Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1499/2020 22.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Nigar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X5 Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 170 manat sabit pul məbləği həddində müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi vəəlavə olaraq göstərdi ki, Cavabdeh ilə xx.xx.2012–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Nigar adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşaq onun yanında qalmışdır. Hazırda da uşaq onun yanında yaşayır. X5 Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ azyaşlı uşağı saxlamaq üçün yetərli deyildir. Mövcud vəziyyətdə uşaqlarını tək başına saxlaya bilmir. Odur ki, iddianın təmin edilərək, xx.xx.2016-cı il tarixdə doğulmuş Nigar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X3 təqdim etdiyi yazılı etirazında və məhkəmə iclası zamanı verdiyi izahatında təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi vəəlavə olaraq göstərdi ki, həqiqətən tərəflər xx.xx.2012–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Nigar adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə ayrılmış, ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçının yenidən alimentin miqdarının artırılması tələbi ilə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etməsi, Azərbaycan Respublikası ailə qanunvericiliyinin tələbləri baxımından əsassızdır və ona etiraz edir. Belə ki, aliment təyin olunan gündən cavabdehin aylıq gəlirlərində, eləcə də qazancında hər hansı real dəyişiklik olmamışdır. Cavabdeh Mingəçevir şəhər Məşğulluq xidmətində işsiz kimi qeydiyyatdadır, heç bir yerdə işləmir. 2020-ci ilin yanvar ayında Rusiya Federasiyasına getmiş, mart ayında pandemiya iləəlaqədar ağır vəziyyət yaranmış, məhs bu baxımdan burada iş fəaliyyətini davam etdirə bilməmiş və nəticədə Azərbaycan Respublikasına yolların bağlanması ilə əlaqədar gəlməkdə çətinlik çəkir. İddiaçı tam sərbəst şəkildə əmək fəaliyyəti ilə məşğuldur, hər ay əmək haqqı alır, bundan əlavə sosial müavinət alır, bundan əlavə hər ay nəzərdə tutulan 120 manat alimenti mütamədi olaraq vaxtı-vaxtında alır. Hesab edir ki, Azərbaycan Respublikasında “yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunun tələbləri baxımından ehtiyac meyarı uşaqlar üçün 170 manatdır. İddiaçının gəlirləri kifayət edir ki, uşaq normal həyat səviyyəsi şəraitində yaşasın. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin qüvvədə olan xx.xx.2019-cu il tarixli 2(051)–1534/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında xx.xx.2012-ci ildə Mingəçevir şəhər Nikah evində 27 nömrə ilə qeydə alınmış nikahın pozulması və xx.xx.2016-cı il təvəllüdlü Nigar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahdan xx.xx.2016-cı il tarixdə Nigar adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. İşdə olan 11 saylı Ərazi Vergilər Başİdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli uçota dair arayışdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 2012–cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı ildə Nigar adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmış və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. X5 Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanmasıüçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin məbləğinin dəyişdirilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay 140 manat sabit pul məbləği həddində müəyyən edilməsi üçün əsaslar olmaqla yanaş, həmin hal tərəflərin real vəziyyətinə də uyğundur. Belə ki, uşaq ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. “X8” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinəə sasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. xx xxxxxx 1989–cu ildə qəbul olunmuş “X8” X1 Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib– keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılmasıüçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılmasıüçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatınıödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər uşaq üçün 120 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşaqların maddi tələbatlarını təmin etmədiyi açıq–aşkardır. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 140 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Nigar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X5 Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)–1534/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi : Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1499/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1499/2020
22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver