Məhkəmə qərarları › İş №2(051)-1553/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1553/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1553/2024 08.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında araşdırıb M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 17500 manat pulun, 2450 manat faizin, 3500 manat əldən çıxmış faydanın, 10000 manat mənəvi ziyanın cəmi 33450 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə mülki prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsində cavabdehlər siyahısında qeyd olunan Cavabdeh2 qeydiyyat yeri müəyyən edilməmişdir. Bundan əlavə cavabdehlərin şəxsi indentifikasiya kodu şəxsiyyətlərini müəyyən edən məlumatlarda iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi bu məcəllə də nəzərdə tutulmuş forma və məzmuna riayət edilmədən verildiyindən icraata qəbul edilməsi mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar