Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1484/2022 29.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X7 miras qalmış, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi, ev 19, mənzil * ünvanında yerləşən mənzilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, X18 ilə *6 dekabr 1973-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşdur. Ailə qurduqdan az müddət sonra Mingəçevir şəhərinə köçüb gəlmişlər. Onların birgə nikahlarından beş nəfər-*5.07.1975-ci il tarixdə X11, xx.xx.1977-ci il tarixdə X17, xx.xx.1978-ci il tarixdə Cavabdeh, 1987-ci il tarixdə X19, xx.xx.1984-cü il tarixdə X*0 adlı uşaqları doğulmuşdur. Övladları Kəmalə, Ramil, Oruc və Zaur yetkinlik yaşına çatmış, ailə qurmuşlar. X4 18 sentyabr 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, 08 oktyabr 1977-ci ildə vəfat etmişdir. 47 ildən artıq bir müddətdə birgə təsərrüfat idarə etmişlər. Birgə nikah dövründə yaşadıqları müddətdə, Mingəçevir şəhəri M.P.Vaqif küçəsi, 19 saylı evin * saylı mənzilini əldə etmişlər. Azərbaycan Respublikası Mingəçevir X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Qeydiyyat Vəsiqəsi almışlar. X9 16 dekabr *0*0-ci il tarixdə “İlkin lokalizasiyası naməlum bədxassəli yenitörəmə” xəstəliyindən vəfat etmişdir. Mərhum ərinin ölümündən sonra birgə nikah dövründə əldə etdikləri, ərinin mülkiyyətində olan Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 19 saylı evin * saylı mənzili qalmışdır. Hazırda o, həmin evdə qeydiyyatda olmaqla orada yaşayır, yəni həmin mənzil faktiki onun sahibliyində və istifadəsindədir. Mirasın qəbul edilməsi vaxtını ötürməmişdir. X9 vəfat etdikdən sonra altı ay müddət keçməmiş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində olmuş, ona lazımi sənədlərin toplanılması təklif edilmişdir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə müraciət edib, mərhum əri Cəmilin qanun üzrə birinci növbə vərəsələrin dairəsi, ailə tərkibi haqqında arayış alanda, məlum olmuşdur ki, qızı Aynurun ölümü qeydə alınmamışdır. Arayışda sağ kimi görünür. Bundan sonra qızı Aynurun ölüm faktının müəyyən olunması barədə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel *0**-ci il tarixli *(051)-161/*0** saylı qətnaməsinə əsasən ərizəsi təmin olunmuş, 18 sentyabr 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş X6 08 oktyabr 1977-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qızı Aynurun ölüm haqqında şəhadətnaməsini almışdır. Hazırda əri X7 miras qalmış mənzillə bağlı oğlu Cavabdeh ilə onun arasında mübahisə vardır. Digər övladları Kəmalə, Oruc və Zaur ərindən miras qalmış mənzildən onun xeyrinə imtina etmişlər. Cavabdeh əri X8 miras qalmış Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 19 saylı evin * saylı mənzilini nə faktiki sahibliyinə qəbul etməmiş, nə də miras əmlakın qəbulu ilə bağlı Notariat ofisinə müraciət etməmişdir. Əri və o, xeyli müddət Rusiya Federasiyasında yaşamışlar. Onlar Rusiyada yaşadıqları vaxt oğlu Ramil öz ailəsi ilə mübahisə edilən mənzildə yaşamışdır. Əri vəfat etdikdən sonra bir gün olsa belə miras qalmış mənzildə yaşamamışdır. Cavabdeh atasının yas mərasimində yad şəxslər kimi iştirak etmişdir. X9 ilə birgə qazancları hesabına Cavabdeh Mingəçevir şəhəri, Gəncə şossesində fərdi yaşayış evi üçün torpaq sahəsi alıb, ev tikdirmişlər, onun adına rəsmiləşdirmişlər. Cavabdeh torpağı, evi olduğu halda əri ilə öz qazancları hesabına aldıqları, ərinin mülkiyyətində olmuş, hazırda miras qalmış mənzilin adına rəsmiləşdirməsinə problem yaradır. Hesab edir ki, cavabdeh mirası faktiki və yaxud notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyi üçün hazırda mirasdan pay almaq hüuüunu itirmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, əsasən təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 3 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmış, qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuş, həmin qeyddə Cavabdeh Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi, ev 19, mənzil * ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamadığı göstərilmişdir. Üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 ilə İddiaçı nikahları *6.1*.1973-cü il tarixdə Mingəçevir şəhərində bağlanmış və 318 nömrə ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Mingəçevir X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi, ev 19, mənzil * ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Mingəçevir X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 159 saylı, *3.04.1999-cu il tarixli qərarı ilə X1* adına qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X18 ilə İddiaçı birgə nikahından *5.07.1975-ci il tarixdə X11, xx.xx.1978-ci il tarixdə Cavabdeh, xx.xx.1984-cü il tarixdə X*0, xx.xx.1987-ci il tarixdə X19 adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin *(051)-161/*0** saylı, 01.04.*0**-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 18 sentyabr 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş X6 08 oktyabr 1977-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1977–ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 16.1*.*0*0–ci il tarixdə ölmüşdür. İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q- *86/15 saylı, 14.06.*0**-ci il tarixli məktubdan görünür ki, X1* adına Mingəçevir “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 17.1*.*0*0-ci il tarixli, 614 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi, ev 19, mənzil *” ünvanı qeyd olunmuşdur. İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q- *86/15 saylı, 14.06.*0**-ci il tarixli arayışdan görünür ki, X1* barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 14.06.*0**-ci il tarixədək aparılmış yoxlama zamanı arvadı İddiaçı, qızları X11, X17 (ölüb), oğulları Cavabdeh, X*0, X19 barədə məlumatlar aşkar edilmişdir. İş materiallarında olan ünvan 4 Sahəsi tərəfindən verilmiş 01.06.*0**-ci il tarixli arayışdan görünür ki, Hüseynova X* şəhəri, M.P.Vaqif küçəsi, ev 19, mənzil * ünvanında yaşayır. İşdə olan 3 saylı Mənzil İstismar Sahəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı oğlu Cavabdeh və nəvələri X13, X14 *0*0-ci ilin axırından (atasının ölümündən sonra) Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi, ev 19, mənzil * ünvanında yerləşən mənzildən köçüb getmişlər. İddiaçı hazırda həmin ünvanda tək yaşayır. İş materiallarına əlavə edilmiş ünvan 4 Sahəsi tərəfindən verilmiş 08.08.*0**-ci il tarixli arayışdan görünür ki, Hüseynov X10 şəhəri, M.P.Vaqif küçəsi, ev 19, mənzil * ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 1*.06.*0**-ci il tarixli məktubdan görünür ki, 16.1*.*0*0-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlakın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək, İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı qeyd edilərək, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş 04.05.*0*1-ci il tarixli ərizədən görünür ki, X11 atası X1* ölümündən sonra miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. İşdə olan 17.1*.*0*1-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 atası X1* ölümündən sonra miras qalmış əmlakın idarə edilməsində faktiki olaraq iştirak etmədiyini və həmin əmlaka dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini bildirmişdir. İşdə olan *4.1*.*0*1-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*0 atası X1* ölümündən sonra miras qalmış əmlaka dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini bildirmişdir. İşdə olan 14.05.*0*1-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 atası X1* ölümündən sonra miras qalmış əmlakın idarə edilməsində faktiki olaraq iştirak etmədiyini və həmin əmlaka dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə mərhum X18 *6.1*.1973-cü il tarixdə nikah bağlamaqla evlənmiş, onların birgə nikahından *5.07.1975-ci il tarixdə X11, xx.xx.1977-ci il tarixdə X17, xx.xx.1978-ci il tarixdə Cavabdeh, xx.xx.1984-cü il tarixdə X*0, xx.xx.1987-ci il tarixdə X19 adlı uşaqları doğulmuşdur. X17 xx.xx.1977–ci il tarixdə ölmüşdür. X18 isə 16.1*.*0*0–ci il tarixdə ölmüşdür. X1 Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi, ev 19, mənzil * ünvanında yerləşən mənzil miras qalmışdır. X1* ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı və 4 nəfər uşağı, Kəmalə Hüseynova, Cavabdeh, Zaur Hüseynov, Oruc Hüseynov daxil olmuşdur. Mərhumun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan Kəmalə, Oruc və Zaur miras qalmış əmlakdan İddiaçı xeyrinə imtina etmiş, lakin Cavabdeh öz mövqeyini bildirməmiş, yəni nə mirası qəbul etmək, nə də imtina etmək barədə ərizə verməmişdir. Bununla da vərəsələr arasında miras əmlakla bağlı mübahisə yaranmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı miras açıldıqdan sonra miras mülkdə tək yaşamış, onun sahibliyini həyata keçirmiş və qorunub saxlanmasını təmin etmişdir. Mərhumun oğlu Cavabdeh isə miras qoyanın sağlığında bir müddət mübahisəli miras mənzildə yaşasa da, miras qoyanın ölümündən sonra həmin mənzildən çıxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin *17.*–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin *18.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış münasibət mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan və miras qoyan, mərhum X18 16.1*.*0*0-ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın *9–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair ** aprel *014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X1 Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi, ev 19, mənzil * ünvanında yerləşən mənzil miras qalmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, mərhumun X4 doğulduqdan 1 ay sonra öldüyündən, yəni Cəmil Hüseynovun öldüyü məqamda sağ olmadığına görə mərhum X1* ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı, qızı X11, oğulları Cavabdeh, X*0, X19 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə, həmçinin miras qoyanın birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan X5, X15, X16 miras qalmış əmlakdan İddiaçı xeyrinə imtina etmələrini də nəzərə alaraq, işin həmin vərəsələrlə bağlı hissəsini işin mübahisə edilməyən hissəsi sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*60-cı maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı ilə Cavabdeh arasında iddiaçı tərəfindən miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı mübahisə vardır. Məhkəmə mübahisənin qanunamüvafiq şəkildə həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Miras qoyan X1* birinci növbəli qanun üzrə vərəsəsi olan İddiaçı həm miras qoyanın sağlığında, həm də onun ölümündən sonra miras mənzildə yaşamış, həmin əmlaka sahiblik və onu idarə etməklə miras əmlakın faktiki qəbul edilməsinə yönələn hərəkətləri həyata keçirmişdir. Yəni iddiaçı qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, mübahisəli mənzildən təyinatına uyğun olaraq istifadə etməklə miras əmlakı faktiki qəbul etmişdir. İddiaçı, o cümlədən miras əmlakı rəsmi qaydada qəbul etmək üçün notariat kontoruna ərizə də vermişdir. Digər birinci növbəli qanun üzrə vərəsə olan Cavabdeh isə nə faktiki, nə də qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verməklə mirası qəbul etməmişdir. Belə ki, cavabdeh miras açıldığı vaxtdan mübahisəli miras mənzildən çıxmış, eləcə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə onu qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun *014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Belə olan halda məhkəmə Cavabdeh mirası qəbul etməsinə dair qanunla müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə əməl etməməsini, yəni mirası nə faktiki, nə də notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh mirasın açıldığını bilməsinə baxmayaraq, qanun üzrə birinci növbəli vərəsə kimi qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmək niyyətində olmamışdır. Belə ki, Cavabdeh qanunla müəyyən olunmuş müddət ərzində notariat kontoruna ərizə verməmiş, miras əmlakı idarə etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh miras əmlakdan pay almaq hüququnun həyata keçirilməsi ilə bağlı hərəkətlər nümayiş etdirməmişdir. Lakin İddiaçı həm formal, həm də qeyri-formal üsulla hərəkətlər həyata keçirməklə miras əmlakı qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun *014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*46cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1*48-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*43.*-ci maddəsinin tələblərinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1*46-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1*55-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən hüquq normalarına əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə görə mirasdan pay almaq üçün qanunda müəyyən edilmiş subyektiv vərəsəlik hüququnu itirmişdir. Ona görə də X1 qalmış miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiyinə, o cümlədən mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirmədiyinə görə X1 qalmış mirasdan pay almaq hüququnu itirmişdir. İddiaçı isə mirasın qəbulu ilə bağlı razılığını ifadə etməklə subyektiv vərəsəlik hüququnu həyata keçirmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in *13, *16–**0, *33, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi, ev 19, mənzil * ünvanında yerləşən mənzilin yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1484/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1484/2022
29.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver