Məhkəmə qərarları › İş №2(051)-158/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-158/2025

04.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-158/2025 04.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydi əsasında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1075, ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin VÖEN:**********/ xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2018 – Asan-Mingəçevir2; FİN: xxxxxxx; d/t: xx.xx.1968) BAL-1087- 0452-24 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 810 manat tutulmalı, bundan əlavə borclu İddiaçı 324 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət olmaqla cəmi 1159 manat pul tutulmalıdır. Qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit almaq üçün onlayn şəkildə müraciət etdi. Üç gün sonra onun kartına (**********783566) 500 manat yüklənmişdir. O, pul gec yükləndiyi üçün puldan imtina etdiyni bildirsə də, onlar ona pulu götürməli olduğunu söylədilər. O da məcbur olub, 500 manatı götürdü. Hazırda isə ondan əsas borc kimi 500 deyil, 800 manat üzərinə isə cərimə və penya da əlavə edib, cəmi 1159 manat tələb edirlər. Göstərir ki, ona hər hansı formada xəbərdarlıq etmədən xx.xx.2024-cü il tarixdə Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisində icraqeydi ona qarşı verilmişdir. Onun həmin icra qeydindən xx.xx.2024-cü il tarixdə xəbəri olmuşdur. O, məbləğlə razı deyil. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti etiraz ərizəsini belə əsaslandırmışdır ki, . İddiaçı Mingəçevir regional “«Asan Xidmət» ” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıdakı əsaslara görə hesab edirik ki, verilmiş iddia əsassızdır və rədd edilməlidir: İlk öncə qeyd etmək istəyirik ki, iddiaçı özü təsdiq və etiraf edir ki, kredit almaq üçün "xxxx" ASC-yə onlayn şəkildə müraciət etmişdir. Qanunvericiliyə uyğun olaraq Kredit müqaviləsi bağlanmamışdan öncə kredit barəsində iddiaçıya şifahi və yazılı şəkildə məlumat verilmiş və şirkətimizin əməkdaşı tərəfindən iddiaçıya “Whatsapp” tətbiqi vasitəsilə “İstehlak kredit müqaviləsi üzrə standart məlumatlandırma forması” göndərilmişdir. İddiaçı müvafiq şərtlərlə tanış olduğunu və həmin şərtləri, yəni onun müvafiq kart hesabına 500 (beş yüz manat) məbləğində vəsaitin köçürülməklə 6 (altı) ay müddətinə hər ay 135 (bir yüz otuz beş) manat ödənilmək şərti ilə 810 (səkkiz yüz on) manat (komissiya məbləği daxil olmaqla) kredit məbləğinin rəsmiləşəcəyinə dair razılığını həmin tətbiq vasitəsilə bildirmişdir. Bundan sonra İddiaçı ilə "xxxx" ASC arasında BAL- 1087-0452-24 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanılmış və müqavilə bağlanıldıqdan sonra onun iddia etdiyi 3 gün sonra deyil, həmin tarixdə müvafiq 500 (beş yüz) manat vəsait iddiaçının müvafiq kart hesabına (**********783566) köçürülmüşdür. İddiaçı həmin vəsaitdən imtina etdiyini şirkətimizin hər hansı əməkdaşına bildirməmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş maliyyə arayışına əsasən İddiaçı xx.xx.2024-cü il tarixinə 810 (səkkiz yüz on) manat əsas kredit borcu və 324 (üz yüz iyirmi dörd) manat cərimə borcu olmaqla, cəmi 1134 (bir min yüz otuz dörd) manat borcu qalmaqdadır. Borcun ödənilməsinin təmin edilməsi məqsədilə İddiaçı ilə bağlı icra qeydinin aparılması barədə tərəfimizdən xx.xx.2024- cü il tarixdə ərizə ilə Mingəçevir şəhər notariat ofisina müraciət olumuş və iddiaçı barəsində müvafiq icra qeydi aparılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, onun hazırda başqa qurumlara da borcları vardır. O ödənişlərini yalnız 2025-ci ilin iyun ayından etibarən edə bilər. Bununla yanaşı o 800 manat borc götürməmişdir. Onun götürdüyü məbləğ 500 manat olmuşdur. Ona görə də o aldığı 500 manata görə məsuliyyət daşıyır. O 500 manatı qaytarmağa razıdır. Qalan məbləğlər isə yalandır və şişirdilmişdir. O iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Notariat Ofisi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, buna baxmayaraq məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 29 avqust 2024-cü il tarixli icra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1075, ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin VÖEN:**********/ xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2018 – Asan-Mingəçevir2; FİN: xxxxxxx; d/t: xx.xx.1968) BAL-1087- 0452-24 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 810 manat tutulmalı, bundan əlavə borclu İddiaçı 324 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət olmaqla cəmi 1159 manat pul tutulmalıdır. İş materiallarında olan Notariat icra qeydi haqqında ərizədən görünür ki, AZ1075, ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin VÖEN:**********/ xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2018 – Asan- Mingəçevir2; FİN: xxxxxxx; d/t: xx.xx.1968) BAL-1087-0452-24 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 810 manat tutulmalı, bundan əlavə borclu İddiaçı 324 manat məbləğində cərimə peniya, ümumilikdə 1134 manat məbləğində pul İddiaçı tutulmalıdır. İş materiallarında olan İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ondan 1139,4 manat borcunu ödəməsi tələb edilmiş əks təqdirdə notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı 6 ay ödəmə müddəti ilə 0% dərəcəsi ilə 810 manat borc götürmüşdür. xx.xx.2024xx.xx.2024-cü il tarixləri ərzində hər ay 135 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 08 aprel 2024-cü il tarixli kart vasitəsilə kreditin verilməsinə dair müqavilədən görünür ki, İddiaçı 6 ay ödəmə müddəti ilə 0% dərəcəsi ilə 810 manat borc götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ödənilməmiş 810 manat tutulmalı, bundan əlavə borclu İddiaçı 324 manat məbləğində cərimə peniya, ümumilikdə 1134 manat məbləğində pul İddiaçı tutulmalıdır. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2639/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin surətindən görünür ki, İddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixli **********002 saylı mikro kredit müqaviləsi üzrə 500 (beş yüz manat) manat əsas, 25 (iyirmi beş manat) manat faiz borcu, 72.5 (yetmiş iki manat əlli qəpik) manat komissiya və 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 627.5 (altı yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti "xxxx" BOKT MMC-nin xeyrinə tutulması qət edilmişdir. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən iddia hazırki iş üzrə iddiaçının borclu olduğu MJ FİNANCİAL SERVİCES Bank Olmayan Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyəti deyil, "xxxx" BOKT MMC olmuşdur. Həmin Kredit təşkilatları birbirindən müstəqil qurumlardır və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə iddiaçı həmin təşkilatların hər biri ilə ayrıca kredit müqaviləsi bağlayaraq onlardan borc pul götürmüşdür. Belə ki, AR MPM-in 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 08 aprel 2024-cü il tarixli kart vasitəsilə kreditin verilməsinə dair müqaviləyə əsasən İddiaçı 6 ay ödəmə müddəti ilə 0% faiz dərəcəsi ilə 810 manat borc götürmüşdür. Lakin kredit ödənişlərini vaxtında etməmiş və ona cəmi 324 manat məbləğində cərimə penya hesablanmışdır. Bununla bərabər Notarius tərəfindən icra qeydi verilməsinə 25 manat xərc çəkilmişdir. Bu səbəbdən icra qeydində tələbkar borcludan cəmi 1159 manat tələb etmişdir. İddiaçı isə 810 manat borc almadığını bildirsə də, onun həmin borcu götürməsi məhkəməyə təqdim edilən mötəbər sübutlar ilə təsdiq edilmişdir. Hazırda iddiaçı icra qeydinin ləğv edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi verdiyi etiraz ərizəsinə əsasən iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxs müvafiq icra qeydinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması ilə aparıldığını göstərmiş və göstərilən məbləğlə razı olmadığını bildirmişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin: 1-ci hissəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; 2-ci hissəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; 3-cü hissəsinə əsasən barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; 4-cü hissəsinə əsasən icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; 5-ci hissəsinə əsasən fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; 6-cı hissəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; 7-ci hissəsinə əsasən elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; 8-ci hissəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1-1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olub-olmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bu baxımdan qeyd edilməlidir ki, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və müvafiq sənədlər notariat ofisinə kredit təşkilatı olan BOKT tərəfindən təqdim olunmuşdur. Qeyd edilənlərdən görünür ki, müvafiq icra qeydləri aparılarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Bundan başqa icra qeydində göstərilən məbləğ də, həmçinin məhkəmə hesab edir ki, düzgün hesablanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar