Məhkəmə qərarları › İş №2(051)-1574/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1574/2021

30.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1574/2021 30.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı « alimentin miqdarının artırılmas» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilməli olan alimentin miqdarının artırılmasını və hər ay hər uşağa 170 manat, cəmi 340 manat miqdarında alimentin tutularaq onun xeyrinə aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X4 adlı iki nəfər uşaqları olmuşdur. Tərəflər ailə münasibətlərinə daxil olanda yaşı az olduğu üçün rəsmi nikah bağlamamışlar, sonradan cavabdeh müxtəlif bəhanələrlə nikah bağlamaqdan yayındı, bu azmış kimi ailə münasibətlərindən doğulmuş uşaqlarına atalıq verməkdən imtina etdi. Rəsmi nikah bağlamaması və ailə münasibətlərindən doğulmuş uşaqlara atalığın verməməsi, cavabdehin ər və ata kimi öz vəzifələrini icra etməməsi idi. Tərəflər faktiki olaraq ayrı yaşayır. iddiaçı məhkəməyə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizə ilə müraciət etdi, işə baxılarkən cavabdeh faktiki ailə münasibıətlərindən doğulmuş uşaqlara atalıq verdiyi üçün, iddia tələbimin həmin hissəsinə xitam verildi. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-432/2012 saylı 13 mart 2012-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, Mingəçevir şəhəri Tərəvəzçilik sovxozundakı Əkinçi döngəsində 12 saylı evdə yaşayan Cavabdeh 27 dekabr 2008-ci ildə doğulmuş X5 və 06 dekabr 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün, hər uşağa 50 (əlli) manat tutulub, Ağdam şəhəri Fizuli küçəsindəki 90 saylı evdə qeydiyyatda olan İddiaçı qızna verilməsi qət edilmişdir. Cavabdeh müəyyən olunmuş aliment miqdarını ödəməkdən qərəzli olaraq yaynır. Uşaqlar böyümüşdür. Məktəblidirlər. Hər şeyin qiyməti qalxıb, o cümələdən məktəb ləvazimatı və ərzaq məhsulları, geyim əşyaları. Qiymətlərin qalxması iddiaçıya tək ana kimi müəyyən olunmuş aliment miqdarı ilə uşaqlara baxmağda çətinlik yaradır. Gündəlik təlabat malları və geyim əşyaları gözəçarpacaq dərəcədə demək olar ki, 100 faiz bahalaşmışdır. Cavabdeh fərdi işlə məşğuldur. Yaxşı qazancı vardır. Qazancı dəyişkəndir. Türkiyə Respublikasına gedib-gəlir. 2012-ci ildə müəyyən olunmuş aliment məbləği uşaqların saxlanılması üçün yetərli deyil. Uşaqların saxlanmasında çətinlik çəkir. Faktiki nikahlarından doğulmuş uşaqlara iddiaçı valideynlərinin köməkliyi ilə baxıra. Hazırki vaxta 12-13 yaşlı uşaqlara 50 manat alimentlə baxmaq mümkün deyil. Cavabdeh kifayət qədər gəlirə malikdir. Onun uşaqların saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. Ona görə də məhkəmədən Cavabdeh 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilməli olan alimentin miqdarının artırılmasını və hər ay hər uşağa 170 manat, cəmi 340 manat miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, işə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X4 adlı uşaqların atası kimi Cavabdeh, anası kimi İddiaçı göstərilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 13 mart 2012-ci il tarixli, 2(051)- 432/2012 saylı qətnaməsindən görünür ki, 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment cavabdeh X6 tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X4 iddiaçının yanındadır. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Çinarə və Sadiq adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay hər uşağa 80 manat, cəmi 160 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin 2(051)-432/2012 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat miqdarında müəyyən edilməli və hər ay tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin 13 mart 2012-ci il tarixli 2(051)-432/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 27.12.2008-ci il təvəllüdlü X1 və 06.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa 80 manat, cəmi 160 manat məbləğində aliment tutulub İddiaçı verilsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar