Məhkəmə qərarları › İş №2(051)-1490/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1490/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1490/2020 24.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı X3 nümayəndəsi Cavadzadəİlkin Qurban oğlunun Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən xx xxxxxx 2020-ci il tarixli 600804-581007/4 nömrəli kredit müqaviləsi üzrə 3800 manat əsas kredit borcu, 667.51 manat faiz borcu olmaqla, cəmi 4467.51 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 600804-581007/4 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 25 faiz olmaqla 36 ay müddətinə 3.800 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Nəticədə onların xx.xx.2020-ci il tarixədək 3800 manat əsas kredit borcu, 667.51 manat faiz borcu olmaqla, cəmi 4467.51 manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, iddianın təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 nümayəndəsi X1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişlər. Nəticədə təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək izahatında göstərdir ki, həqiqətən Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixli 600804- 581007/4 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı X2 illik 25 faiz olmaqla 36 ay müddətinə 3.800 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi onunla eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən məbləği Cavabdeh1 götürmüş və o, üzərinə düşən öhdəliyi yerinə yetirməyərək borcunu ödəməmişdir. İddiaçıya olan borcun ödənilməsi olduğunu bilir, lakin buna imkanı olmadığını bildirir. Hesab edir ki, Cavabdeh1 Banka olan borcunu ödəyəcəkdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 600804-581007/4 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 25 faiz olmaqla 36 ay müddətinə 3.800 manat məbləğində kredit vermişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, İddiaçı X5 ilə Cavabdeh1 kredit məbləğinin xx.xx.2020-xx.xx.2023-cü il ərzində hər ay 151.40 manat olmaqla ödənilməsinə razı olmuşlar. Cavabdeh1 həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2020-ci il tarixli 600804-581007/4 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 600804-581007/4 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan İddiaçı ASC–yə aid xx xxxxxx 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə Cavabdeh1 iddiaçı bankın Mingəçevir filialından 3.800 manat məbləğində kredit götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə banka olan borcu xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh1 banka olan 3800 manat əsas kredit borcu, 667.51 manat faiz borcu olmaqla, cəmi 4467.51 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 600804-581007/4 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 25 faiz olmaqla 36 ay müddətinə 3.800 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə onun xx.xx.2020-ci il tarixədək 3800 manat əsas kredit borcu, 667.51 manat faiz borcu olmaqla, cəmi 4467.51 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmşidir ki, borclu zaminliklə təmin edilmşi öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 3800 manat əsas kredit borcu, 667.51 manat faiz borcu olmaqla, cəmi 4467.51 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli 600804-581007/4 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3800 manat əsas kredit borcu, 667.51 manat faiz borcu olmaqla, cəmi 4467.51 manat məbləğində pul alınıb İddiaçı X4 verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinəə sasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2020-ci il tarixli 600804-581007/4 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3800 (üç min səkkiz yüz) manat əsas kredit borcu, 667.51 (altı yüz altmış yeddi manat əlli bir qəpik) manat faiz borcu olmaqla, cəmi 4467.51 (dörd min dörd yüz altmış yeddi manat əlli bir qəpik) manat alınıb İddiaçı X4 verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar