Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1527/2021 23.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Cavabdeh X2 iştirakı ilə iddiaçı: X1 cavabdeh: X4 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh X4 qarşı « pul » tələbinə dair iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı X3 məhkəmə icasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri haqqında da məlumat verməmişdir. Məhkəmə iclasına gəlmiş cavabdeh X5 isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmagı xahiş etməmiş iddiaçı məhkəməyə gəlmədikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsi baxılmamış saxlanmaqla yanaşı tərəflərə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barəsində öz qərardadını ləğv edə bilər. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı: İddiaçı X1 cavabdeh X4 qarşı « pul » tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barəsində öz qərardadını ləğv edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1527/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1527/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver