mağazaya girmək istədikdə mağazanın qapısının qıfılının dəyişməsini görmüşlər. Bununla da, cavabdehin onları aldatmasına əmin olmuşlar. Həmin şəxsdən dəfələrlə təmirə çəkilmiş xərcləri tələb etsələr də, pulu verməkdən yayınır. Bununla əlaqədar Mingəçevir ŞPŞ-nə müraciət etmişlər və orada olan materiallarda cavabdeh də demək olar hər şeyi etiraf etmişdir. Dəfələrlə cavabdehə ona vurduğu ziyanın ödənilməsini və pulun qaytarılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, ilkin iddianın tələb olunmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə iddiaçı ilkin iddia tələbinin rədd edilməsini, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ondan 5500 (beş min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia tələbi tam qanunsuz və əsassızdır. Belə ki, ünvan 2 ünvanında yerləşən 68 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. Bu barədə ona Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Hazırki iş üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona yaxınlaşaraq onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə götürüb işlətmək istədiyini bildirdi. Elə bu məqsədlə ona məxsus qeyri-yaşayış sahəsini İddiaçı icarəyə götürülməsi barədə razılığa gəlmişlər. Aralarında olan razılığa əsasən, qeyri-yaşayış sahəsi xx.xx.2025-ci il tarixdən başlayaraq icarəyə verilir və 900 manat təşkil etmişdir. Eyni zamanda İddiaçı ona məxsus qeyriyaşayış sahəsində öz hesabına təmir işləri aparacaq və əgər aralarındakı razılaşma pozularsa, təmir xərclərinə görə İddiaçı cavabdehlik daşıyacaqdır. Elə bu barədə İddiaçı öz xətti ilə qəbz yazmış və imzası ilə təsdiq etmişdir. Həmin vaxt o da qəbz yazaraq, öz imzası ilə təsdiq etmişdir. Bundan sonra o qeyri-yaşayış sahəsinin açarlarını İddiaçı təqdim etmişdir. İddiaçı ona məxsus qeyri-yaşayış sahəsini icarəyə götürsə də, hər ay razılaşdıqları 900 manat pulu ona ödəməmişdir. Bundan sonra 10 may 2025-ci il tarixdə o İddiaçı 2 aylıq icarə haqqı olan 1800 manat məbləğdə pulu tələb edən zaman İddiaçı başqa qeyri-yaşayış sahəsi tapdığını, ona görə də ona icarə pulu ödəməyəcəyini bildirdi. O İddiaçı aralarında razılaşdıqlarını, buna görə də qəbz yazıb imzası ilə təsdiq etdiyini bildirsə də, İddiaçı ona 2 aylıq icarə haqqını ödəməkdən imtina etdi. Bu azmış kimi İddiaçı əri Xəyyam Əliyev onu kobud şəkildə təhqir etmiş, hədə-qorxu gəlmişdir. Xəyyam Əliyevin qanunsuz hərəkətləri barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Şikayəti əsasında Xəyyam Əliyev barəsində protokol tərtib edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin qərarına əsasən, o, inzibati qaydada cərimə olunmuşdur. Odur ki, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, ilk öncə yoldaşı ilə Nurayə xanım tanış olub, danışıb razılaşdıqdan sonra onu da tanış olmuşdur. Nurayə xanımın da elə Mingəçevir şəhəri İcra Hakimiyyəti ilə üzbəüz sırada mağazası var idi. Mağaza isə təmirsiz vəziyyətdə idi. Aylıq 400 manat qazanc Nurayə xanımı qane etmədiyindən yeni icarəçi axtarışında idi və mağazanı 700 manata icarəyə vermək istəyirdi. Belə ki, onlar 700 manata razılaşmışlar. 2025-ci ilin martın 1-i Nurayə xanım mağazanın açarını onlara verdi. Özləri mağazanı yüngül təmir etmək istəmişlər. Sonradan Nurayə xanım icarə haqqını 900 manata qaldırdı. Belə ki, təmir xərclərini isə “özünüz çəkin və mən heç bir şeyə qarışmayacağam”-dedi. Bu barədə aralarında razılaşmışlar. 1 ay 10 gün onlara müddət vermişdir ki, təmir etsinlər. Əvvəlcədən 400 manat ödəniş etmişlər. 1 ay 10 gün tamam olduqdan sonra 500 manatı da ödəmiş və icarə haqqı da tamamlandı. Bundan sonra cavabdeh mağazaya gələrək edilmiş təmirlə bağlı narazılıq etməyə başladı. Nurayə xanım onların işinə qarışdığından aralarında gərginlik yarandı. Sonradan Nurayə xanım yenə də icarə haqqını qaldırmaq istəyəndə narazılıq daha da artdı. Sonradan gəlib mağazada ustanın əlindən açarı aldı, qıfılı dəyişdi. Onların razılığı pozulmadan mağazanın şəkillərini sosial şəbəkələrdə paylaşaraq icarəyə verdiyini bildirmişdir. Onlar isə o mağazaya 5500 manata təmir xərci çəkmişlər. Bununla belə, mağazada fəaliyyət göstərməmişlər. Obyektdən çıxanda heç bir şey götürmədik. Vitrinləri isə sonradan götürmüşlər. Aralarında münasibətlər daha da gərginləşdi. Onlar obyektdə heç bir satış həyata keçirmədiklərində əlavə icarə haqqı borcu da yaranmamışdır. Odur ki, izahatında iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclası zamanı ilkin iddia üzrə iddia tələbini rədd etmiş və qarşılıqlı iddianı müdafiə etmiş və verdiyi izahatında bildirmişdir ki, Mingəçevir şəhərində İcra Hakimiyyəti ilə üzbəüz mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla qadın paltarları satmışlar. Şəhər ərazisində paltar satışı ilə məşğul olmaq üçün yeni mağaza axtaran zaman cavabdehlə tanış olmuşlar. İddiaçı qarşılıqlı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh icarə haqqını istəmişdir, verməkdən yayındıqları üçün mübahisələri düşmüşdür. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etdiyi təmirə heç bir müdaxilə etməmişdir. İşıqlar və naqillər isə ondadır, pulunu versələr, özlərinə qaytara bilər. Hesab edir ki, onun qarşılıqlı iddia tələbi tam qanuni və əsaslıdır. Göstərilənlərə əlavə olaraq, icarə haqqı 400 manatı əvvəlcədən vermişlər, ay tamamlandıqda qalan 500 manatı ödəmişlər. İcarə haqqı olan 900 manatı ayın əvvəlində ödəməli olduğundan iki ayın ödənişi olmamışdır. Odur ki, məhkəmədən ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. X1 məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, təmir üçün Güldanə xanımın yoldaşı Xəyyam ona müraciət etdi. Orada ondan başqa usta yox idi. O kafelmetlak, alçipan, molyarka işlərini görür. O sonradan elektrik, santexnik çağırmışam. Onların obyekti təmir etməklə bağlı söhbəti fevralın sonu danışıldı. Danışığa görə tavana alçipan vurulmalı idi. Yuxarıda kantlar var idi, onlar sökülürdü. Nurayə xanım gəldi ki, kantları niyə sökürsünüz, yuxarıya alçipan vurulacaq, ona belə bir məlumat verilmədiyini bildirdi. Nurayə xanım işin saxlanılmasını aralarındakı razılığın pozulma ehtimalı olduğunu bildirdi. Xəyyama zəng elədi, dedi ki, qeyri-yaşayış obyektinin sahibi narazaıdır. İş dayandı. Aradan 1 həftə 10 gün keçdikdən sonra Xəyyam zəng edərək razılaşdıqlarını tavana alçipan vurulmayacağını bildirdi. Gəldi, yenidən işə başladı. Yerə metlak vurulması vaxtı çatanda Xəyyamın maddi durumu belə işə əl vermədi. Orada otaq var idi, qarderob yığıldı. Hamam alçipanla yığıldı, kafellər vuruldu, sadəcə qapı qoyulmadı. Asılqanlar üçün vitrinlər yığılmışdı. Santexnik gəldi, turba işlərini və ona aid işləri gördü. Elektrik gəldi xətləri və işıqları düzəltdi. Nurayə xanım obyekt sahibi kimi gəlib-gedirdi, lakin ustaların işinə heç bir müdaxilə etmirdi. Yerə ya kafel, ya linoleum vurulmalı idi. Xəyyam yerə linoleum vurulmasını istəmirdi, metlax vurmağa isə imkanı yol vermirdi. İşi başa çatdırmağa maddi imkanı olmadığından iş dayandı. Xəyyam dedi ki, ola bilsin obyekti başqasına icarəyə verdilər ona təmir xərcini ödəsin, gəlib yarım işləri tamamlasın, obyekti işlətsin. Fevralın 25-i təmirlə bağlı danışıq oldu və həmin gün də iş dayandı. Mart ayının 14-ü yenidən işə başlamışdır. Aprel ayının 5-10 aralığına qədər iş davam etdi. O, özü də hər kvadrat metr sahəyə görə xidmət haqqı alır. Ona gördüyü işlər müqabilində 1300 manat məbləğində pul verildi. Belə ki, ödənişi onlardan hissə-hissə almışdır. Obyektin təmiri vaxtı açar onda olurdu. İlkin olaraq icarə haqqı 700 manat danışılıb, sonradan 900 manata razılığa gəliblər. Lakin, tərəflərin aralarında olan mübahisədən xəbəri yoxdur. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərəfli və obyektiv nəzərdən keçirərək hesab edir ki, iş üzrə ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan “Qaçqınların və X7 üzrə Dövlət Komitəsi” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 473 №li arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2025-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatdadır. İşdə olan 31 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsinə əsasən, Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan 1 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 143 №li arayışdan görünür ki, Əliyeva X4 şəhəri, M.Ə.Sabir küçəsi 3, mənzil 17 ünvanında yaşayır. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ilə Cavabdeh öz xətti ilə yazılmış və aralarında razılıq əldə olunmuşdur. Həmin razılığa görə İddiaçı Cavabdeh adında olan ünvan 2 ünvanında yerləşən 67 kv.metr olan qeyri-yaşayış sahəsini icarəyə götürür. Həmçinin obyektdə edilmiş dəyişikliklərin obyekt sahibinə aidiyyəti yoxdur. İddiaçı hər ay 900 manat ödəniş etməyi öhdəsinə götürür. Cavabdeh 2025-ci ilin mart ayının 1dən obyekti icarəyə vermişdir. İşdə olan xx.xx.2013-cü il tarixdə verilmiş **********43-05101-083004 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 68 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan "xxxx" ASC ilə X8 arasında olan kredit sazişindən görünür ki, Cavabdeh bankdan 2298,04 manat kredit götürmüşdür. İşdə olan “Həsənoğlu” İnşaat Materialları tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sifariş qəbzindən görünür ki, həmin mağazadan 380 manat dəyərində mal sifariş verilmişdir. İşdə olan “Həsənoğlu” İnşaat Materialları tərəfindən verilmiş satış qəbzindən görünür ki, həmin mağazadan 350,052 manat dəyərində mal üçün ödəniş edilmişdir. İşdə olan “Həsənoğlu” İnşaat Materialları tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli satış qəbzindən görünür ki, həmin mağazadan aldığı 85 manat məbləğində mal üçün ödəniş edilmişdir. İşdə olan “Həsənoğlu” İnşaat Materialları tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli satış qəbzindən görünür ki, həmin mağazadan aldığı 923,96 manat məbləğində mal üçün ödəniş edilmişdir. İşdə olan “İlham” İnşaat Materialları tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli satış qəbzindən görünür ki, həmin mağazadan aldığı 1550 manat məbləğində mal üçün ödəniş edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə ilkin iddia tələbinə görə iddia ərizəsində qeyd olunan 5500 manat məbləğində pul həqiqətən də iddia ərizəsində qeyd olunduğu kimi iddiaçının həmin qeyri-yaşayış sahəsində onun tərəfindən təmir üçün tələb olunan miqdarda xərc çəkilməsini sübut etmə yükü ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia tələbinə görə isə iki aylıq icarə haqqının dəyəri olan 1800 manat icarə haqqı borcunun olmasının sübutetmə yükü qarşılıqlı iddia üzrə cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər arasında şifahi müqavilə bağlanmış, həmi müqaviləyə əsasən öz aralarında razılıq əldə olunmuşdur. Həmin razılığa görə İddiaçı, Cavabdeh adında olan ünvan 2 ünvanında yerləşən 67 kv.metr olan qeyri-yaşayış sahəsini icarəyə götürür. Obyektdə edilmiş dəyişikliklərin obyekt sahibinə aidiyyəti yoxdur. Hər ay 900 manat ödəniş etməyi öhdəsinə götürür. Cavabdeh 2025-ci ilin mart ayının 1dən obyekti icarəyə vermişdir. Mart ayından aylıq icarə haqqı hissə-hissə olmaqla iddiaçı tərəfindən ödənilmiş, aprel və may ayının 22-nə qədər olan icarə ödənişləri edilməmişdir. Mart ayından etibarən razılaşmaya əsasən obyektdə iddiaçı tərəfindən təmir işləri başlanılsa da, sonradan tərəflər arasında yaranmış narazılıq səbəbindən (iddiaçı cavabdehin icarə haqqının qaldırdığını, cavabdeh isə iddiaçının icarə haqqını ödəmədiyini bildirmişdir) iddiaçı may ayında obyektdən çıxarılmışdır. Hazırda isə iddiaçı obyektdən çıxarılana qədər obyektdə etdiyi təmir pulunu, cavabdeh isə aprel və may aylarınının icarə haqqını tələb edir. Məhkəmə iddiaçı tərəfindənn təqdim edilmiş qəbzləri nəzərdən keçirərək müəyyən etdi ki, X2 ümumilikdə 3289,51 manat məbləğində mal alınmış, şahid ifadəsində isə xidmət haqqı kimi 1300 manat verildiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.6-cı maddəsinə əsasən İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[781] 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi şəkildə icarə müqaviləsi bağlanmışdır. Lakin sonradan cavabdeh iki aylıq kirayə haqqını ödəməmişdir. Belə ki, iddiaçı birinci ay üçün icarə haqqını ödəsə də, digər iki ay – aprel və may ayları üçün ödənişlər etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh İddiaçı ikinci ay, aprel ayı üçün 900 manat və may ayı üçün isə qismən ödəniş 660 manat (mayın 22-si iddiaçı artıq obyektdən çıxarılmışdır) məbləğində pul Cavabdeh verilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1–ci maddəsinin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1 ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3 ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 684.2-ci maddəsinə əsasən Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılan təmir işləri üçün 1300 manat usta pulu, “Həsənoğlu” X2 ödəniş qəbzi üzrə 3289,51 manat aldığı mala görə olmaqla, cəmi 4589,51 manat pul Cavabdeh alınmalı, İddiaçı verilməli, qarşılıqlı iddia qismən təmin edilməli, aprel ayı üçün 900 manat, may ayı üçün 660 manat olmaqla, cəmi 1560 manat İddiaçı tutulmaqla İddiaçı verilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə cavabdehin üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların (qızılların), eyni zamanda cehiz əşyalarının bir qismi özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. AR MPM-in 119-cu maddəsinə əsasən qarşılıqlı iddia üçün ödənilən dövlət rüsumunun 35,60 qəpik hissəsi İddiaçı tutularaq Cavabdeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 4589,51 manat məbləğində pulun alınaraq İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 1560 manat məbləğində icarə haqqı alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 35,60 qəpik hissəsi İddiaçı tutularaq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1471/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1471/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver