Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-161/2025 07.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı çıxarışların və əqdlərin etibarsız hesab edilməsi və sonuncu çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə aid çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 qardaşı Cavabdeh2 xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsinə əsasən bağışladığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə aid çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə aid Çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 12 oktyabr 2022-ci ildə Rusiya Federasiyasında vəfat etmişdir. Atasının ölümündən sonra ünvan 1 ünvanda yerləşən mənzil miras qalmışdır. Atasının bütün vərəsələri onun xeyrinə miras paydan imtina etmişlər. ünvan 2 ünvanda yerləşən mənzil 5539/94c nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən mərhum X8nun mülkiyyətində olmuşdur. İddiaçı Mingəçevir şəhər “Asan Xidmət” mərkəzində olarkən miras qalmış mənzilin qəbulu ilə bağlı müraciət etmiş, Qeydiyyat vəsiqəsinə baxarkən ona bildirmişlər ki, bu qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Soruşulduqda bildirilmişdir ki, 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə mənzilə Qeydiyyat vəsiqəsi ləğv edilərək, X5 adına keçmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 159/2015 saylı 03 fevral 2015-ci il tarixli qiyabi qətnaməsini 15 may 2024-cü il tarixdə əldə edib, qiyabi qətnamə ilə tanış olduqda məlum olmuşdur ki, cavabdeh X13 məlumatı olmadan Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qanunsuz olaraq iddiaçı X5 iddiası təmin edilmişdir. X6 adından X12 ünvan 3 ünvanda yerləşən 40 saylı mənzili X2 barədə 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız edilməsi, həmin alqı-satqı müqaviləsinin və 06 may 2002-ci il tarixli 5539/94c saylı Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi və ünvan 3 ünvanda yerləşən 40 saylı mənzilə dair alqı-satqı müqaviləsi X9 ilə X23 arasında bağlanmış hesab edilməsi qət edilmişdir. Mərhum X8 xeyli müddətdir ki, Rusiya Federasiyasında yaşamışdır. 12 oktyabr 2022-ci ildə Rusiya Federasiyasında vəfat etmişdir. Atalarından miras qalmış mənzili digər övladların imtinasında sonra onun adına rəsmiləşdirmək istəmişdirlər. Məhkəmə 2002-ci ildə bağlanmış alqı-satqı müqaviləsini 2015-ci il tarixdə 13 ildən sonra etibarsız hesab etmişdir. Hazırda ləğv olmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-159/2015 saylı 03 fevral 2015-ci il tarixli qiyabi qətnaməsi əsasında Məsimova X7 şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı Qeydiyyat nömrəsinə əsasən Çıxarış almışdır. Bundan sonra Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilini qardaşı Cavabdeh2 bağışlamışdır. Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı Qeydiyyat nömrəsinə əsasən Çıxarış almışdır. Vəkil sorğusu əsasında Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-159/2015 saylı 03 fevral 2015ci il tarixli qiyabi qətnaməsi əldə edildikdən sonra, ərizə verilərək qiyabi qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1412/2024 saylı 30 may 2024-ci il tarixli qərardadına əsasən, ərizə təmin edilmiş, iddiaçı X5 cavabdeh X17, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsinə qarşı "alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin onunla 3-cü şəxs X12 arasında bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-(051)-159/2015 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. Qiyabi qətnamənin ləğvi barədə ərizə verildikdən sonra tərəflərə ərizəyə baxışla bağlı bildirişlər göndərilmiş, məlumatlandırılmışdırlar. Məhkəmə prosesinin gedişində X9 və onun qardaşı Cavabdeh2 qiyabi qətnaməsi ləğv edilməsini bildikdən sonra, Cavabdeh2 formal olaraq Cavabdeh3 alqı-satqı yolu ilə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilini satmışdır. Cavabdeh2 ilə Cavabdeh3 arasında Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə dair bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, mənzil 25000 manata satılmışdır. Halbuki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzili 45000 manatdır. Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı Qeydiyyat nömrəsinə əsasən adına Çıxarış almışdır. Mingəçevir Şəhər Məhkəməsinin 16(051)- 61/2024 saylı 11 iyun 2024-ci il tarixli qərardadına əsasən, ərizə təmin edilmiş, məhkəmənin icraatında olan 2(051 )-1412/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək X5 mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşən mənzilinin üzərinə həbs qoyulması qərara alınmışdır. İddiaçı X9 məhkəmə iclasına gəlmədiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1412/2024 saylı xx.xx.2024-ci il tarixli qərardadına əsasən, iddiaçı X5 cavabdeh X17, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin onunla 3-cü şəxs X12 arasında bağlanmış hesab edilməsi” tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-159/2015 saylı 03 fevral 2015ci il tarixli qiyabi qətnaməsi ləğv edildiyi və iddiaçı X9 məhkəmə iclasına gəlmədiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1412/2024 saylı xx.xx.2024-ci il tarixli qərardadına əsasən, iddiaçı X5 cavabdeh X17, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin onunla 3-cü şəxs X12 arasında bağlanmış hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlandığı üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-159/2015 saylı 03 fevral 2015-ci il tarixli qiyabi qətnaməsi əsasında əldə edilmiş bütün hüquqi sənədlərin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək göstərmişdir ki, atası, evi qardaşı və onun arvadı Nəzmiyə üçün 2002-ci ildə Yasin adlı şəxsdən almışdır. 2004cü ildə qardaşı ölmüşdür. Gəlinləri Nəzmiyə qardaşı qızı ilə həmin evdə yaşamışlar. Daha sonra Nəzmiyə evi kirayə vermişdir. Kirayə pulunu Nəzmiyə götürmüşdür. 2015-ci ildə Nəzmiyə məhkəmə qətnaməsi ilə evi öz adına keçirmişdir. Evin qeydiyyat vəsiqəsi onda olmuşdur. Buna görə də evin Nəzmiyənin adına keçməsindən nə atasının nə də özünün xəbəri olmamışdır. Atası heç vaxt qeyd olunan mənzildə yaşamamışdır. Atası Yevlax rayonu, Tanrıqulular kəndində yaşamışdır. Atası Rusiyaya gedib-gəlmişdir. Atası 2022-ci ilin oktyabrında ölmüşdür. Atasının ölümündən 1 həftə sonra Nəzmiyə evi öz qardaşına bağışlamışdır. 2024-cü ildə evin Nəzmiyənin adına keçməsi ilə bağlı qiyabi qətnaməni atasının vərəsəsi kimi ləğv etdirmişdir. Nəzmiyənin iddiası baxılmamış saxlanmışdır. Nəzmiyyənin qardaşı evi tanımadığı Şirvan adlı şəxsə satmışdır. Həmin evin qaytarılmasını istəyir. Hesab edir ki, ev ölmüş qardaşının və Nəzmiyənin birgə nikahından doğulmuş qızlarına çatmalıdır. Əgər Nəzmiyə evi öz qardaşına bağışlamasaydı bu iddianı qaldırmazdı. Bu iddianı qaldırmaqda məqsədi evin Nəzmiyənin qızına çatmasını istəməsidir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər, əvvəlki iclasda iştirak edən Cavabdeh3 iddia tələbi ilə razı olmayaraq, o, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 39 saylı evin 40 saylı mənzilini Cavabdeh2 almışdır. xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 39 saylı evin 40 saylı mənzilini 25000 manata ona satmışdır. Alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə tam riayət olunmaqla Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisində rəsmiləşdirilmiş, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış və buna dair ona müvafiq çıxarış verilmişdir. Üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndənin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar: AZ-T 216297 №li xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, xx.xx.1984-cü ildə 835 № ilə doğum haqqında akt qeydləri kitabında qeyd edilmişdir. X8, anası X10r. AZ-T 082401 №li xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1966-cı ildə Yevlax rayonu, Varvara kəndində doğulmuş, xx.xx.1966-cı ildə 95 № ilə doğum haqqında akt qeydləri kitabında qeyd edilmişdir. X8, anası X10r. xx.xx.2024-cü il tarixdə Yevlax Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ailə tərkibinə dair arvadı X15 (vəfat edib), oğulları X28 (vəfat edib), X29 (vəfat edib), X30, qızları X18, X19, X16, X20, İddiaçı olması barədə məlumatlar aşkar edilmişdir. 5539/94c №li Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən bir otaqdan ibarət yaşayış evi X17 2 saylı notariat kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə-217 saylı reyestr müqaviləsi adına mülkiyyət hüquqi əsasında xx.xx.2002-ci il tarixdə 5539/94c № ilə reyestr kitabına yazılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-159/2015 saylı qiyabi qətnaməsindənin surətindən görünür ki, X6 adından X12 ünvan 6 ünvanda yerləşən 40 saylı mənzili X2 barədə xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi və xx.xx.2002-ci il tarixli 5539/94c saylı qeydiyyat vəsiqəsi ləğv edilmiş, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 39 ünvanda yerləşən 40 saylı mənzilə dair alqı-satqı müqaviləsi Cavabdeh1 ilə X24 arasında bağlanmış hesab edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1412/2024 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X17, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin onunla 3-cü şəxs X12 arasında bağlanmış hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1412/2024 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X17, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X14 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin onunla 3-cü şəxs X12 arasında bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-159/2015 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(051)-61/2024 saylı qərardadından görünür ki, Məhkəmənin icraatında olan 2(051)-1412/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək Cavabdeh1 mülkiyyətində olmuş, ünvan 1 ünvanında yerləşən mənzilinin üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş məlumata əsasən, xx.xx.2024-cü il tarixli, 16(051)-61/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2024cü il tarixdə həbs qoyulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ******* №li RX seriyalı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.3 kv.m olan mənzil Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.3 kv.m olan 1 otaqlı mənzil Cavabdeh2 hədiyyə edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.3 kv.m olan mənzil Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Məsimov X11 şəhəri, 20 Yanvar küçəsi, ev 39, mənzil 40 ünvanında yerləşən ümumi sahəsi 35.3 kv.m, yaşayış sahəsi 17.1 kv.m, yardımçı sahəsi 18.2 kv.m olan 1 otaqlı mənzili 25000 manat qiymətinə alıcı Cavabdeh3 satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.3 kv.m olan mənzil Cavabdeh3 adına xx.xx.2024-cü il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası, İvanov vilayəti, İvanov şəhərində vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, X1 Ələmdar Mehdi oğlunun xx.xx.2022-ci ildə vəfatından sonra qalmış miras qəbul etmək və vərəsəlik işini aparmaq, mirasdan imtina etmək hüququ ilə İbrahimova (Kərimova) Leyla Ələmdar qızına etibar etmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, X3 Ələmdar Mehdi oğlunun xx.xx.2022-ci ildə vəfatından sonra qalmış miras qəbul etmək və vərəsəlik işini aparmaq, mirasdan imtina etmək hüququ ilə İbrahimova (Kərimova) Leyla Ələmdar qızına etibar etmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamədən görünür ki, X4 Ələmdar Mehdi oğlunun xx.xx.2022-ci ildə vəfatından sonra qalmış miras qəbul etmək və vərəsəlik işini aparmaq, mirasdan imtina etmək hüququ ilə İbrahimova (Kərimova) Leyla Ələmdar qızına etibar etmişdir. 2-502 saylı xx.xx.2007-ci il tarixli Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 39 saylı evin 40 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə qeydiyyata alınması qət edilmişdir. İşin müəyyən olunmuş halları: Daşınmaz əmlak 2002-ci il tarixli alğı-satqı müqaviləsi ilə iddiaçının atasının mülkiyyətinə keçmişdir. İddiaçının qardaşı və qardaşı arvadı qeyd olunan əmlakda yaşamış, orada təsərrüfat aparmışlar. İddiaçının atası həmin evə gəlib getmişdir. 2004-cü ildə iddiaçının qardaşı ölmüşdür. 2007-ci il gəlin qeyd olunan daşınmaz əmlaka köçmə tələbi ilə məhkəmədə iddia qaldırmış və iddiası təmin olunmuşdur. 2015-ci ildə gəlin qeyd olunan daşınmaz əmlaka dair qayınatası ilə digər şəxs arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilənin həmin şəxslə öz arasında bağlaması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiası qiyabi qətnamə ilə təmin olunmuşdur. (2024-cü ildə iddiaçının atasının ölümündən iki il sonra həmin qiyabi qətnamə ləğv olunmuşdur, ərizə baxılmamış saxlanılmışdır). 2022-ci ilin oktyabrn 12-də iddiaçının atası ölmüşdür. İddiaçının atası qeyd olunan qətnaməni sağlığında 7 il ərzində mübahisələndirməmişdir. Evdə gəlin uşağı ilə yaşamışdır. Daha sonra həmin evdə kirayəçi yaşamışdır. Kirayə pulunu gəlin götürmüşdür. İddiaçının atası öləndə əmlak onun mülkiyyətində olmamışdır. İddiaçı 2023-cü ilin iyun ayından sonra notariat orqanına qeyd olunan daşınmaz əmlakın qəbulu ilə bağlı müraciət etmişdir. İddiaçının bildirdiyinə görə atası və özləri atasının sağlığında Nəzmiyənin evi özünün mülkiyyətinə keçirməsindən xəbərsiz olmuşlar. Belə ki, qeydiyyat vəsiqəsi iddiaçıda olmuşdur. Yalnız 2023-cü ilin iyunundan sonra evin Nəzmiyənin mülkiyyətinə keçməsini bilmişlər. Cavabdeh3 evi 25000 manata Nəzmiyənin qardaşı Xaliqdən almışdır. O, iddiaya etiraz edərək bildirir ki, çıxarışla ev Xaliqə məxsus olmuşdur. Notariusun iştirakı ilə alğı-satqı baş tutmuşdur. O, övladını gələcəkdə evlə təmin etmək üçün ev axtarmışdır. Daşınmaz əmlak agenti evin satıldığını bildirmişdir. O, evə baxmışdır. Daha sonra ev yiyəsi ilə danışaraq məhz 25000 almaq istədiyini bildirmişdir. Aralarında razılıq olmuş və o, evi almışdır. O, reyestrin məzmununun dəqiqliyinə inanmışdır. Ona görə də belə hesab edir ki, onunla Xaliq arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;(...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;(...) 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (28 dekabr 2023-cü ilədək qüvvədə olan) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Məhkəmə işin müəyyən olunmuş hallarına hüququ tətbiq etməklə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, daşınmaz əmlak onu satanın mülkiyyətində olduğundan daşınmaz əmlakı notarial qaydada bağlanan alğı-satqı müqaviləsi ilə alan Cavabdeh3 reyestrin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsalanmaqla vicdanlı əldə edən olmuşdur. Ona görə də onunla satıcı arasında bağlanmış müqavilə etibarsız hesab oluna bilməz. Digər tərəfdən qeyd olunan daşınmaz əmlak 2015-ci ildən Cavabdeh1 mülkiyyətində olmuşdur. Yəni daşınmaz əmlak məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 adına qeydə alınmışdır. Beləliklə daşınmaz əmlak qanuni əsaslarla reyesterdə qeydə alınıb. İddiaçının atası sağlığında 7 il ərzində mənzilin Nəzmiyənin adına qeydə alınmasını mübahisələndirməmişdir. İddiaçının atasının və özünün 7 il ərzində qeyd olunan daşınmaz əmlakın atasının mülkiyyətindən çıxmasını bilməməsi ağlabatan deyil. Bundan başqa iddiaçının atası öləndə həmin daşınmaz əmlak mirasqoyanın (atasının) mülkiyyətində olmadığından iddiaçı vərəsə kimi həmin əmlaka dair hüquqlar irəli sürə bilməz. Eyni zamanda iddiaçı atasının vərəsəsi kimi həmin vaxt qüvvədə olan qanunvericilik normasına uyğun olaraq ölən şəxsdən qalan hər hansı əmlakı qanunda nəzərdə tutulmuş qaydada və ya müddət ərzində qəbul etməmişdir. Bununla yanaşı iddiaçının mənzilin Cavabdeh1 mülkiyyətində olduğu halda belə bir iddianı irəli sürməyəcəyini bildirməsi dolayısı ilə daşınmaz əmlakın atasının sağlığında Nəzmiyənin mülkiyyətində olmasına həm atasının, həm də özünün etiraz etmədiyindən xəbər verir. Belə olan halda cavabdeh Nəzmiyənin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Nəzmiyə ilə qardaşı arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsızlığını iddia etməsi vicdanlılıq prinsipinə ziddir. Ona görə də ilk növbədə Cavabdeh3la Cavabdeh2 arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində iddia rədd edilməlidir. Bununla yanaşı iddia Cavabdeh1 adına verilmiş çıxarışın, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinə əsasən verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə aid çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 qardaşı Cavabdeh2 xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsinə əsasən bağışladığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə aid çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Mingəçevir şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 40 saylı mənzilinə aid Çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Güləndam Quliyeva