Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1603/2022 11.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 46500 manat məbləğində pulun və 230 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh 2018-ci ilin aprel ayından həmin ilin iyun ayınadək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq onunla birlikdə qızıl alqı-satqısı ilə məşğul olacağına və əldə edilən qazancı böləcəklərinə dair yalan vəd verib inandırmaqla ondan hissə-hissə olmaqla, ümumilikdə 46500 manat pulunu alaraq ələ keçirmiş, sonradan müxtəlif bəhanələrlə verdiyi vədə əməl etməyərək ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Bununla bağlı olaraq Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Mingəçevir şəhər Polis Şöbəsində uzun-uzadı araşdırmalardan sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh barəsində cinayət işinin başlanmasını tələb etsə də, cinayət işinin başlanmasının rədd qərarı qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu göstərilmişdir. Bu işlə əlaqədar olaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etsə də, cinayət işi başlanmasının rədd qərarı ləğv edilməmişdir. Qeyd edilən iş üzrə araşdırma aparılarkən, təqsirləndirilən şəxsin dindirmə protokolunda Cavabdeh hazırda ona 46450 manat borcu olduğunu özü etiraf etmişdir. O, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından narazı olsa da, bu günə qədər ona olan borcun qaytarılması istiqamətində Cavabdeh tərəfindən heç bir hərəkət olmadığından, mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir-birilərini tanıdıqlarından dəfələrlə onun yalan vədlərinə inanmış və pulu ödəyəcəyini güman etmişdir. Lakin hər dəfəsində onu aldatmışdır. Pulu qaytaracağını düşünüb məhkəməyə iddia ərizəsi verməmiş və yalnız ondan borcunu şifahi olaraq tələb etməklə kifayətlənmişdir. Hesab etmişdir ki, imkanı olmadığına görə borcunu qaytara bilmir, imkanı olan kimi borcunu qaytaracaqdır. Hazırda cinayət işi qərəzli olaraq rədd edildiyinə görə məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh onun pulu ilə əsassız varlanmışdır. Odur ki, Cavabdeh 46500 manat məbləğində pulun və 230 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi, iddia ərizəsinə qarşı etirazının məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı irəli sürdüyü iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar və tələb ziddiyyətlidir, çünki o , iddiaçıdan borc pul almamışdır. O, iddiaçı ilə ortaqlı qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaq üçün 2018-ci ilin aprel ayının əvvəllərində Hacıqabul rayonunda 13500 ABŞ dolları, manat məzənnəsi ilə 22950 manat, aprel ayının sonunda Hacıqabul rayonunda 10500 manat, 2018-ci ilin may ayının əvvəlində Mingəçevir şəhərində 2500 ABŞ dolları, manat məzənnəsi ilə 4250 manat, iyun ayında 4000 manat, iyun ayının ortalarında 2000 manat olmaqla, cəmi 43700 manat məbləğində pul almışdır. İddiaçı iddia ərizəsində və ona əlavə edilmiş digər sənədlərdə etiraf edir ki, 2018-ci ilin aprel ayından etibarən onunla ortaq olaraq qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaqla onunla ortaq olmuşdur. İddiaçı iddia ərizəsində ondan pul almadığını göstərərək, onu məhkəmə qarşısında dələduz qismində təqdim etmək niyyətində olmuşdur. İddiaçı iddia ərizəsinə əlavə etdiyi cinayət işinin icraatına xitam verilməsi barədə 16 dekabr 2021-ci il tarixli qərarla da etiraf etmişdir ki, o, iddiaçıya qazancdan əldə olunmuş vəsait hesabına cəmi olaraq 660 manat məbləğində kartına pul köçürmüşdür. Pulun ödənilməməsi iddiaçının günahı ucbatından olmuşdur. Belə ki, iddiaçı 2018-ci ilin avqust ayında, razılaşdırılmış müddətdən əvvəl, yəni qızıl-zinət əşyalarının satılmasına dair ortaq işlərinin ləğv olunmasını və qoyduğu pulun geri qaytarılmasını tələb etmişdir. Pulun qaytarılması üçün ona 3 ay vaxt verərək başına oyun açmağı vəd etmişdir. Dəfələrlə Rasimin adından müxtəlif şəxslər ona zəng etmiş və pulu tələb etmişlər. Nəhayət, iddiaçı 2018-ci ilin sonlarında ona qarşı ərizə ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma nəticəsində onun barəsində cinayət işinin işinin icraatına xitam verilmişdir. Beləliklə, İddiaçı öz hüquqlarının pozulmasını və məhkəməyə müraciət etmək hüququnun olmasını 07 yanvar 2019-cu il tarixində bilmişdir. İddiaçı iddia müddəti ilə bağlı qanunda göstərilən tələbləri pozmaqla iddia ərizəsi vermişdir. İddiaçı istinad etdiyi 16 dekabr 2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarın 3-cü səhifəsinin 2-ci abzasında özü də etiraf etmişdir ki, o, İddiaçı borc pul almağı deyil, ona biznes ortaqlığı təklif etmiş və iddiaçı ona pul verməklə təklifini qəbul etmişdir. İddia tələbi Azərbaycan Respublikasının maddi və prosessual qanunvericiliyinin normalarının pozulması ilə irəli sürüldüyündən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 2019-cu il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun surətindən görünür ki, Cavabdeh ifadəsində İddiaçı ona birlikdə qızıl alqı-satqısı işi ilə məşğul olması üçün 2018-ci ildə müxtəlif vaxtlarda pul verdiyini və ona borcu olmasını etiraf etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı qarşı dələduzluq edilməsi faktına görə Cavabdeh barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmiş və İddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmin qərarın təsviri hissəsində Cavabdeh qızılın alqı-satqısı işi ilə əlaqədar İddiaçı 2018-ci ilin aprel ayının əvvəllərində Hacıqabul rayonunda 13500 ABŞ dolları, manat məzənnəsi ilə 22950 manat, aprel ayının sonunda Hacıqabul rayonunda 10500 manat, 2018-ci ilin may ayının əvvəlində Mingəçevir şəhərində 2500 ABŞ dolları, manat məzənnəsi ilə 4250 manat, iyun ayında 4000 manat, iyun ayının ortalarında 2000 manat olmaqla, ümumilikdə 43700 manat məbləğində pul aldığını etiraf etmişdir. Göstərilən xüsusatlar İddiaçı tərəfindən də bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Eləcə də «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə cavabdeh tərəfindən cəmi 46500 manat məbləğində pulun alınması və iddiaçıya geri qaytarılmaması faktını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında iddia etmişdir ki, o, cavabdehə qızıl alqı-satqısı ilə məşğul olması üçün ümumilikdə 46500 manat pul vermiş, lakin cavabdeh vədinə əməl etməmiş, nəticədə ona xeyli miqdarda ziyan dəymişdir. Cavabdeh isə iddianı qəbul etmir və iddia tələbinin qanunvericiliyin normalarının pozularaq, iddia müddəti ötürülərək verilməsi səbəbilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən oldu ki, iddiaçı 2018-ci ilin aprel ayından iyun ayınadək olan müddət ərzində cavabdehə qızıl alqı-satqısı işi ilə məşğul olması üçün xeyli miqdarda pul vermişdir. Sonradan iddiaçı işin ləğv edilməsini bildirərək, verdiyi pulu geri istəmiş, lakin cavabdeh vaxt verilməsinə baxmayaraq, pulu qaytara bilməmişdir. Ona görə də iddiaçı 2019-cu ilin yanvar ayında Polis şöbəsinə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya qarşı dələduzluq edilməsi faktı əsasında cavabdeh barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, uzun müddət istintaq davam etmiş, nəticədə, xx.xx.2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmiş, İddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclası zamanı bu faktın mövcudluğu müəyyən edildiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin işin görülməsi üçün verilmiş pulun məbləği barədə iddiaçının və cavabdehin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehə 46500 manat məbləğində pul verdiyini bildirmişdir. Bundan başqa iş materiallarında olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərarda, həmçinin məhkəmə iclası zamanı izahatında cavabdeh iddiaçıdan 43700 manat məbləğində pul aldığını etiraf etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətinin xarakteri müəyyən edilməli, həmçinin həmin münasibətlərdən irəli gələn tələbin qanuni əsaslarına görə iddiaçının müvafiq subyektiv hüquqa malik olub–olmaması və yaxud həmin hüququn cavabdeh tərəfindən pozulub–pozulmaması araşdırılmalıdır. Məhkəmə iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin mövcud olub– olmaması ilə bağlı qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı özünə məxsus 43700 manat məbləğində pul vəsaitini qızıl əşyası alıb cavabehlə birlikdə əlavə gəlir əldə etmək məqsədi ilə cavabdehə vermişdir. Cavabdeh həmin pul vəsaitini almış, lakin əlavə gəlir əldə etmək qızıl əşyası almamışdır. Bununla da cavabdeh iddiaçı tərəfindən verilmiş tapşırığı yerinə yetirməmiş və iddiaçıya məxsus pul vəsaiti hesabına əsassız gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1–ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1–ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.2–ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3–cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4–cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 407.1–ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2–ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi sadalanan mülki hüquq normalarında fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olması, sadə yazılı müqavilənin imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilənin isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılması müəyyən edilmiş, lakin şifahi formada müqavilənin bağlanması anı isə tərəflərin qarşılıqlı münasibətindən, davranışından və rəftarından asılı olduğu göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında yazılı və ya notarial qaydada təsdiqlənməli olan müqavilənin bağlanması istisna edilsə də, iddiaçı ilə cavabdeh arasında şifahi formada tapşırıq müqaviləsinin şərtlərinə uyğun razılaşma mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Belə ki, tərəflər arasında şifahi formada əvəzli tapşırıq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh muzd müqabilində qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirməyi və əldə olunmuş gəlirdən iddiaçıya ödənişlər etməyi öhdəsinə götürmüşdür. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1–ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2–ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün ilk növbədə onunla cavabdeh arasında yazılı və ya şifahi formada əvəzli tapşırıq müqaviləsi olmalı, iddiaçı cavabdehə iddia ərizəsində qeyd etdiyi tapşırıqları verməyi, cavabdeh isə iddiaçının xeyrinə həmin tapşırığı icra etməyi öhdələrinə götürməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçı ilə cavabdeh arasında yazılı formada tapşırıq müqaviləsi mövcud deyil, şifahi formada olmasını isə cavabdeh etiraf edir. Belə olan halda məhkəmə iddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin yaranmasına əsas olan şifahi formada əvəzli tapşırıq müqaviləsi bağlandığı üçün tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Ona görə də iddiaçının subyektiv hüququ yalnız cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əsas olan şifahi formada tapşırıq müqaviləsi bağlandığı üçün tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların tədqiqi nəticəsinə əsasən belə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olduğundan, iddiaçının tələbi cavabdeh münasibətdə qismən əsaslıdır, lakin iddiaçı məhkəmə iclası zamanı həmin cavabdehə 46.500 manat məbləğində pul verdiyini sübut edə bilmədiyindən iddiaçının tələbi qalan hissədə əsaslı deyildir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi şəkildə əvəzli tapşırıq müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 43.700 manat məbləğində pul almış, lakin tapşırığı yerinə yetirməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının həmin cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 779.1–ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 783.1–ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2–ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 786.6–cı maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. Ona görə də məhkəmə pul məbləğini iddiaçının tələb etdiyi miqdarda, yəni 46.500 manat məbləğində deyil, yalnız cavabdehin məhkəmə iclası zamanı etiraf etdiyi, həmçinin işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 43.700 manat məbləğində qismən əsaslı hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında tapşırıq müqaviləsinə 2018-ci ildən, yəni cavabdehin etiraf etdiyi sonuncu 2000 manat məbləğində pulu aldığı andan 3 ay sonra xitam verildiyindən, cavabdeh əsassız olaraq saxladığı, iddiaçıya məxsus olan 43.700 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Belə olan halda cavabdehin iddiaçı qarşısında həm müqavilədən, həm də qanundan irəli gələn öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bununla yanaşı, məhkəmə cavabdeh tərəfin məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçıdan aldığı 43.700 manat məbləğində pul hesabına aldığı qızıl əşyalarının satışından cavabdehə 660 manat məbləğində gəlir verdiyinə görə onlar arasında ortaqlıq münasibəti olmuşdur. Lakin iddiaçı vaxtından əvvəl ortaqlığı pozduğuna görə onun ziyan etməsi ilə bağlı istinad etdiyi dəlillərə tənqidi yanaşır və onu mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, iddiaçı cavabdehin bildirdiklərini təkzib etmiş, həmçinin məhkəmə iclası zamanı cavabdeh özü də iddiaçıdan gəlir əldə etmək üçün qızıl əşyalarının alqısatqısı ilə əlaqədar 43.700 manat məbləğində pul aldığını etiraf etmişdir. Lakin cavabdeh kifayət qədər vaxt verilməsinə baxmayaraq, iddiaçının təqsiri üzündən ziyan etməsini və yaxud həmin pulun iddiaçıya qaytarılmasını və təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iddiaçıdan aldığı 43.700 manat məbləğində pulu öz şəxsi ehtiyaclarına sərf etdiyi üçün tapşırığı yerinə yetirməmişdir. Ona görə də iddiaçı tapşırıq müqaviləsini ləğv etməsi barədə cavabdehə məlumat vermiş və tapşırdığı işin görülməsi üçün ödədiyi pul vəsaitinin qaytarılmasını tələb etmişdir. Cavabdeh isə həmin pulu vəsaitini heç bir hüquqi əsas olmadan özündə saxlamışdır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək o nəticəyə gəlir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə deyil, cavabdehin aldığını etiraf etdiyi miqdarda, yəni 43.700 manat məbləğində təmin edilməlidir. Məhkəmə, həmçinin cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar yoxdur. Məhkəmə öz qənaətini onunla əsaslandırı ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanmış əzəli tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri 2018-ci ilin aprel ayından yaranmışdır. Lakin tərəflər arasında öhdəliyin icra müddəti təyin edilməmişdir. Ondan sonra cavabdeh tapşırığı icra etmədiyi üçün iddiaçı verdiyi vəsaitin qaytarılmasını tələb etsə də, cavabdeh onu qaytarmamışdır. Ona görə də iddiaçı xx.xx.2019-cu il tarixdə Mingəçevir ŞPŞ-yə müraciət etmişdir. Onun ərizəsi əsasında cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcələsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və ona həmin maddə ilə ittiham verilmişdir. Aparılmış araşdırmalar nəticəsində xx.xx.2021-ci il tarixdə cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarın təsviri əsaslandırıcı hissəsində cavabdeh qızıl əşyalarının alqı-satqısı ilə əlaqədar iddiaçıdan 2018-ci ilin aprel ayının əvvəllərində Hacıqabul rayonunda 13500 ABŞ dolları, manat məzənnəsi ilə 22950 manat, aprel ayının sonunda Hacıqabul rayonunda 10500 manat, 2018-ci ilin may ayının əvvəlində Mingəçevir şəhərində 2500 ABŞ dolları, manat məzənnəsi ilə 4250 manat, iyun ayında 4000 manat, iyun ayının ortalarında 2000 manat olmaqla, ümumilikdə 43700 manat məbləğində pul aldığını göstərmişdir. Göründüyü kimi cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıdan pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş cinayət işinin icraatına xitam verilməsi haqqında qərarının təsviri əsaslandıcı hissəsində iddiaçıdan pul aldığını etiraf etdiyindən, iddia müddətinin axımı kəsilmiş və 2021-ci ilin dekabr ayından iddia müddəti yenidən başlanmışdır. İddiaçı isə məhkəməyə 2022-ci ilin iyul ayının 6-da müraciət etmişdir. Ona görə də hazırkı tələb üzrə iddia müddəti tətbiq edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 43.700 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və cavabdehdən 221,1 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 43.700 (qırx üç min yeddi yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilsin. Cavabdeh 221,1 (iki yüz iyirmi bir manat, on qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1603/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1603/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver