Məhkəmə qərarları › İş №2(051)-1598/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1598/2022

01.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1598/2022 01.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «Mənzilə istifadə hüququnun tanınması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun və azyaşlı övladları X4 və X2 ünvan 1 ünvanına (yeni qaydalarla AZ 4507, ünvan 2uqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh gəlini olmuşdur. Cavabdehin oğılu olan X5 ilə nikahlarını 17 oktyabr 2011ci ildə Mingəçevir şəhər Nikah evində rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 19 sentyabr 2012-ci il təvəllüdlü X4 və 09 fevral 2015-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Üç il əvvəl Vüqar Hacıyevlə ailə münasibətləri pozulmuş, və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah rəsmi qaydada pzoulmuşdur. Nikahları pozulduqdan sonra 19 sentyabr 2012-ci il təvəllüdlü X4 və 09 fevral 2015-ci il təvəllüdlü X6 onun yanında qalmışdır. Vüqar Hacıyevlə ayrılsalarda onun və azyaşlı qızları Nigarın və Səmanın yaşamağa ba.qa bir yeri yoxdur. O, 2011-ci ildən gəlin köçmüş və həmin mənzildə qeydiyyatda olmasa da ünvan 3 ünvanda az yaşlı övladları ilə birlikdə faktiki olaraq yaşayırlar və mənzilin kommunal xərcləri onun tərəfindən ödənilir. Nigar və Səma həmin mənzildə doğulmuşdur. Mənzildən istifadə etməsinə qayınatası Cavabdeh razılıq vermişdir. Lakin ailə münasibətlərindən yaranmış münasibətlər nəticəsində sözügedən mənzildən lazımı qaydada istifadə edə bilmir. Ona görə də onun və azyaşlı övladları X4 və X2 ünvan 1 ünvanına (yeni qaydalarla AZ 4507, ünvan 2uqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək göstədi ki, İddiaçı ona qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı onun gəlini olmuşdur. İddiaçı ilə oğlu arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı uzun müddətdir uşaqları ilə onun mənzilində yaşayır. İddiaçının uşaqları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanına (yeni qaydalarla AZ 4507, ünvan 2uqlarının tanınmasına etiraz etmədiyini bildirmişdir. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə və X4 isə xx.xx.2012-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Mingəçevir şəhər 14 saylı MİS-nin 227 saylı, xx.xx.2022-ci il tarixli 2 №-li forma arayışından görünür ki, İddiaçı və azyaşlı uşaqları 2012-ci il təvəllüdlü X4 və 2015-ci il təvəllüdlü X1 şəhəri, A.Məmmədov küçəsi 11 saylı evin 2 saylı mənzilində yaşayır. Məhkəməyə təqdim olunmuş DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 11 saylı evin 2 saylı, yeni qaydalarla Aydın Məmmədov küçəsi ev 71, mənzil M1, mənzil 2 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2019-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanına (yeni qaydalarla AZ 4507, ünvan 4 istifadə üzrə hüquq münasibəti uzun müddətdir yaranmışdır. Hazırda tərəflər arasında göstərilən mənzillə bağlı mübahisə və ixtilaf olmuşdur. Ona görə də tərəflər məhkəməyə müraciət etmişlər. Hal-hazırda isə tərəflər arasında mübahisə yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə işin hallarını və müvafiq qanunvericilik aktlarını təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasında nikah 17 oktyabr 2011-ci il tarixdə bağlanmış və həmin tarixdən etibarən iddiaçı mübahisə edilən mənzildə yaşamışdır. Məhkəmə iclası zamanı cavabdeh iddiaçının mübahisəli mənzildə yaşayış hüququnun tanınmasına razı olduğunu bildirmiş və məhkəməyə etiraf ərizəsi təqdim etmişdir. Məhkəmə etirafı qəbul edir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və İddiaçı və azyaşlı övladları X4 və X6 adlı uşaqlara ünvan 1 ünvanına (yeni qaydalarla AZ 4507, ünvan 5əşən mənzildə yaşayış hüququ verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və İddiaçı, azyaşlı övladları X4 və X2 ünvan 1 ünvanına (yeni qaydalarla AZ 4507, ünvan 2uqları tanınmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ət e t d i : İddiaçı, azyaşlı övladları X4 və X2 ünvan 1 ünvanına (yeni qaydalarla AZ 4507, ünvan 2uqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar