Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1573/2023 25.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcu üzrə pul» tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxarar, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı «kredit borcu üzrə pul» tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə icraata qəbul olunmuş və iş üzrə posessual hərəkətlər edildikdən sonra işin məhkəmə baxışına təyin edlmişdir. 24 iyul 2023-cü il tarixdə məhkəməyə "xxxx" ASC-i tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə daxil olmuşdur. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, "xxxx" ASC-i tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə daxil olmuşdur, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcu üzrə pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1573/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1573/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver