Məhkəmə qərarları › İş №2(051)-1479/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1479/2022

02.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1479/2022 02.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən onun və uşaqları X4, X2 və X1 Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh keçmiş qayınatasıdır. Belə ki, Cavabdeh oğlu X3 ilə nikahlarını 2000–ci ilin oktyabr ayında rəsmi qeyd etdirməklə evlənmişdir. İlham Əsədovla birgə nikahlarından 11 iyul 2007-ci il təvəllüdlü Aqil, 06 fevral 2010-cu il təvəllüdlü Fidan və 09 aprel 2020-ci il təvəllüdlü Sevil adlı uşaqları doğulmuşdur. Evlənən vaxt Cavabdeh məxsus iki otaqlı evə gəlin köçmüşdür. 2-3 il sonra isə həmin mənzil satılmış, həmin binanın 1-ci mərtəbəsində başqa iki otaqlı mənzil (hazırkı) almışlar. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)- 323/2022 saylı qətnaməsinə əsasən, İlham Əsədovla aralarında 17 oktyabr 2000-ci il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış 145 №-li nikah qeydi pozulmuş və birgə nikahlarından doğulmuş 11 iyul 2007-ci il təvəllüdlü X4, 06 fevral 2010-cu il təvəllüdlü X2 və 09 aprel 2020-ci il təvəllüdlü X1 onun yanında qalmaları müəyyən edilmişdir. Nikah pozulduqdan sonra Cavabdeh onu uşaqları ilə birlikdə həmin mənzildən çıxarmaq istəyir. Bu səbəbdən aralarında dəfələrlə mübahisə olmuşdur. Sözügedən mübahisəli mənzil Cavabdeh adına qeyd edilmişdir. O, mübahisəli mənzildə 20 il yaşamışdır. Hazırda da həmin mənzildə yaşayır və uşaqları ilə birlikdə qeydiyyatdadır. Hesab edir ki, onun mübahisəli mənzildən istifadə hüququ tanınmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh işin məhkəmədə baxılmasına hazırlanması zamanı iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etdi və göstərdi ki, o, iddiaçının uşaqları ilə ona məxsus mənzildə yaşamasına etiraz etmir. Bununla belə iddiaçıonun yaşlı və xəstə olmasına görə ona qarşı diqqətli və qayğıkeş olmalıdır. Qalan bütün hallarda o, iddiaçının uşaqları ilə mübahisəli mənzildən sərbəst istifadə etməsinə heç bir maneə yartamamışdır. Odur ki, məhkəmədən qanuni və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-323/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X3 arasında 17 oktyabr 2000-ci il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış 145 №-li nikah qeydinin pozulması və birgə nikahlarından doğulmuş 11 iyul 2007-ci il təvəllüdlü X4, 06 fevral 2010-cu il təvəllüdlü X2 və 09 aprel 2020-ci il təvəllüdlü X1 anaları – İddiaçı yanında qalmaları qət edilmişdir. işdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasındakı nikah Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 11 saylı evin, 37 saylı mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Asan – Mingəçevir tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 11 saylı evin, 37 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, iddiaçı X3 ilə 2000–ci ilin oktyabr ayında evlənmiş, birgə nikahlarından 11 iyul 2007-ci il təvəllüdlü Aqil, 06 fevral 2010-cu il təvəllüdlü Fidan və 09 aprel 2020-ci il təvəllüdlü Sevil adlı uşaqları doğulmuşdur. İddiaçı evlənən vaxt Cavabdeh məxsus iki otaqlı evə gəlin köçmüşdür. 2-3 il sonra isə həmin mənzil satılmış, həmin binanın 1-ci mərtəbəsində başqa iki otaqlı mənzil (hazırkı) almışlar. Hazırda iddiaçı əri İlham Əsədovdan ayrılsa da, cavabdehə məxsus mübahisəli mənzildə yaşayır. Eləcə də, iddiaçı cavabdehin razılığı ilə uşaqları ilə birlikdə yaşayış yeri üzrə mübahisəli mənzilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının həmin mənzildən istifadə hüququnun tanınmasına etiraz etməmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin mübahisə edilməyən hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin oğlu X3 arasında rəsmi nikah xx.xx.2000-ci il tarixdə bağlanmaqla tərəflər evlənmiş, həmin tarixdən iddiaçı cavabdehin mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Belə olan halda tərəflər arasında hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri xx.xx.2000-ci il tarixdən yaranmışdır. Ona görə də hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçının uşaqları ilə birlikdə mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata düşməsinə və ailə üzvü kimi orada yaşamasına cavabdeh xx.xx.2006-cı il tarixdə yazılı razılıq vermişdir. Bununla yanaşı, cavabdeh məhkəmə hazırlıq iclasında da cavabdehin istifadə hüququnun tanınmasına etiraz etməmişdir. Belə olan halda məhkəmə iddiaçının cavabdehin yaşadığı mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınmasına qiymət verərkən, hesab edir ki, ilk növbədə iddiaçının cavabdehə qarşı hazırkı iddianı irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub–olmaması ilə bağlı məsələ araşdırılmalı, həmçinin mübahisənin düzgün həll edilməsi baxımından mübahisəli mənzilin hansı hüquqi statusda olması müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli mənzil üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi müəyyən olunmalıdır. İşdə olan sənədlərə əsasən, iddiaçı gəlin köçən vaxt mübahisəli mənzil cavabdehin mülkiyyətində olmuş, cavabdeh iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsin, həmçinin yaşayış yeri üzrə qeydiyyata düşməsinə yazılı razılıq vermişdir. Belə olan halda məhkəmə iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində bir daha müəyyən etdi ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquq yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə, həmçinin nəzərə alır ki, Cavabdeh işin məhkəməə baxılması zamanı iddiaçının iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınmasına etiraz etməməsi, onun mülkiyyətçi kimi öz əmlakından istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək hüququndan irəli gəldiyindən, qanunidir və digər şəxslərin hüquqlarını pozmur. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının yetkinlik yaşına çatmamış uşaqlarının da mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının və yetkinlik yaşına çatmamış uşaqlarının Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı və xx.xx.2007-ci il tarixdə doğulmuş Aqil, xx.xx.2010-cu il tarixdə doğulmuş Fidan və xx.xx.2020-ci il tarixdə doğulmuş Sevil adlı uşaqlarının Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar