Məhkəmə qərarları › İş №2(051)-161/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-161/2023

13.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-161/2023 13.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdehlər “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X3, X5 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi və X1rşı səhhətə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair işə baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi və X1rşı səhhətə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər məhkəməyə gəlmişlər, lakin iddiaçı məhkəməyə gəlməmişdir və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, izah edilməlidir ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə ərizənin baxılmamış saxlanması haqqında öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi və X1rşı səhhətə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə ərizənin baxılmamış saxlanması haqqında öz qərardadını ləğv edir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar