Məhkəmə qərarları › İş №2(051)-155/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-155/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-155/2021 31.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıASC-nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçıASC Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 161***-******* №li kredit müqaviləsinə əsasən “Fintrend” BOKT-dan illik 35 faizlə 24 ay müddətinə 1118 manat məbləğində kredit götürmüşdür. “FİNternd” BOKT ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx.xx.2018-ci il tarixli 004 №li müqaviləyə əsasən 302 №li xx.xx.2018-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNternd” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. “xxxx” İKB ASC-nin adı isə sonra dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Kredit müqaviləsinin şərtilərinə görə Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri ödəməli idi. Lakin cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq krediti ödəməmişdir. Cavabdehin 453.26 manat əsas borc, 70.62 manat faiz borcu, 104.07 manat cərimə olmaqla, cəmi 627.95 manat kredit borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş “Finternd” BOKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 161***-******* №li kredit müqaviləsindən görünür ki, “Fintrend” BOKT Cavabdeh 24 ay müddətinə 35% illik ödəmək şərtilə 1118 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faiz və cərimələri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş xx.xx.2018-ciil tarixli 16-1***-*******-2 saylı ödəmə tapşırığından görünür ki, Cavabdeh bank tərəfindən 1118 manat pul ödənilmişdir. İşə əlavə edilmiş hüquq sahibi “Finternd” BOKT ilə hüquq əldə edən “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 004 №li tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, “Finternd” BOKT borc alan şəxsə qarşı bütün hüquqları “xxxx” KB ASC-yə güzəşt edir. İşə əlavə edilmiş hüquq sahibi “Finternd” BOKT ilə hüquq əldə edən “xxxx” İKB ASC arasında bağlanmış hüquqların ötürülməsi barədə 302 №li xx.xx.2018-ci il tarixli sazişdən görünür ki, 004 №li xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tələb hüquqların hüquq sahibi tərəfindən hüquq əldə edənə ötürülür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 453.26 manat əsas borc, 70.62 manat faiz borcu, 104.07 manat cərimə olmaqla, cəmi 627.95 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, nəticədə 453.26 manat əsas borc, 70.62 manat faiz borcu, 104.07 manat cərimə olmaqla, cəmi 627.95 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, həmin borc cavabdehdən tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-253-cü maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 453.26 (dörd yüz əlli üç manat iyirmi altı qəpik) manat əsas borc, 70.62 (yetniş manat altmış iki qəpik) manat faiz borcu, 104.07 (bir yüz dörd manat yeddi qəpik) manat cərimə olmaqla, cəmi 627.95 (altı yüz iyirmi yeddi manat doxsan beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı ASC-nə verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar