Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1477/2022 08.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı cavabdeh Baku Elektronics MMC-yə qarşı alqı-satqı müqaviləsinin icrasından imtina edilməsi, əşya üçün ödədiyi pul məbləğinin qaytarılması və ya lazımı keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Baku Elektronics MMC-yə qarşı alqı-satqı müqaviləsinin icrasından imtina edilməsi, əşya üçün ödədiyi pul məbləğinin qaytarılması və ya lazımı keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunması tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, Baku Elektronics MMC ilə aralarında olan alqı-satqı müqaviləsinin icrasına xitam verilməsi və 599 manat dəyərində olan Xiaomi POCO M3 6 pro markalı telefon üçün kredit borcu kimi 5 ay müddətinə ödədiyi 275 manat pul məbləğinin ona qaytarılması və ya yararsız vəziyyətdə ona satılmış mobil telefonun müqaviləyə uyğun digər mobil telefon ilə əvəz olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı onunla Baku Elektronics MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin icrasından imtina edilməsi və əşya üçün ödədiyi pulun qaytarılmasını cavabdehdən tələb etmiş və öz tələbinin əsası kimi müəyyən sənədləri iddia ərizəsinə əlavə etsə də, həmin sənədlərin siyahısı iddia ərizəsində qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində qeyd edilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, iddia ərizəsində işə əlavə edilmiş sənədlərin siyahısı qeyd edilməmişdir. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Baku Elektronics MMC-yə qarşı alqı-satqı müqaviləsinin icrasından imtina edilməsi, əşya üçün ödədiyi pul məbləğinin qaytarılması və ya lazımı keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunması tələbinə dair ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1477/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1477/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver