Məhkəmə qərarları › İş №2(051)-153/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-153/2022

28.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq sahəsinin boşaldılması -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-153/2022 28.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Maddar oğlu, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri X3, X1 və Mingəçevir şəhər İcra Hakmityyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarma və mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş madi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən hüquqazidd şəkildə sökülərək dağdılmış Mingəçevir şəhəri, çimərlik sahəsində yerləşən 47,9 kv.m ibarət “Dalğa” pavilyonunun yerində tikdiyi tikilinin Azərbaycan Respublikası Föqladə Hallar Nazirliyinin öz vəsaiti hesabına sökülməsi ilə torpaq sahəsinin bo.aldırlaraq ona təhfil verilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 490.000 manat əldən çıxmış fayda şəklində maddi ziyanın və 50.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 540.030 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Maddar oğlu bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən hüquqazidd şəkildə sökülərək dağdılmış Mingəçevir şəhəri, çimərlik sahəsində yerləşən 47,9 kv.m ibarət “Dalğa” pavilyonunun yerində tikdiyi tikilinin Azərbaycan Respublikası Föqladə Hallar Nazirliyinin öz vəsaiti hesabına sökülməsi ilə torpaq sahəsinin bo.aldırlaraq ona təhfil verilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 490.000 manat əldən çıxmış fayda şəklində maddi ziyanın və 50.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 540.030 manat pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri X3 və X1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12.02.2011-ci il tarixli 50s nömrəli sərancxamı ilə Mingəçevir Su anbarı Fövqəladə Hallar Nazirliyinin balansına verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 4.02.2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət edərək Mingəçevir Su anbarının etibarlı mühafizəsinin və effektili idarə olunmasının təmin edilməsi məqsədilə Nazirliyin bölmələrinin yerləşdirilməsi üçün tikinti inşası üçün şəhər çimərliyinin yaxzınlığında 8,1 ha torpaq sahəsinin nazirliyin daimi istifadəsinə verilməsini xahiş etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti nazirliyin müraciətini nəzərə alaraq, Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısının 15.02.2013cü il tarixli 24 nömrəli Sərancamı ilə şəhər çimərliyinin yaxınlığındakı ərazidən 8,1ha torpaq sahəsi nazirliyin daimsi istifadəsinə verilmişdir. Sərancamın 3-cü hissəsində daimi istifadəyə verilmiş torpaq sahəsində tikinti işlərinə aidiyyati dövlət orqanları və idarələrlə razılaşdırmalar aparıldıqdan və aparılacaq tikinti işlərinin layihə sənədləri aparatın Memarlıq və tikinti şöbəsində qeydiyyata alındıqdan sonra başlaya bilməsi Fövqəladə Hallar Nazirliyi rəhbərliyinin nəzərinə çatdırılmışdır. Qeyd olunan sərancamda Mingəçevir şəhəri, çimərlik sahəsində yerləşən «dalğa» pavliyonu ilə bağlı heç bir göstəriş və tapşırıq nəzərdə tutlmamışdır. Yuxarıda qeyd olunanlar bu nəticəyə gəlməyə əsas verir ki, Fövqəladə Hallar Nazirliyinə qarşı beli bir iddia irəli sürülməsi əsassızdır. Odlur ki, bütün bunları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etdirlər. Məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması iclasında iş üzrə əhəmiyyət kəs etdiyi üçün tərəflərin razılığı ilə Mingəçevir şəhər İcra Hakimiyyətini iş üzrə cavabdeh qismində işə cəlb etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması iclasında tərəflər, əhəmiyyətli olan sənədləri və digər sübutları məhkəməyə təqdim etmiş və hakim iş kifayət qədər hazırlanmış hesab etdiyi üçün mülki işi məhkəmə iclasında baxılmağa təyin etmişdir. Məhkəmə baxışında tərəflər dinlənərkən və tərəflərin təqdim etdityi sübutların tətqiqi zamanı hal-hazırki mülki işin, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması müəyyən edilmişdir. Belə ki, iş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin 27.02.2006-cı il tarixli, ******* nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» Şəhadətnaməsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən «Dalğa» pavilyonu iddaçı İddiaçı sahibliynə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakmityyətinin 15 fevral 2013-cü il tarixli, 24 saylı «Torpaq sahəsinin daimi istifadəyə verilməsi və tikintiyə icazə haqqında» sərəncamından müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mingəçevir Su anbarının etibarlı mühafizəsinin və effektili idarə olunmasının təmin editlməsi üçün Nazirliyin bölmələrinin yerləşdirilməsi və layihə üzrə nəzərdə tutulmuş tikililərin (MMQ alayı, Su hövzəsinin mühafizə idarəsi, Xüsusi risqli xilasetmə xidməti və s.) aparılması məqsədi ilə Nazirliyin daimi istifadəsinə şəhər çimərliyinin yaxınlığındakı ərazidən 8,1 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən «Dalğa» pavilyonu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini tərəfindən Çimərlik sahəsində onların istifadəsinə verildikdən sonra sökülmüşdür. Beləliklə tərəflərin izahatlarından və iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin 27.02.2006-cı il tarixli, ******* nömrəli Şəhadətnaməsi ilə Mingəçevir şəhəri, Çimərlik sahəsində yerləşən «Dalğa» pavilyonu iddaçı İddiaçı sahibliynə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12.02.2011-ci il tarixli 50s nömrəli sərancamı ilə Mingəçevir Su anbarı Fövqəladə Hallar Nazirliyinin balansına verildiyi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 4.02.2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət edərək Mingəçevir Su anbarının etibarlı mühafizəsinin və effektili idarə olunmasının təmin edilməsi məqsədilə Nazirliyin bölmələrinin yerləşdirilməsi üçün tikinti inşası üçün şəhər çimərliyinin yaxınlığında 8,1 ha torpaq sahəsinin nazirliyin daimi istifadəsinə verilməsini xahiş etmiş və Mingəçevir şəhər İcra Hakimiyyəti nazirliyin müraciətini nəzərə alaraq, Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısının 15.02.2013-cü il tarixli 24 nömrəli Sərancamı ilə şəhər çimərliyinin yaxınlığındakı ərazidən 8,1ha torpaq sahəsi nazirliyin daimi istifadəsinə verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısının 15.02.2013-cü il tarixli 24 nömrəli sərancamında Mingəçevir şəhəri, çimərlik sahəsində yerləşən «dalğa» pavliyonu ilə bağlı heç bir göstəriş və tapşırıq nəzərdə tutlmamış və torpağın yüklülüyü yoxlanılmamış, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin 27.02.2006-cı il tarixli, ******* nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» Şəhadətnaməsi nəzərə alınmamışdır. Göründüyü kimi halhazır ki, mübahisə məhz əmlakla bağlı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə yaranan münasibətdir. Belə olan halda məhkəmə hesab edir ki, hal-hazırki mübahisə əmlakla bağlı və inzibati orqanların qərarları (inzibati aktları) və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. ”İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikaı Ali Mhkəməstini Plenumunun 10 aprel 20152-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. -Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinqə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiala ra İnzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarma və mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş madi və mənəvi ziyanın ödənilməsi tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edildiyi üçün MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə, inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdıır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1 263,264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarma və mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş madi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsasları ilə iş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə, inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar