Məhkəmə qərarları › İş №2(051)-1505/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1505/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1505/2021 14.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin alınması tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdim: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddələrinə əsasən iddia ərizəsi iddiaçı və ya buna imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 73.4-cü maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddia ərizəsi Ülviyyə Musayeva tərəfindən imzalanmışdır. Ü.Musayevanın belə bir hüququ olmasını təstiq edən sənəd və şəxsiyyət vəsiqəsinin surəti işə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət etməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsində göstərilir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 60 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə fondunun Mingəçevir şəhər şöbəsin Mingəçevir şəhər məhkəməsinin 2(051)-1287 saylı, 28 fevral 2017-ci il tarixli qərardadının surəti sizə göndərilir. Qoşma: qərardadın surəti, ərizəniz və ona əlavə olunmuş sənədlər - cəmi “ ” vərəqədə. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 60 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə fondunun Mingəçevir şəhər şöbəsin Mingəçevir şəhər məhkəməsinin 2(051)-1287 saylı, 28 fevral 2017-ci il tarixli qərardadının surəti sizə göndərilir. Qoşma: qərardadın surəti, ərizəniz və ona əlavə olunmuş sənədlər - cəmi “ ” vərəqədə. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov İş № 2 (051)-1287/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 21 iyul 2020-ci il Mingəçevir şəhəri Mingəçevir şəhər məhkəməsi Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə fondunun Mingəçevir şəhər şöbəsinin cavabdeh X2 qarşı işgüzar nüfuza xələl gətirilməsi, üzr istənilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxılır. İclas saat 15:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə fondunun Mingəçevir şəhər şöbəsinin cavabdeh X2 qarşı işgüzar nüfuza xələl gətirilməsi, üzr istənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxılacağını elan edir. Sədrlik edən ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı oxuyub elan edir. Sədrlik edən məhkəmə iclasını saat 15:15-də bağlı elan edir. Protokol 21.07.2020-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar