Məhkəmə qərarları › İş №2(051)-1605/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1605/2022

13.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1605/2022 13.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “MPM-in 35.3, 36.11, 36.13, 37, 54, 87.1, 233.3 maddələrinə əsasən və problemli kreditlərin həllilə əlaqədar Prezidentin 551 saylı Fərmanının tələblərini rəhbər tutaraq, kreditinin manatla artmış hissəsinin təyin edilməsi və silinməsi, ona hesablanmış faiz, dəbbə pulunun ləğvi tələbinə görə yeni məhkəmə icraatının başlanmasına” dair iddia ərizəsinə baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “MPM-in 35.3, 36.11, 36.13, 37, 54, 87.1, 233.3 maddələrinə əsasən və problemli kreditlərin həllilə əlaqədar Prezidentin 551 saylı Fərmanının tələblərini rəhbər tutaraq, kreditinin manatla artmış hissəsinin təyin edilməsi və silinməsi, ona hesablanmış faiz, dəbbə pulunun ləğvi tələbinə görə yeni məhkəmə icraatının başlanmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Mingəçevir şəhər Məhkəməsinin ərazi aidiyyatına aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İşə əlavə olunmuş portaldan çıxarışdan görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “MPM-in 35.3, 36.11, 36.13, 37, 54, 87.1, 233.3 maddələrinə əsasən və problemli kreditlərin həllilə əlaqədar Prezidentin 551 saylı Fərmanının tələblərini rəhbər tutaraq, kreditinin manatla artmış hissəsinin təyin edilməsi və silinməsi, ona hesablanmış faiz, dəbbə pulunun ləğvi tələbinə görə yeni məhkəmə icraatının başlanmasına” dair iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etsə də, cavabdehin hüquqi ünvanı ünvan 2quqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bu səbəbdən də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “MPM-in 35.3, 36.11, 36.13, 37, 54, 87.1, 233.3 maddələrinə əsasən və problemli kreditlərin həllilə əlaqədar Prezidentin 551 saylı Fərmanının tələblərini rəhbər tutaraq, kreditinin manatla artmış hissəsinin təyin edilməsi və silinməsi, ona hesablanmış faiz, dəbbə pulunun ləğvi tələbinə görə yeni məhkəmə icraatının başlanmasına” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar