Məhkəmə qərarları › İş №2(051)-1473/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1473/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1473/2024 22.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 17 aprel 2023-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən şüşə balkon işləri üçün ödədikləri 30000 manat pulun və 200 manat mediasiya xərcinin tutularaq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cц il tarixli qərardadı ilə İddiaçı MMCnin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi, 30000 manat pulun və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 mülki işin aidiyyət məsələsinin həll edilməsi üçün Ali Məhkəməyə göndərilməsinə etiraz etmədi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 mülki işin aidiyyət məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Şəki Kommersiya Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli müstəqil ekspertin verdiyi rəyindən, həmçinin xx.xx.2016-cı il tarixli ******* nömrəli mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə çıxarışdan və tərəflərin məhkəmə iclasında verdikləri ifadələrdən göründüyü kimi mübahisə müqavilədə müəyyən edilən restoranda şüşə-qapı pəncərənin quraşdırılması ilə bağlı deyil, iddiaçı X1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış şüşə-balkon sistemi ilə bağlı yaranmışdır. Bu səbəbdən hazırki iş üzrə hər hansısa sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış mübahisədən söhbət gedə bilməz. Belə ki, məhkəmə qeyd etmişdir ki, iş üzrə tərəflər müqaviləni hüquqi şəxs olaraq bağlasalar da, sonradan müqavilənin predmeti, hətta tərəfləri dəyişdirilmiş, tərəflər arasında şifahi olaraq müqavilənin icra yeri iddiaçı hüquqi şəxsin təsisçisinin fərdi yaşayış evi müəyyənləşdirilmiş və tərəflərin iradəsi, arzusu ilə fiziki şəxslər arasında yaranmış qeyri sahibkarlıq münasibətlərinə çevrilmişdir. Qanunvericiliyin tələblərinə əsasən fiziki şəxslər arasında qeyr-kommersiya mübahisələrinə kommersiya məhkəmələrində deyil, ümumi məhkəmələrdə baxılmalı olması səbəbi ilə iş aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb Şəki Kommersiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisənin kommersiya və yaxud da ümumi məhkəmələrə aidiyyəti olması məsələsini həll edilərkən tərəflərin sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq mübahisələrin predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına və hüquq münasibətlərinin xarakterinə qiymət verilməlidir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cц il tarixli qərardadına əsasən cavabdeh qismində Cavabdeh iştirak edir və o, plastik qapı və pəncərə fəaliyyəti ilə əlaqədar vergi ödəyicisi kimi qeydiyyata alınmış, ona xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN verilmişdir. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, bağlanmış “Xidmət müqaviləsinə” əsasən sifarişçi İddiaçı MMC, icraçı "xxxx" MMC olduğundan, iddia ərizəsində İddiaçı MMC, cavabdeh qismində "xxxx" MMC göstərilsə də, elektron qaydada verilmiş iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərilmişdir. İş materiallarında olan İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsindən də görünür ki, sifarişçi və icraçı arasında görüləcək işlərin ümumi dəyəri 70000 manat müəyyənləşdirilir. Görülmüş işlərin istifadə olunmuş mal-materialların, ehtiyat hissələrin dəyəri təhvil təslim sənədlərində öz əksini tapacaq və ilkin olaraq 30000 manat ödənilir və işin tam formada təhvil verildikdən sonra qalan ödəniş verilir. Xidməti müqavilənin tərəfləri olan İddiaçı MMC və "xxxx" MMC-nin məqsədi sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq mənfəət götürməkdən ibarət olması, onların fəaliyyətinin də vergi ödəyicisi kimi qeydiyyata alınması təsdiq edir. Belə ki, "xxxx" MMC vergi ödəyicisi kimi qeydiyyata alınmış, ona xx.xx.2021-ci il tarixdə ********** nömrəli VÖEN verilmişdir. Odur ki, Şəki Kommersiya Məhkəməsi ilə Mingəçevir şəhər Məhkəməsi arasında məhkəmə aidiyyəti üzrə fikir ayrılığı olduğu üçün aidiyyət məsələsi həll edilməsi məqsədilə iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq qəraraaldı: Şəki Kommersiya Məhkəməsi ilə Mingəçevir şəhər Məhkəməsi arasında məhkəmə aidiyyəti üzrə fikir ayrılığı olduğu üçün aidiyyət məsələsi həll edilməsi məqsədilə mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar