Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-154/2022 17.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağkişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Həmzəyev Pirməmməd Alməmməd oğlu və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Alməmməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Alməmməd oğlu Cavabdeh qarşı 1900 (bir min doqquz yüz) manat məbləğində borc pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və hüquqi xidmətlə bağlı 200 (iki yüz) manat, cəmi 2130(iki min bir yüz otuz) manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Alməmməd oğlu iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh 2019-cu ilin fevral ayında ona avtomobilin təmiri ilə bağlı pul lazım olduğunu, qısa müddətə qaytaracağını bildirmişdir. Cavabdehi və ailəsini tanıdığı üçün inanaraq ona 1900 manat pulu qısa müddətə qaytaramaq şərti ilə vermişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh aldığı borcu qaytarmamışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmadan boyun qaçırırdı. Sonuncu dəfə 2021-ci ilin may ayında cavabdehdən borc verdiyi 1900 manat pulu istədikdə cavabdeh pulun bir hissəsini 15 iyuna kimi, digər hissəsini isə 15 iyula kimi qaytaracağına söz verərək yazılı surətdə qəbz vermişdir. Lakin qəbzdə göstərilən müddət keçsə də cavabdeh borc aldığı pulu qaytarmamışdır. Dəfələrlə Cavabdeh pulun qaytarmasını tələb etmiş, lakin o, müxtəlif bəhanələrlə pulun qaytamasından imtina etmişdir. İddianın təmin olunmasını, Cavabdeh 1900 (bir min doqquz yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və hüquqi xidmətlə bağlı 200 (iki yüz) manat, cəmi 2130(iki min bir yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, həqiqətən də iddiaçıdan 1900 manat borc pul almış və həmin puldan 1000 manat və 500 manatını qaytarmışdır. Hazırda iddiaçıya 400 manat borcu qalmışdır. Qalan borcunu da qaytaracaqdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş Cavabdeh 07 may 2021-ci il tarixli əl yazması ilə yazdığı qəbzdə göstərilir ki, tanışı İddiaçı borc kimi aldığı 1900 manat pulun bir hissəsini 15 iyun, bir hissəsini isə 15 iyul ayınadək ödəyəcəyini vəd vermişdir. İşdə olan 27 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi xidmət üçün 200(iki yüz) manat ödəmişdir. İşə əlavə olunmuş əlyazma qəbzlərdən görünür ki, cavabdeh 17 dekabr 2021-ci ildə 1000 manat və 17 yanvar 2022-ci ildə 500 manatı iddiaçıya ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cımaddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 2019-cu ilin fevral ayında 1900 manat borc pul almış, borcunun bir hissəsini 15 iyun, bir hissəsini isə 15 iyul ayınadək ödəyəcəyinə vəd vermişdir. Lakin cavabdeh iddiaçıya cəmi 1500 manat ödəmiş, qalan 400 manatı isə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 400 (dörd yüz) manat borc, hüquqi xidmət üçün ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 400 (dörd yüz) manat borc, hüquqi xidmət üçün ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb İddiaçı Alməmməd oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-154/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-154/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver