Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1476/2020 17.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, iddiaçı: X5 Təşkilatı (BOKT) İddiaçı etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə iddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: BOKT İddiaçı nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1224 manat, xx.xx.2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla ümumilikdə 1224 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2017-ci il tarixli, girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 160 ABŞ dolları dəyərində olan çəkisi 10.9 qram olan 583/585 əyyar üzük 3 ədəd əzik və 436 ABŞ dolları dəyərində olan çəkisi 31.2 qram olan 583 əyyar boyunbağı+bilərzik yolka əzik qızıl-zinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə edilən vəsaitin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, satişdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxrılmasını xahiş etmişdir. BOKT «xxxxxxxx» MMC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırılmışdır ki, BOKT “X4” MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə xx.xx.2020-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 2831 manat məbləğində kredit verilmişdir. BOKT “X4” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar heç bir fayda verməmişdir və iddiaçı BOKT “xxxxxxxx” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1224 manat, xx.xx.2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla ümumilikdə 1224 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2017-ci il tarixli, girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 160 ABŞ dolları dəyərində olan çəkisi 10.9 qram olan 583/585 əyyar üzük 3 ədəd əzik və 436 ABŞ dolları dəyərində olan çəkisi 31.2 qram olan 583 əyyar boyunbağı+bilərzik yolka əzik qızıl-zinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə edilən vəsaitin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, satişdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxrılmasını xahiş etmişdir. Cavabdehəməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçının numayəndəsi cavabdehin iştirakı olmadan işə baxılmasına etirazı yoxdur və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, “Borc verən” “Borc alan”a sonuncunun öz biznesini inkişaf etdirmək və həyat səviyyəsini yaxşılaşdırmaq üçün xx.xx.2016-cı il tarixli LD/16308/00108 nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin üzrə xx.xx.2016-cı il tarixə olan qalıq öhdəliyini restrukturizasiya edir, “Borc alan” isə restrukturizasiya edir, “Borc alan” isə restrukturizasiya edilmiş yeni öhdəliyi qəbul edir və həmin krediti bu müqavilə ilə müəyyən olunmuş müddətdə faizi ilə birlikdə “Borc verən”ə qaytarmağı öz öhdəsinə götürür. “Borc alan”ın xx.xx.2016-cı il tarixli LD/16308/00108 nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin xx.xx.2017-ci il tarixə əsas məbləğ və faiz borcu üzrə cəmi qalığı 2831 manat təşkil edir. “Borcalan” bu məbləği restrukturizasiya olunmuş yeni kredit öhdəliyi kimi qəbul edir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli borc cədvəlinin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixli LD********** saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 1224 manat, faiz borcu 0 manat, cərimə borcu 0 manat olmaqla ümumi 1224 manat məbləğindədir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına kredit qanunvericiliyinə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və girov müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 21,51 manat məbləğdə cərimə hesablanmışdır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Borcun ödənilməsinin girov əşyalara yönəldilməsi tələbi də təmin olunmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov müqaviləsi üzrə əmələ gəlir. Mülki Məcəllənin 295-ci maddəsində göstərilmişdir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 1224 manat məbləğdə əsas borc tutularaq BOKT «xxxxxxxx» MMC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutulub BBOKT «xxxxxxxx» MMC -yə ödənilsin. Borcun ödənilməsi Cavabdeh Əbülfəz oğlu tərəfindən 160 ABŞ dolları dəyərində olan çəkisi 10.9 qram olan 583/585 əyyar üzük 3 ədəd əzik və 436 ABŞ dolları dəyərində olan çəkisi 31.2 qram olan 583 əyyar boyunbağı+bilərzik yolka əzik qızıl-zinyət əşyalarına yönəldilsin. Qızıl-zinət əşyalarının açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh BOKT «xxxxxxxx» MMC-yə olan borcu və dövlət rüsumu ödənilsin. Girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə Cavabdeh ümumi qaydada tutulsun. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1476/2020
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1476/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver