Məhkəmə qərarları › İş №2(051)-1514/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1514/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1514/2023 18.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi İddiaçı “Unibank» ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Unibank» ASC-i Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddia “Unibank» ASC-i 18 avqust 20232-cü il tarixdə məhkəməyə elekiron ərizə göndərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçrib hesmab edir ki, vəsatəti təmin edilməli iddiaçı “Unibank» ASC-i Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Lakin kiəiku iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydalarını tənzimləyən Azərbaycan Respublikası MPM-nin 23-1-cxi fəsli kiçik iddia ərizələrini icraata götürdükdən sonra iddiaçının vəsatətdi əsasında iddia ərizəsinin qaytarılmasını tənzimləmədiyi konkret hüquq norması olmadığı üçün Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən analoji münasibətləri tənzimləyən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarında olan qəbzdən görünür ki, “Unibank» ASC-i xx.xx.2023-cü il tarixdə saat 19:27-də Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət ödəniş portalı vasitəsi ilə 47,03 manat Dövlət rüsumu ödəmişdr. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı “Unibank» ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2023-cü il tarixdə saat 19:27-də Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət ödəniş portalı № ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 47,03 manat məbləğində pul iddiaçı “Unibank» ASC-nə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar