Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1271/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə İş № 2(102)-1271/23 (Açar sözlər: zəbt olunmuş sahənin boşaldılması, maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu, (məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş sahənin boşaldılması, maddi və mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6865/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 267,1 m2 - dən ibarət olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. 2. xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 267,1 m2 -dən ibarət olan qeyri-yaşayış binası Cavabdeh tərəfindən İddiaçı satılmışdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsini mübahisələndirmiş, onun iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin iş üzrə Nəsimi Rayon Məhkəməsinə verilən id dia ərizəsində Cavabdeh 2012-ci ildə İddiaçı 40000 ABŞ dolları aldığını və banka olan borcunu ödədiyini qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən bir neçə dəfə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sonuncu dəfə təqdim etdiyi iddia tələbinin həcminin azaldılması barədə ərizəsində ona məxsus sahənin boşaldılması, maddi ziyan kimi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində ona qarşı qaldırdığı iddia ərizəsində etiraf etdiyi 47000 ABŞ dolları borcun qaytarılması və mənəvi ziyan kimi 50000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bir-birini 1990-cu ildən tanıyırlar. 2018-ci il tarixdə cavabdehdən 267,1 m2 ölçüdə obyekt almışdır. Həmin obyekt əslində 600 m2 -dən çoxdur, sadəcə qalan hissəsinə çıxarış yoxdur. Eyni zamanda, cavabdehin maddi çətinlikləri ilə əlaqədar ona 47000 ABŞ dolları pul vermişdir. Lakin, cavabdeh bu günədək ona satdığı sahəni boşaltmır və iddiaçının qanuni tələblərinə məhəl qoymayaraq orada qeyri-qanuni fəaliyyət göstərir.
6. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmiş və iddiaya etiraz verməmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-200/2022 nömrəli iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia q ismən təmin edilmiş, İddiaçı məxsus sahənin (ünvan 1 ünvanında yerləşən 267,1 m2 -dən ibarət olan qeyri-yaşayış binasının) Cavabdeh tərəfindən boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya məxsus qeyriyaşayış sahəsini boşaltmalıdır. Lakin, məhkəmə hesab etmişdir ki, iddia 47000 ABŞ dolları borcun qaytarılması və 50000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsində rədd edilməlidir. Belə ki, 47000 ABŞ dolları borcun sübutu yalnız Nəsimi rayon Məhkəməsində cavabdeh tərəfindən qaldırılmış iddia ərizəsindəki etirafıdır. Göründüyü kimi, cavabdeh həmin borcu 2012-ci ildə aldığını etiraf edir. Məhkəmə odur ki, hesab etmişdir ki, həmin öhdəliyə xitam verilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdı rması zamanı iddiaçı özünün mənəvi zərər çəkməsini sübut edə bilməmişdir.
10. Məhkəmə ona görə də hesab etmişdir ki, iddia mənəvi ziyanın tutulması hissəsində də rədd edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 23.1, 152.1, 152.5, 164.1, 164.2, 165.1, 551.2.1, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, bir inci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehdən 47000 ABŞ dolları borcun və ona vurulmuş mənəvi zərərə görə 50000 manat pulun cavabdehdən tutulmasına dair hissədə iddianı rədd edərkən səhv nəticəyə gəlmişdir, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və qalan hissədə iddianın dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində yalan məlum atlara istinad etmişdir, məhkəmə isə bunları yoxlamadan onun xeyrinə qətnamə qəbul etmişdir. Əslində iddiaçının yazdığı kimi olmamışdır. İlk növbədə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərini pozmuşdur. ünvan 2 ünvanında yerləşən 267,1 kv metrdən ibarət olan qeyri-yaşayış binası Bakı Şəhəri Xəzər Rayonuna aid olduğu üçün işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində deyil, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı idi. Eyni zamanda məhkəmə iclasının təxirə salınması və məhkəmə prosesində onun iştirakının təmin edilməsi ilə bağlı məhkəməyə teleqram göndərsə də, məhkəmə buna baxmayaraq işə baxıb qətnamə qəbul etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi qətnaməsini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Mübahisənin düzgün həlli ü çün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığı ondan ibarətdir ki, ünvan 2 ynvanında yerləşən 267,1 kv metrdən ibarət olan qeyri-yaşayış binası ilə bağlı başqa məhkəmədə mübahisə vardır və iş üzrə icraatlar davam edir. Belə olan halda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia tamamilə rədd edilməlidir və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Lakin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən bu hallar ümimiyyətlə araşdırılmamış, məhkəmə həmin hallara göz yummuş, onlara lazımi hüquqi qiymət verməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6865/2022 nömrəli mülki iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (h akimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, belə ki, birinci instansiya məhkəməsi 47000 ABŞ dolları borcun və ona vurulmuş mənəvi zərərə görə 50000 manat pulun cavabdehdən tutulmasına dair hissədə iddianı rədd edərkən səhv nəticəyə gəlmişdir.
19. Kollegiya qeyd etmişdir ki, iddiaçının dəlili əsassızdır. Belə ki, iddiaçı 2020-ci ildə cavabdehə 47000 ABŞ dolları borc verməsini təsdiq edən hər hansı yazılı sübut təqdim də bilməmişdir. Birinci instansiya haqlı olaraq qeyd etmişdir ki, tələb edilən borcun sübutu yalnız cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair Nəsimi Rayon Məhkəməsinə verilmiş iddia ərizəsindəki etirafıdır. Göründüyü kimi, cavabdeh həmin borcu 2012-ci ildə aldığını etiraf edir. Məhkəmə hesab etmişdir ki, həmin öhdəliyə müddətin keçməsinə görə xitam verilmişdir.
20. Apellyasiya baxışı zamanı cavabdeh verdiyi izahatında bildirmişdir ki, iddiaçı ona 47000 ABŞ dolları borc pul verməmişdir. 2012-ci ildə ona məxsus olan qeyri-yaşayış sahəsini banka ipoteka qoyaraq götürdüyü kreditə görə cavabdehin verdiyi 40000 ABŞ dolları pul banka ödənilmişdir. Bundan so nra cavabdeh tərəfindən ona hər hansı məbləğdə borc verilməmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməsi ilə bağlı gəldiyi nəticə də əsaslı olmuşdur.
22. Kollegiya qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri də qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mülki işə ərazi aidiyyəti qaydalarına riayət edilməklə baxılmış, məhkəmə iclasları barədə cavabdeh xəbərdar olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı mübahisəli qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin, eyni tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəi təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1942/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya ş ikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində nəzərə almamışdır ki, ünvan 2 ünvanında yerləşən 267,1 kv metrdən ibarət olan qeyri-yaşayış binası ilə bağlı başqa məhkəmədə mübahisə vardır və iş üzrə icraatlar davam edir. Yekunda məhkəmə iddianı tamamilə rədd təmin etmək əvəzinə iddianı qismən təmin edən Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № 2(008)200/2022 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün bütün əsaslar mövcuddur. Mülki Məcəllənin 152.1, 152.5-ci, 157.2, 550, 739, 740.1-ci maddələrinin bu işdə tətbiq edilməsi yolverilməzdir. Məhkəmə tərəfindən qətnamədə MPM-in 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrində nəzərdə tutulmuş müddəalara lazımi hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in normalarının pozulması, həmçinin bəzi normaların düzgün tətbiq edilməməsi nəticədə apellyasiya instansiyası məhkəməsinin düzgün olmayan qətnamə qəbul etməsinə gətirib çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş hallara və toplanmış sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməm əklə və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə
550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyası
31. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MPM
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfind ən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6865/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.