Məhkəmə qərarları › İş №2(051)-1527/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1527/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1527/2023 16.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı BOKT QSC–nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun alınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı BOKT QSC Cavabdeh qarşı əsas borc üzrə 2384.01 (iki min üç yüz səksən dörd manat, 01 qəpik) manat, faiz borcu üzrə 1043.88 (bir min qırx üç manat, 88 qəpik) manat olmaqla, cəmi 3427.89 (üç min dörd yüz iyirmi yeddi manat, 89 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 54,28 (əlli dörd manat, 28 qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi; Tutmanın Cavabdeh məxsus olan, 25.8 qr çəkisi olan Sep kkal bilerzik, 6.1 qr çəkisi olan Bilərzik və üzük, 8.1 qr çəkisi olan Komplekt Yolka, 6.5 qr çəkisi olan 2 ədəd Üzuk, 15.3 qr çəkisi olan Sep lenta qızıl zinyət əşyaları olan qızıl-zinət əşyalarına yönəldilərərk açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsinə, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən də bankdan kredit götürmüşdür, lakin maddi imkanı olmadığına görə krediti ödəyə bilməmişdir. Hal-hazırda iddia qəbul edir və tutmanın girovda olan ona məxsus qızıl-zinət əşyalarına yöqəldilməsinə heç bir etirazı yoxdur. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə, № L-378 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat cavabdehə aylıq qalıq borcun 22 faiz dərəcəsi tətbiq etməklə, illik 22 % tətbiq edilməklə, 18 ay müddətinə 3000 (üç min) manat kredit vermişdir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh kreditin əsas məbləğini hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus girov müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədə əks etdirilmiş 25.8 qr çəkisi olan Sep kkal bilerzik, 6.1 qr çəkisi olan Bilərzik və üzük, 8.1 qr çəkisi olan Komplekt Yolka, 6.5 qr çəkisi olan 2 ədəd Üzuk, 15.3 qr çəkisi olan Sep lenta olan qızıl-zinət əşyaları xx.xx.2014-cü il tarixdə, № L- 378-AZN saylı girov müqaviləsinə əsasən girov qoymuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə, № L- 378 nömrəli kredit müqaviləsi üzrə təşkilata əsas borc üzrə 2384.01 (iki min üç yüz səksən dörd manat, 01 qəpik) manat, faiz borcu üzrə 1043.88 (bir min qırx üç manat, 88 qəpik) manat olmaqla, cəmi 3427.89 manat təşkil edir. İşdə olan “tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsi tələbinə dair” bildirişdən görünür ki, xx.xx.2014-cü il tarixdə, № L-378 nömrəli kredit müqaviləsi üzrə əldə edilən bütün hüquqlara və tələblərə mülkiyyət hüququ İddiaçı BOKT QSC-yə keçmişdir (güzəşt edilmişdir). Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə, № L-378 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə aylıq qalıq borcun 22 faiz dərəcəsi tətbiq etməklə 18 ay müddətinə 3.000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış yazılı girov müqaviləsinə əsasən, cavabdeh kreditin təminatı olaraq özünə məxsus qızıl əşyalarını girov qoymuşdur. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, nəticədə onun iddiaçı təşkilata əsas kredit borcu üzrə əsas borc üzrə 2384.01 (iki min üç yüz səksən dörd manat, 01 qəpik) manat, faiz borcu üzrə 1043.88 (bir min qırx üç manat, 88 qəpik) manat olmaqla, cəmi 3427.89 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Borcun ödənilməsinin girov əşyalara yönəldilməsi tələbi də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Mülki Məcəllənin 295-ci maddəsində göstərilmişdir ki, Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh xx.xx.2014-cü il tarixdə, № L-378 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu əsas borc üzrə 2384.01 (iki min üç yüz səksən dörd manat, 01 qəpik) manat, faiz borcu üzrə 1043.88 (bir min qırx üç manat, 88 qəpik) manat olmaqla, cəmi 3427.89 manat müəyyən edilmişdir. Beləliklə, Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, xx.xx.2014-cü il tarixdə, № L-378 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə əsas borc üzrə 2384.01 (iki min üç yüz səksən dörd manat, 01 qəpik) manat, faiz borcu üzrə 1043.88 (bir min qırx üç manat, 88 qəpik) manat olmaqla, cəmi 3427.89 manat məbləğində kredit borcu İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Həmçinin ödənilmiş 54,28 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Borcun ödənilməsi Cavabdeh məxsus 25.8 qr çəkisi olan Sep kkal bilerzik, 6.1 qr çəkisi olan Bilərzik və üzük, 8.1 qr çəkisi olan Komplekt Yolka, 6.5 qr çəkisi olan 2 ədəd Üzuk, 15.3 qr çəkisi olan Sep lenta qızıl zinyət əşyaları 0 əyyarlı 5,4 qr çəkisi olan nişan üzüyü olmaqla, ümumi dəyəri 15.000 manat məbləğdə qızıl və zinət əşyalarına yönəldilməlidir. Qızıl-zinət əşyalarının açıq hərracdan satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcu, dövlət rüsumu, hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclər ödənilməlidir. Girov predmetinin satışından əldə olunan vəsait borc məbləğindən artıq olan hissədə cavabdehə qaytarılmalı, qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə Cavabdeh ümumi qaydada tutulmalıdır. Girov qoyulmuş əşyalar qiymət qoyularaq satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixdə, № L-378 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə əsas borc üzrə 2384.01 (iki min üç yüz səksən dörd manat, 01 qəpik) manat, faiz borcu üzrə 1043.88 (bir min qırx üç manat, 88 qəpik) manat olmaqla, cəmi 3427.89 məbləğində pul alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,28 manat məbləğində pul alınıb Bank Olmayan Kredit Təşkilatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə, № L-378 nömrəli Girov müqaviləsinə əsasən girov qoyulmuş, 25.8 qr çəkisi olan Sep kkal bilerzik, 6.1 qr çəkisi olan Bilərzik və üzük, 8.1 qr çəkisi olan Komplekt Yolka, 6.5 qr çəkisi olan 2 ədəd Üzuk, 15.3 qr çəkisi olan Sep lenta qızıl zinyət əşyaları işan üzüyündən, 750 əyyarlı 5,4 qr çəkisi olan nişan üzüyündən ibarət olan, qızıl və zinət əşyalarına yönəldilsin. Girov qoyulmuş əşyalar qiymət qoyularaq satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilsin. Qızılzinət əşyalarının açıq hərracdan satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,28 manat, hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclər ödənilsin. Girov predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasını təmin etdikdən sonra artıq qalan hissəsi, Cavabdeh qaytarılsın. Girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda, qətnamə qalan hissədə Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar