Məhkəmə qərarları › İş №2(051)-149/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-149/2020

11.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-149/2020 11.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, iddiaçıİcbari x22 Dövlət Agentliyi “x11 Xəstəxanası” x19 etibarnamə üzrə nümayəndələri x4 və vəkil x3 iştirakı ilə, iddiaçı: “x11 Xəstəxanası” x19 direktoru Ələkbərov Könül Fidayıl oğlunun cavabdeh: Cavabdeh1 qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : “x11 Xəstəxanası” x19 nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 təqsiri üzündən “x11 Xəstəxanası” x19 avtomobilinin təmir bərpa xərci iləəlaqədar dəymiş zərərin əvəzi olaraq həmin şəxsdən 7478 manat pulun vəödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı “x11 Xəstəxanası” x19 direktoru Ələkbərov Könül Fidayıl oğlu iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “x11 Xəstəxanası” x19 x20 Stansiyasında sürücü işləyən x2 idarə etdiyi “x16” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı təcili tibbi yardın avtomobili ilə şəhərin H.Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsindəki yol ayrıcında hərəkətini davam etdirib işıqforun qırmızı qadağan edici işığında yol ayrıcına daxil olaraq həmin vaxt yol ayrıcında yaşıl işıqla hərəkət edən, cavabdein idarə etdiyi “KİA Sportage” markalı, B 856 AN 76 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununlada Cavabdeh1 “x17” Azərbaycan Respublikası Qanunun 74-cü maddəsinin 3-cü hissəsinin tələblərini pozmuş həmin maddənin tələbinə əsasən üstün keçid hüququ olan qırmızı və göy sayrışan işıq və səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi olan nəqliyyat vasitəsi üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər hərəkət etməli zərurət olduqda isə nəqliyyat vastəsini dayandırmalıdır. Cavabdehə yerinə yetirməli olduğu öhdəlikləri dəflərlə izah olunsa da, ödəniş etməkdən imtina etmişdir. Buna görə də cavabdeh x1 təqsiri üzündən Mingəçevir şəhər x9 hüquqi şəxsin avtomobilinin təmir bərpa xərcləri ilə əlaqədar dəymiş zərərin əvəzi olaraq 7478 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq “x11 Xəstəxanası” x19 xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İcbari x22 Dövlət Agentliyi “x11 Xəstəxanası” x19 etibarnamə üzrə nümayəndəsi x5 və vəkil x8 da iddia ərizəsinə oxşar məzmunlu izahatlar verərək, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Elsevər Ağayevin 46-S nömrəli, 10 mart 2017-ci il tarixli sərəncamından və sərəncama əlavədən görünür ki, “x16” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobil x11 Xəstəxanasının balansındadır. İşə əlavə olunmuş nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smetadan (haqq-hesab) görünür ki, “x16” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinin cəmi xərci 7478 manat təşkil edir. İşəəlavə edilmiş inzibati tənbeh vermək haqqında 09 oktyabr 2017-ci il tarixli qərarın surətindən görünür ki, “Kia sportage” markalı, B856AH76 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi x6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Mülki işdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 mart 2020-ci il tarixli, 2321 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki: nəzəri hesablama yolu ilə, iş materiallarında olan 04.07.2017-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə dair smetadakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı“x16” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avto ehtiyat hissələrinə köhnəlmə faizi təbiq edilməklə təxminən 6705 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görəətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları avtomobil qəzası nəticəsində avtomobilin avtomobilin iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və avtomobilin təmiri ilə bağlı zərərin ödənilməsi tələbinin qismən təmin olunmasınışərtləndirir. Məhkəmə vurulmuş ziyanın məbləği ilə bağlı yuxarıda göstərilən ekspertiza rəyini nəzərə almış və dəymiş ziyanı ekspert rəyində göstərildiyi qaydada təmin etməyi məqsədə uyğun saymışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 120 manat məbləğdə ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 6705 (altı min yeddi yüz beş) manat pul alınıb“ x11 Xəstəxanası” x21 ödənilsin. İş üzrə 120 manat ekspertiza xərci iddiaçı “x11 Xəstəxanası” x18 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar