Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1490/2022 07.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh, Müstəqil tələb irəli sürən üçüncü şəxs: X4 və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması tələbinə, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, onun və xx.xx.2007-ci il tarixdə doğulmuş Nuray, xx.xx.2009-cu il tarixdə doğulmuş Tamilla və xx.xx.2015-ci il tarixdə doğulmuş Ayxan adlı uşaqlarının ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdeh İddiaçı əmlakları ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə mahiyyəti üzrə baxılmasına başlanana qədər müstəqil tələb irəli sürən üçüncü şəxs X7 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddiası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, üçüncü şəxsin iddiasının mahiyyəti üzrə həll edilməsini tələb etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh ilə 28 aprel 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Gəlin kimi cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə köçmüş və 2022-ci ilin avqust ayınadək həmin mənzildə yaşamışdır. Həmin mənzildə yaşayarkən cavabdehlə olan birgə nikahlarından xx.xx.2007-ci il tarixdə Nuray, xx.xx.2009-cu il tarixdə Tamilla və xx.xx.2015-ci il tarixdə Ayxan adlı uşaqları doğulmuşdur. Cavabdehlə arasında olan rəsmi nikah Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1489/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Hazırda onun və uşaqlarının qalmağa yerləri yoxdur. Əlavə olaraq qeyd edir ki, o, Gürcüstan vətəndaşı olduğu üçün xx.xx.2018-ci il tarixində Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ona xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 3 ünvanında qeydiyyata alınmaqla daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və bildirdi ki, mübahisəli mənzil onun mülkiyyətində deyil, atası X5 məxsusdur. İddiaçı ona qarşı nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırmış və aralarında olan nikah pozulmuşdur. Bununla belə iddiaçı öz istəyi ilə evi tərk edib getmişdir. Onu heç kim mənzildən çıxarmamışdır. Onun özü könüllü olaraq mənzildən çıxmışdır. Hazırda harada yaşaması barədə məlumata yoxdur. Hesab edir ki, iddiaçının ona qarşı yönəlmiş tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs X7 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi əri Cavabdeh göstərsə də, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən mənzil 1993-cü ildən onun mülkiyyətindədir və 16 avqust 2002-ci ildə təkrarən həmin mənzilə qeydiyyat vəsiqəsi almışdır. İddiaçı onun mülkiyyətində olan mübahisəli evə gəlin köçərkən onlar arasında istifadə hüququna dair hər hansı razılaşma olmamışdır. Eləcə də, iddiaçı Gürcüstan vətəndaşıdır və müvəqqəti olaraq mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. O, iddiaçının daimi olaraq mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə razılıq verməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi Vəkil məhkəmə iclası zamanı X7 ilə eyniməzmunlu izahat verərək onu göstərdiyi halları təsdiq edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. Nikah bağlandıqdan sonra arvada “Şirinova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2007-ci il tarixdə Nuray, xx.xx.2009-cu il tarixdə Tamilla və xx.xx.2015-ci il tarixdə Ayxan adlı uşaqları doğulmuşdur. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1489/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan AR Dövlət Miqrasiya Xidmətinin Yevlax regional miqrasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 19/137/DYİ saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 2 ünvanında yerləşən mənzilə qeydiyyata alınmaqla daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, Şirinova X2 şəhəri, A. Şaiq küçəsi, ev 11, mənzil 40 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. İşdə olan X6 İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1/645 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 3 saylı notariat kontorunun xx.xx.1993-cü il tarixli 5M-153 saylı müqaviləsinə əsasən xx.xx.1993-cü il tarixdə X4 adına qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh ilə xx.xx.2007-ci i tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Həmin vaxt iddiaçı tam mülkiyyət hüququ üzrə cavabdehin atası X5 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. İddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə Nuray, xx.xx.2009-cu il tarixdə Tamilla və xx.xx.2015-ci il tarixdə Ayxan adlı uşaqları doğulmuşdur. İddiaçı 2022-ci ilin avqust ayınadək cavabdehlə birlikdə mübahisəli mənzildə yaşamışdır. İddiaçı 2022-ci ilin avqust ayından ailədaxili narazılıq səbəbindən azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxmışdır. İddiaçı gəlin köçməmişdən əvvəl, yəni xx.xx.1993–cü il tarixdə mübahisəli mənzil üzərində X4 tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Yaşayış sahəsinin mülkiyyətçisi ilə iddiaçı arasında hər hansı bir yazılı razılaşma olmamışdır. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsaslarının mövcud olub–olmamasının müəyyən edilməsini zəruri hesab edir. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə qənaətə gəlir ki, tərəflər arasında hüquq münasibəti xx.xx.2007-ci il tarixdə əmələ gəldiyindən, onlar arasında ailə münasibətlərinə xitam verildiyindən, hazırda iddiaçı istifadə hüququnun tanınmasını tələb etdiyindən, mübahisənin düzgün həll edilməsi üçün tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda hazırkı mübahisəyə qüvvədə olan Mülki Məcəllənin əşya hüquq münasibətlərini tənzimləyən normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5–ci və Mənzil Məcəlləsinin 30.4–cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013–cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228–ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı olduğundan, həmçinin tərəflər arasında mülkihüquq münasibəti 2007-ci ildən yarandığından, mübahisənin qanuni həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228–ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iddiaçının cavabdehin atasına məxsus mübahisəli mənzildən istifadə etmək hüququnun tanınmasına qiymət verərkən, hesab edir ki, ilk növbədə iddiaçının cavabdehə qarşı hazırkı iddianı irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub– olmaması ilə bağlı məsələ araşdırılmalı, həmçinin mübahisənin düzgün həll edilməsi baxımından mübahisəli mənzilin hansı hüquqi statusda olması müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli mənzil üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi müəyyən olunmalıdır. İşdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh evlənən vaxt və hazırda da mübahisəli mənzil cavabdehin mülkiyyətində olmamış, eləcə də iddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçisi arasında notarial qaydada təsdiq edilmiş razılaşma olmamışdır. Mübahisəli mənzil tərəflər arasında mülki-hüquq münasibəti yarandığı vaxtdan, hazırkı vaxtadək cavabdehin atasıX4 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı, həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçı ilə cavabdehin atası, yəni mülkiyyətçi X4 arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydada təsdiqlənən yazılı razılaşmanın olub–olmaması və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). AR Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx.xx.2008-ci il tarixli Plenum qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə aralarında notariat qaydada təsdiqlənən yazılı razılaşma olmalı və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olan X1 gəlinidir. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Həmçinin iş materiallarında olan sənədlərlə və tərəflərin məhkəmə iclası zamanı verdikləri izahatlarla müəyyən edilmişdir ki, mülkiyyətçisi X7 ilə iddiaçı arasında istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydada təsdiqlənən yazılı razılaşma olmamış və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda iddiaçının X4 mülkiyyətidə olan mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçının mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçi ilə onun arasında müqavilə mövcud olmadığından, iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli mənzilin cavabdehin atası, X4 adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdehin atası arasında mübahisəli mənzildən istifadə hüququnun yaranmasına əsas olan razılaşma olmadığından iddia tələbi əsasızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı onun və xx.xx.2007-ci il tarixdə doğulmuş Nuray, xx.xx.2009cu il tarixdə doğulmuş Tamilla və xx.xx.2015-ci il tarixdə doğulmuş Ayxan adlı uşaqlarının ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1490/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1490/2022
07.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver