Məhkəmə qərarları › İş №2(051)-1568/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1568/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1568/2021 23.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına” dair kiçik mübahisələr üzrə iddia ərizəsinə məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, “kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına” dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsi sadələşdirilmiş icraat qaydasında qərar çıxarılmasını tələb etmişdir. Həmin iddia ərizəsi əsasında Mingəçevir şəhər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(051)-358/2019 nömrəli qətnaməsi çıxarılmış və həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.07.2019-cu il tarixli, 2(107)-1618/2019 nömrəli qərardadı ilə ləğv edilmişdir. Həmin qərardadın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Azərbaycan Repsublikası Prezidentinin müvafiq fərmanında nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Eyni zamanda tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Ona görə də İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına” dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Həmçinin iddiaçıya fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Lakin cavabadehlərlə bağlanmış yeni müqavilə, yəni fərmanın tələbinə riayət olunmasına dair hər hansı sənəd əlavə olunmamışdır. Buradan da görünür ki, işdə göstərilən tələb barədə mübahisə vardır. MPM-in müvafiq maddəsində də göstərilmişdir ki, əgər ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikası MPM-in 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Odur ki məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin nümayəndəsinin “kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına” dair kiçik mübahisələr üzrə iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı ASC-nin nümayəndəsinin “kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına” dair kiçik mübahisələr üzrə iddia ərizəsinin icraata götürülməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar