Məhkəmə qərarları › İş №2(051)-154/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-154/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-154/2024 18.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2024–cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclası zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin və əlavə edilmiş sənədləin qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh ərizənin geri qaytarılmasına etiraz etmədiyini və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsini, cavabdehin işin mahiyyəti üzrə həll olunmasına dair tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə ünvanladığından, cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. xx.xx.2023-cü il tarixdə saat 15:14-də "xxxx" ASC-nin Mingəçevir şəhərində yerləşən filialına 2825 nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 85 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar