Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-15/2024 04.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: LPO İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X8 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 1. 17 may 2014-cü il tarixli GY-0070 saylı kredit müqaviləsi üzrə yaranmış 8798 manat əsas kredit borcu, 2825 manat faiz borcu və 1157 manat cərimə borcu olmaqla, cəmi 12780 (on iki min yeddi yüz səksən) manat borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi. 2. 17 may 2014-cü il tarixli GY- 0070 saylı kredit müqaviləsi üzrə borcun ipoteka qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0,0345 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, 3. İpotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 0,0345 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyənləşdiriməsi, 4. Hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 Əvəz oğlunun 17 may 2014-cü il tarixli GY-0070 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 12780 (on iki min yeddi yüz səksən) manat məbləğində borcunun ödənilməsi, 5. İddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 17 may 2014-cü il tarixdə GY-0070 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən şəxsi məqsədlər üçün 48 ay müddətinə illik 19% hesablanmaqla 14000 (on dörd min) manat məbləğində kredit ayrılmışdır. Kredit məbləği 20 may 2014-cü il tarixdə Cavabdeh1 ödənilmişdir. 17 may 2014cü tarixdə bağlanmış, 23 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya görə mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0,0345 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evini Cavabdeh1 17 may 2014-cü il tarixdə iddiaçı ilə bağladığı GY-0070 №li kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipotekaya qoymuşdur. İpoteka predmeti 40000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka saxlayandan götürülmüş kredit məbləğində kreditin ssuda hesabına daxil olduğu gündən etibarən, 48 ay müddətinə hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipotekasaxlayana nağd və ya köçürülmə yolu ilə bərabər hissələrlə ödənilməsini, kreditdən istifadəyə görə illik 19 faizlə hesablanmış faizlərin isə kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün ipoteka saxlayana nağd və ya köçürülmə yolu ilə ödənilməsini öhdəsinə götürmüşdür. 21 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında qanunun 10.4-cü maddələrinə uyğun olaraq Cavabdeh2 tərəfindən ipoteka qoyulmuş daşınmaz əmlakın dövlət qeydiyyatı aparılmış, həmin tarixdə DƏDRX tərəfindən bu barədə yüklülük Çıxarışı (Seriya: RX № 0404479) təqdim edilmişdir. Cavabdeh1 ilə kredit müqaviləsi bağlandıqdan sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 razılaşdırılmış ödəniş qrafiki üzrə 48 ay müddətində hər ayın 19-u tarixində (xx.xx.2014-xx.xx.2018) kredit borcunu ödəməli idi. Lakin Cavabdeh1 kredit müqaviləsinin qaydalarını pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizləri 19 iyun 2014-cü ildən başlayaraq hər ayın 19-da ödənilməsini öhdəsinə götürdüyü halda, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da cavabdehlər Bankla bağladıqları kredit və ipoteka müqavilələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərininin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən demək olar ki, İddiaçı ASC-yə zərər dəymişdir. Vurulmuş real zərə məbləği belədir: əsas borc 4196 manat, gecikmiş əsas borc 4602 manat, faiz borcu 20 manat, gecikmiş faiz borcu 2805 manat, cərimə borcu 1157 manat, cəmi 12780 manat. Cavabdeh1 ilə bağlanmış kredit 5.2-ci bəndinin tələblərinə görə müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, hazırda xx.xx.2016-cı il tarixdə ölmüş Cavabdeh2 vərəsələri qızı X9 və Cavabdeh1 müəyyən edilmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş 77122840 №li, xx.xx.2016-cı il tarixli ödəmə tapşırığından görünür ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş 17 may 2014-cü il tarixli, GY-0070 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC kredit alan Cavabdeh1 14000 manat kredit vermişdir. İşə əlavə olunmuş İddiaçı ASC-yə məxsus ödəniş cədvəlindən görünür ki, 14000 manat məbləğində kredit 48 ay müddətinə 19 % ilə verilmiş aylıq ödəmə 418,60 manat müəyyən edilmişdir. İşə əlavə olunmuş məxaric orderindən görünür ki, 13535 manat pul Cavabdeh1 verilmişdir. İşə əlavə olunmuş ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2 və kredit alan Cavabdeh1 arasında 23 iyul 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekanın predmeti, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, xx.xx.2013-cü il tarixli ******* №li, **********64-10302 reyestr №-li, **********, qeydiyyat №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 (“İpoteka qoyan”a) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda mülkiyyətində olan 0.0345 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 105.6 kv.m yaşayış, 70.8 kv.m yardımçı, 176.4 kv.m ümumi sahədən ibarət, 6 otaqlı fərdi yaşayış evidir. İpotekanın predmeti tərəflərin razılığı əsasında 40000 manat məbləğində qiymətləndirilmişdir. İşə əlavə olunmuş 17 may 2014-cü il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmadan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* №li, **********64-10302 reyestr №-li, **********, qeydiyyat №-li çıxarışa əsasən, ünvan 3 ünvanda mülkiyyətində olan 0.0345 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 105.6 kv.m yaşayış, 70.8 kv.m yardımçı, 176.4 kv.m ümumi sahədən ibarət, 6 otaqlı, 3 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair 2.1, və 2.2., 3.2, bəndlərinə dəyişiklik edilməsini qərara aldılar və bu razılaşmanı bağladılar. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 176,4 kv.m olan, 2 mərtəbəli, 0.0345 ha torpaq sahəsi olan fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyətindədir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, İddiaçı ASC Göyçay filialı xeyrinə ünvan 4 saylı fərdi yaşayış evi ipoteka növü üzrə yüklü edilmişdir. İşə əlavə olunmuş xx.xx.2014-cü il tarixli qiymətləndirmə aktından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 40000 manat dəyəində qiymətləndirilmişdir. İşə əlavə olunmuş AZ-İ seriyalı 476078 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şirinov Əvəz Abbas oğlu xx.xx.1998-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Cavabdeh1 tərəfindən notarial təsdiq edilmiş ərizədən görünür ki, O, Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi ümumi sahəsi 0.0345 ha olan torpaq sahəsinin ipoteka qoyulmasına etiraz etmir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda etmədən şərtsiz təhvil verəcək. İşə əlavə olunmuş X9 tərəfindən notarial təsdiq edilmiş ərizədən görünür ki, O, Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi ümumi sahəsi 0.0345 ha olan torpaq sahəsinin ipoteka qoyulmasına etiraz etmir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda etmədən şərtsiz təhvil verəcək. İşə əlavə olunmuş 07 aprel 2016-cı il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər götürdükləri öhdəliyi bu günə kimi yerinə yetirməmişdir. Hal-hazırda həmin müqavilə üzrə onların bank qarşısında 8865 manat kredit borcu, 2532 manat vaxtı keçmiş kredit borcu, 24 manat kredit borca hesablanmış faiz borc və 2423 manat vaxtı keçmiş borca hesablanmış faiz borcu, ümumilikdə 13844 manat məbləğində öhdəlikləri yaranmışdır. Bununla əlaqədar onlardan xahiş olunmuşdur ki, qeyd edilən məbləği xx.xx.2016-cı il tarixinədək banka ödənilməsinin təmin etsin. Əks halda barələrində məhkəmədə borcun ödənilməsi üçün iddia qaldırılacaqdır. İşə əlavə olunmuş 22 oktyabr 2015-ci il tarixli sonuncu ciddi xəbərdarlıqdan görünür ki, cavabdehlərdən öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əks halda məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olunmuş 10 avqust 2015-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərdən öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əks halda məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olunmuş 04 avqust 2016-cı il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişdən görünür ki, xx.xx.2016-cı il tarixə “Kredit müqaviləsi” üzrə 7726 manat məbləğində kreditin, 58 manat kreditin əsas məbləğinə hesablanmış faizləri, 3672 manat gecikdirilmiş kredit məbləğini, kreditin əsas məbləğinin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 3307 manat məbləğində cərimənin, cəmi 14763 manat pul vəsaitinin “Kredit verən”ə ödənilməsi məqsədilə məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında təsdiqlənəcək razılaşma bağlamağı və bu razılaşma əsasında ipoteka predmetini açıq bazarda sataraq əldə olunan gəlirin bölüşdürülməsini təklif etmişlər. İşə əlavə olunmuş İddiaçı ASC tərəfindən Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə ərizədən görünür ki, İddiaçı ASC-nin “Göyçay filialı” ilə vətəndaş Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi”nə əsasən, vətəndaş Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 04 avqust 2016cı il tarixində Cavabdeh2 təqdim edilmişdir. Bildiriş və ərizənin 2-ci nüsxəsi göndərilməklə, bildirişin qeydə alınmasını və ərizənin 2-ci nüsxəsini idarənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə onlara qaytatarılmasını onlardan xahiş edir. İşə əlavə olunmuş 77122890 №li, xx.xx.2016-cı il tarixli ödəmə tapşırığından görünür ki, AtaBank ASC Göyçay filialı X4 hesabına 32 manat köçürmə etmişdir. İşə əlavə olunmuş 29 iyun 2017-ci il tarixli həmin tarixə Cavabdeh1 kredit borcunun hesablanmasına dair arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə ona xx.xx.2014-cü il tarixdə 19% ilə verilmiş 14000 manat kredit xx.xx.2018-ci ildə qaytarılmalı idi. Onun cəmi 12780 manat borcu vardır. İşə əlavə olunmuş AZ-İ seriyalı, 839714 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2016-cı ildə ölmüşdür. İşə əlavə olunmuş 27 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş Cavabdeh2 vərəsəsi qızı X1 şəhəri, M.Əzizbəyov küçəsi, ev 3 miras əmlakdan ½ hissə pay almalıdır. Qeyd: yuxarıda göstərilən miras əmlak İddiaçı ASC Göyçay filialının xeyrinə ipoteka ilə yüklüdür. İşə əlavə olunmuş 27 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş Cavabdeh2 vərəsəsi oğlu Şirinov X3 şəhəri, M.Əzizbəyov küçəsi, ev 3 miras əmlakdan ½ hissə pay almalıdır. Qeyd: yuxarıda göstərilən miras əmlak İddiaçı ASC Göyçay filialının xeyrinə ipoteka ilə yüklüdür. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdehlər Cavabdeh1 ilə iddiaçı bank arasında 17 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə 19% dərəcəsi ilə 14000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən 0,0345 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Hazırda cavabdeh tərəfin iddiaçı banka 17 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8798 manat əsas kredit borcu, 2825 manat faiz borcu və 1157 manat cərimə borcu olmaqla, cəmi 12780 manat borcu yaranmışdır. Ona görə də iddiaçı bank tələbin ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus fərdi yaşayış evinə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, tərəflər arasında 17 may 2014-cü il tarixli GY- 0070 sayl kredit müqaviləsi bağlanan vaxt kreditin təminatı kimi bağlanmış ilkin ipoteka müqaviləsi üzə İpoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0,0345 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin dəyəri 40000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdeh tərəfdən kredit müqaviləsi üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh tərəf arasında 17 may 2014-cü il tarixdə predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, 19% dərəcəsi ilə 14000 manat məbləğində kredit vermişdir. Bunun qarşılığında cavabdeh 48 ay müddətində hər ay 418,60 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən 0,0345 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin banka 17 may 2014-cü il tarixli GY- 0070 nömrəli kredit müqaviləsi üzrə 29 iyun 2017-ci il tarixə əsas kredit borcu 8798 manat əsas kredit borcu, 2825 manat faiz borcu və 1157 manat cərimə borcu olmaqla, cəmi 12780 manat kredit borcu qalmışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankla Cavabdeh1 arasında 17 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8798 manat əsas kredit borcu, 2825 manat faiz borcu və 1157 manat cərimə borcu olmaqla, cəmi 12780 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə ediləcək vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçı bankın xeyrinə ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi cavabdeh tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin qanunun 34.1-ci maddəsinə əsasən İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bunlardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin qanunun 39.1-ci maddəsinə əsasən İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. İşə əlavə olunmuş ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2 və kredit alan Cavabdeh1 arasında 23 iyul 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekanın predmeti, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, xx.xx.2013-cü il tarixli ******* №li, **********64-10302 reyestr №-li, **********, qeydiyyat №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 (“İpoteka qoyan”a) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda mülkiyyətində olan 0.0345 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 105.6 kv.m yaşayış, 70.8 kv.m yardımçı, 176.4 kv.m ümumi sahədən ibarət, 6 otaqlı fərdi yaşayış evidir. İpotekanın predmeti tərəflərin razılığı əsasında 40000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı bankla cavabdeh arasında bağlanmış 23 iyul 2013-cü il il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus ünvan 3 ünvanda mülkiyyətində olan 0.0345 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 105.6 kv.m yaşayış, 70.8 kv.m yardımçı, 176.4 kv.m ümumi sahədən ibarət, 6 otaqlı fərdi yaşayış evi kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, bankın ipoteka predmetinə tutma yönəldilməsi haqqında tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı bankla ipoteka müqaviləsi bağlayaraq özünə məxsus olan ünvan 3 ünvanda mülkiyyətində olan 0.0345 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 105.6 kv.m yaşayış, 70.8 kv.m yardımçı, 176.4 kv.m ümumi sahədən ibarət, 6 otaqlı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka yüklü edən Cavabdeh2 xx.xx.2016-cı ildə ölmüşdür. Bundan sonra ona məxsus ipoteka yüklü əmlak onun vərəsələri olan qızı və oğlu arasında ½ hissə paylı mülkiyyətdə olmaqla bölünmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və ipoteka qoyanın ölümündən sonra həmin əmlakın yeni sahibləri müəyyən edilmiş və payları müəyyənləşdirilmişdir. Bu səbəbdən də iş üzrə icraatın təzələnməsi barədə məhkəmə qərardad çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankın cavabdehə qarşı əmələ gəlmiş borc tələbi ölmüş əvvəlki cavabdehdən miras qalmış ünvan 3 ünvanda mülkiyyətində olan 0.0345 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 105.6 kv.m yaşayış, 70.8 kv.m yardımçı, 176.4 kv.m ümumi sahədən ibarət, 6 otaqlı fərdi yaşayış evin açıq hərracdan satılması yolu ilə həyata keçirilməlidir. Bununla yanaşı məhkəmə, iddianın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti müqavilədə göstərildiyi kimi 40000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Repsublikası Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və 17 may 2014cü il tarixli GY-0070 saylı kredit müqaviləsi üzrə yaranmış 8798 manat əsas kredit borcu, 2825 manat faiz borcu və 1157 manat cərimə borcu olmaqla, cəmi 12780 (on iki min yeddi yüz səksən) manat borcun Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməli, 17 may 2014-cü il tarixli GY-0070 saylı kredit müqaviləsi üzrə borcun ipoteka qoyulmuş, Cavabdehlər Cavabdeh1 və X6 hər birinin ½ hissədə paylı mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0,0345 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılmalı, İpotekaya qoyulmuş Cavabdehlər Cavabdeh1 və X6 hər birinin ½ hissədə paylı mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 0,0345 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyənləşdiriməli, Hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 17 may 2014-cü il tarixli GY-0070 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 12780 (on iki min yeddi yüz səksən) manat məbləğində borcunun ödənilməli, Satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 alınaraq iddiaçı LPO İddiaçı ASC–nin xeyrinə ödənilməli, satışdan əldə olunan vəsait iddiaçının tələbindən yüksək olduqda isə satışdan qalan pul məbləği cavabdehlər Cavabdeh1 və X6 paylarına mütənasib şəkildə onlara verilməli, İddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və 32 manat notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğində cəmi 62 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. 17 may 2014-cü il tarixli GY-0070 saylı kredit müqaviləsi üzrə yaranmış 8798 manat əsas kredit borcu, 2825 manat faiz borcu və 1157 manat cərimə borcu olmaqla, cəmi 12780 (on iki min yeddi yüz səksən) manat borc Cavabdeh1 alınaraq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. 17 may 2014-cü il tarixli GY-0070 saylı kredit müqaviləsi üzrə borcun ipoteka qoyulmuş, cavabdehlər Cavabdeh1 və X6 hər birinin ½ hissədə paylı mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0,0345 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin daşınmaz əmlaklar açıq hərrac yolu ilə satılsın. İpotekaya qoyulmuş cavabdehlər Cavabdeh1 və X6 hər birinin ½ hissədə paylı mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0,0345 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 40000 manat məbləğində müəyyənləşdirilsin, Hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 17 may 2014-cü il tarixli GY-0070 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 12780 (on iki min yeddi yüz səksən) manat məbləğində borcu ödənilsin. Satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 alınaraq iddiaçı LPO İddiaçı ASC–nin xeyrinə ödənilsin. Satışdan əldə olunan vəsait iddiaçının tələbindən yüksək olduqda isə satışdan qalan pul məbləği cavabdehlər Cavabdeh1 və X6 paylarına mütənasib şəkildə onlara verilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumu Cavabdeh1 alınaraq LPO İddiaçı ASC-yə verilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-15/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-15/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver