Məhkəmə qərarları › İş №2(051)-1507/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1507/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1507/2022 22.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, cavabdehdən 1720.80 manat əsas, 344.72 manat faiz, 10.20 manat cərimə olmaqla, cəmi 2075.72 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 41.16 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehdən 2075.72 manat borcun alınaraq ödənilməsini tələb etsə də, tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, bank tərəfindən borcalana (cavabdehə) 120 ay müddətinə 20000 manatadək məbləğdə kredit limiti ayrılmış, ona bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsində də sözügedən müqavilənin 1.1-ci bəndində qeyd edilənlər eyni ilə yazılmaqla cavabdehdən 2075.72 manat məbləğində pulun alınması xahiş edilmişdir. Lakin iddiaçı tərəfindən ayrılmış 20000 manat kredit limitindən cavabdehin hesabına nə qədər məbləğdə pul köçürülməsini, onun həmin məbləğdən nə qədər istifadə etdiyini və yekun olaraq hansı məbləğdə borcun ödənilməmiş qalması, nə iddia ərizəsində göstərmiş, nə də onu təsdiq edən sənədlər kiçik iddia ərizəsinə əlavə etməmişdir. AR MPM-in 284-3.2.3-cü maddəsinə əsasən məhkəməyə təqdim edilmiş kiçik iddia ərizəsində iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Göründüyü kimi iddiaçı tərəf cavabdehin hesabına köçürülən, həmçinin cavabdeh tərəfindən istifadə edilən və yekun olaraq ödənilməmiş qalan pullar üzrə əməliyyatları özündə əks etdirən (hesabdan çıxarış) arayışı və yaxud məxaric orderi iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı tələbini təsdiq edən sənədləri kiçik iddia ərizəsinə əlavə etməmişdir. AR MPM-in 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə, həmçinin iddiaçının nəzərinə çatdırır ki, kiçik iddialara dair işlər tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, məhkəmə tərəfindən işin obyektiv həll edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsi kifayət qədər əsaslandırılmalı və iddia ərizəsində göstərilən tələbi təsdiq edən sənədlər əlavə edilməlidir. AR MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlərin əlavə edilməməsi əsası ilə kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin iddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina edildikdə iddiaçı həmin tələb üzrə iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar