Məhkəmə qərarları › İş №2(051)-1561/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1561/2022

05.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1561/2022 05.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 manat vəsaitin alınıb İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəmisinin 7(051)-91/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh 1 il 2 ay 18 gün müddətinə islah işləri cəzası 6 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X2 müvafiq protokol tərtib etmiş və cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət quğusu, bir bir ədəd elektron qolbaq, bir ədəd bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü, bir ədəd adapter məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2020-ci il tarixdə məhkuma təhkim edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilərək “İdrak” markalı mobil cihazda xəsarətlər olduğu müəyyən edilmişdir. Bundan sonra mobil cihaz texniki qaydada yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı sınmış və işlək olmayan vəziyyətə düşmüşdür. Hadisə ilə bağlı hal şahidlərinin iştirakı ilə akt tərtib olunmuşdur. Cavabdehin təqsirindən, yəni lazımi məsuliyyəti olmadığından və müdaxiləsi nəticəsində elektron nəzarət qurğusu yararsız vəziyyətə salınmış və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də iddianın təmin olunmasını, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 manat vəsaitin alınıb İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, ona verilmiş cəza müddəti bitdiyinə görə cəza müddəti üçün ona verilmiş mobil qurğunu təhvil verməkdən ötrü xx.xx.2020-ci il tarixdə icra və probasiya şöbəsinə getdi. Ona nəzarət edən icra məmuru X2 həmin gün işdə olmadığına görə elektron nəzarət qurğusunu icra məmuru X1 təhvil vermişdir. Həmin vaxt elektron nəzarət qurğusunda heç bir zədə yox idi, yararlı və işlək vəziyyətdə idi. Sonradan ekranının necə sındığından, necə yararsız vəziyyətə düşdüyündən xəbəri yoxdur. Dəymiş ziyanla bağlı isə bu vəsaiti ödəməyə maddi imkanı yoxdur. Şahid qismində məhkəmə iclasında ifadə vermiş icra məmuru X3 ifadəsində bildirdi ki, Cavabdeh elektron nəzarət qurğusunu ona təhvil verərkən qurğunun ekranı sınmış və işlək olmayan vəziyyətə düşmüşdü. Cavabdeh elektron nəzarət qurğusunu təhvil alarkən akt tərtib edilmiş, akt onun, şahidlərin və Cavabdeh özü tərəfindən imzalanmışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 7(051)-91/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 1(107)-154/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 1 il 2 ay 18 gün müddətinə islah işləri cəzası 6 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandımaq vəzifələri qoyulmuşdur. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, məhkum Cavabdeh təhvil verdiyi nəzarət cihazlarına baxış zamanı mobil cihazın ekranının sındırıldığı və yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. İşə əlavə olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh təhvil alınarkən “İdrak” markalı mobil cihazın yararsız, ekranı qırıq vəziyyətdə olduğu müəyyən edildi. İşə əlavə olunmuş elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, Cavabdeh təhkim olunmuş mobil qurğunun ekranı sındırılmışdır. İşə əlavə olunmuş maliyyə və təminat idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Aslan Muradov tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi, Baş Probasiya məmuru, baş ədliyyə müşaviri Akşin Ziyadova təqdim olunmuş cədvəlin surətindən görünür ki, yararsız vəziyyətə düşən mobil nəzarət qurğularının xüsusi proqram təminatı ilə qiyməti 1346,03 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Mingəçevir Şəhər Məhkəmisinin 7(051)- 91/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 154/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 1 il 2 ay 18 gün müddətinə islah işləri cəzası 6 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə müvafiq aktla bir ədəd mobil nəzarət quğusu, bir bir ədəd elektron qolbaq, bir ədəd bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü, bir ədəd adapter Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2020-ci il tarixdə Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilərək “İdrak” markalı mobil cihazda xəsarətlər olduğu müəyyən edilmişdir. Belə ki, Cavabdeh təhkim olunmuş mobil qurğunun ekranı sınmış və işlək olmayan vəziyyətə düşmüşdür. İddiaçı elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 manat vəsaitin ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi üsullarını tənzimləyən 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh elektron nəzarət qurğusunu yararsız hala salması nəticəsində İddiaçınə dəymiş 1346,03 manat məbləğində ziyanın əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh 1346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pul alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar