Məhkəmə qərarları › İş №2(051)-1549/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1549/2023

01.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1549/2023 01.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş ziyan tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraçiət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı bundan qabaq, yəni xx.xx.2022-ci il tarixdə cavabdeh X1 qarşı maddi ziyanın ödənilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin işlə bağlı 2(051)-48/2023 saylı mülki işlər açılmışdır. Yekunda xx.xx.2023-cü il tarixdə qətnamə çıxarılmış və iddia tələbi təmin edilməmişdir. Sonradan iddiaçı 2(051)-48/2023 saylı işin içindəki özünə məxsus sənədlərin əslini götürmək üçün müraciət etmiş və sənədlərini götürmüş. Həmin vaxt o, dövlət rüsumunun ödənilməsi barədə qəbzi də götürmüşdür. Hazırda İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, məhkəməyə müraciət edərkən iddia ərizəsinə əvvəlki məhkəmə işində əlavə etdiyi dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qəbzdən də görünür ki, qəbz xx.xx.2022-ci il tarixdə saat 12:11-də qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində ödəniş edilmişdir. Hətta iddiaçı iddia ərizəsinin qoşma hissəsinə “Dövlət rüsumuna dair qəbz – 30 manat” qeyd etmişdir. Məhkəmə bütün bu halları nəzərə alaraq yekunda hesab edir ki, Hazırki iddia tələbi ilə bağlı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, Azərbayçan Respublikası Mülki Prosessual Məcələsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.1.2-ci maddəsinin tələbləri pozulduğu ücün iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbayçan Respublikası Mülki Prosessual Məçələsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbayçan Respublikası Mülki Prosessual Məçələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraçiət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 150.1.2, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar