Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1620/2023 01.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 912.36 manat məbləğində pulun və faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin 1 manat bank xidməti haqqının alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair məhkəməyə ərizə göndərmişdir . İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli 819rstMNG/19 saylı kredit müqaviləsi üzrə ona zamin olmuşdur. Bundan sonra Cavabdeh həmin krediti ödəməkdən qəsdən yayınmış və kredit borcu onun əmək haqqına yönəldilərək, aylıq əmək haqqından 946.13 qəpik bank borcu və 66.23 manat məcburi icra ödənişi də daxil olmaqla, cəmi 1012.36 manat pul tam şəkildə onun tərəfindən "xxxx" ASCyə ödənilmişdir. O, dəfələrlə borclu Cavabdeh, onun əvəzinə banka ödədiyi 1012.36 manat pulun ona ödəməsini tələb etsə də, o, müxtəlif bəhanələrlə həmin məbləğdə pulu bu günə qədər ona qəsdən ödəməmiş, yalnız bir dəfə 23 fevral 2023-cü il tarixdə 100 manat pulu milliön aparatı vasitəsilə ödəyib ödəniş qəbzini ona təqdim etmişdir. Cavabdehin bu ödənişdən sonra cəmi 912.36 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh «Mingəçevir Evakuator yük daşıma xidmətində» işləyir. Ona görə də hesab edir ki, Cavabdeh "xxxx" ASC-yə olan borcuna görə həmin banka ödədiyi 912.36 manat və iddia ərizəsi üzrə ödədiyi 30 manat dövlət rüsumu, bank xidməti 1 manat pul Cavabdeh məhkəmə qaydasında tutularaq ona verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Milliön elektron ödəmə sistemi vasitəsi ilə 100 manat məbləğində ödəniş edilmişdir. İşdə olan 14 oktyabr 2019-cu il tarixli 819rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli 819rstMNG/19 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan 329№li hərbi hissənin xx.xx.2023-cü il tarixli 48 saylı məktubundan görünür ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1979/2021 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə aktına əsasən N saylı hərbi hissənin mülki işçisi İddiaçı əmək haqqından hər ay mütəmadi olaraq tələb olunan bank ödənişləri göstərilən hesaba 946.13 qəpik bank borcu və 66.23 manat məcburi icra ödənişi də daxil olmaşla, cəmi 1012.36 manat məbləğində pul tutularaq borc tam ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında 14 oktyabr 2019-cu il tarixli 819rstMNG/19 saylı kredit müqaviləsi bağlanmışdır. Həmçinin cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə ödənilmədiyindən, bank tərəfindən məhkəməyə müraciət edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)- 1979/2021 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada 911.28 əsas borcun, 4.84 manat faiz borcu olmaqla, cəmi 916.12 manat kredit borcunun, eləcə də 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd edilən icra sənədi üzrə borclar iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən yaranan öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi mülki hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh banka olan 912.36 manat kredit borcu iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə iddiaçıya reqress qaydada ödənilməli olan pul vəsaitinin məbləği ilə bağlı hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan 329№li hərbi hissənin xx.xx.2023-cü il tarixli 48 saylı məktubundan görünür ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1979/2021 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə aktına əsasən N saylı hərbi hissənin mülki işçisi İddiaçı əmək haqqından hər ay mütəmadi olaraq tələb olunan bank ödənişləri göstərilən hesaba 946.13 qəpik bank borcu və 66.23 manat məcburi icra ödənişi də daxil olmaşla, cəmi 1012.36 manat məbləğində pul tutularaq borc tam ödənilmişdir. Cavabdeh tərəfindən həmin borcdan yalnız 100 manat məbləği ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun bir qisminin iddiaçı tərəfindən ödənilməsi, habelə cavabdehin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan, təmin edilməli və cavabdehdən 912,36 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və cavabdehdən 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 912.36 (doqquz yüz on iki manat otuz altı qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1620/2023
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1620/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver