Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1621/2021 02.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi Mahmudov Alim Nuru oğlu, nümayəndəsi və vəkili X7, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 45 №-li evin 26 №-li mənzili oğlu Fəridin xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh atası Bəşir Abbasov şəhərdə tanınmış sələmçidir. Onun cavabdehə 18.000 manat borcu olmuşdur. Cavabdehin təkidi ilə iddiaçı oğlu İddiaçı ona məxsus olan mənzilini 23 iyun 2018-ci il tarixli alqı-satqı müaviləsi ilə 19600 manat müqabilində Cavabdeh adına rəsmiləşdirmişdir. Halbuki, həmin mənzilin bazar qiyməti hal-hazırda minimum 53.000 manatdır. Mənzildə istfadə hüququ olan iddiaçının bibisi X3 şikayət ərizəsi lə Mingəçevir şəhər Polis şöbəsinə müraciət etmiş, Mingəçevir ŞPŞ-nin TB tərəfindən “Cinayət işinin başlanması rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Sonradan Cavabdeh Mingəçevir şəhər məhkəməsinə müraciət edərək iddiaçının və bibisi Natella Mahmudovanın mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia təmin edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə ki, alqı-satqı müqaviləsində mənzil 19600 manat qiymətləndirilmişdir.Lakin mənzilin bazar qiyməti minimum 53000 manatdır. İddianın təmin olunmasını, mənzilin real və faktiki satış qiyməti arasındakı fərqi, yəni 33.400 (otuz üç min dörd yüz) manat pulun cavabdeh Asif Abbasovdan alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Bayramov Mahir Qədim oğlu da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının oğlu İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri N.Nərimanov küçəsi 45 №-li evin 26 №-li mənzilini satmaq qərarına gəlmişdir. Aralarındakı razılığa görə iddiaçı mənzili 19600 manata onlara satmalı oldu. Mənzilin əsaslı təmrə ehtiyacı var idi, mənzildə heç kim yaşamırdı. Fikirləşdi ki, mənzili həmin qiymətə alar, sonra təmir etdirər. Aralarında bağlanmış 23 iyun 2018-ci il tarixli alqı-satqı müqavilləsinə əsasən İddiaçı həmin mənzili onun oğlu Cavabdeh 19600 manata satmışdır. Mənzili aldıqdan sonra təmir işləri aparmışlar. Lakin mənzil oğlunun xoşuna gəlmədiyinə görə, təmirdən sonra 2019-cu ilin oktyabr ayında Musayev Qurban Sadıq oğluna 3000 manata satmışdır. Bu vaxta qədər iddiaçı heç vaxt mənzilin alqı-satqısına dair müqaviləni mübahisələndirməmişdir. Hazırkı iş üzrə İddiaçı və həmin mənzildə qeydiyyatda olan X3 mənzildən qeydiyyatdan çıxmadıqlarına, əşyalarını mənzildən götürmədiklərinə görə onlara qarşı mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Mingəçevir şəhər məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Həmin vaxt da iddiaçı mənzillə bağlı mübahisə olduğunu bildirməmişdir. İddia əsassız olduğuna görə təmin olunmamasını xahiş edir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* AN-1 №-li 23 iyun 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri N.Nərimanov küçəsi 45 №-li evin 26 №-li mənzilini 19600 manata Cavabdeh satılması barədə müqaviləni imzalamışdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-1452/2019 №-li 05 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər İddiaçı və X2 qarşı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 45 №-li evin 26 №-li mənzilindən çıxarılma və mənzilin boşaldılması barədə iddiası təmin olunmuş, cavabdehlər İddiaçı və X1 şəhəri N.Nərimanov küçəsi 45 №-li evin 26 №-li mənzilindən çıxarılmaları, mənzilin boşaldılması qət edilmişdir. İşdə olan Cavabdeh ilə X8 arasında bağlanmış, Mingəçevir Regional “Asan xidmət” notariat ofisində təsdiq olunmuş ******* AN-İ №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri N.Nərimanov küçəsi 45 №-li evin 26 №-li mənzilini Q.Musayevə 30000 manata satmışdır. İddiaçı tələbində 18000 manat borca görə mülkiyyətində olan Mingəçevir şəhəri N.Nərimanov küçəsi 45 №-li evin 26 №-li mənzilini 19600 manata cavabdehin adına sənədləşdirdiyini, halbuki həmin mənzilin satış qiyməti 53000 manat olduğuna görə, mənzilin faktiki satış qiyməti ilə real qiyməti arasındakı fərqi, yəni 33400 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək iddiaçı mülkiyyətində olan mənzili borcuna görə onun adına sənədləşdirmədiyini, mənzili alqı-satqı müqaviləsi əsasında ona satdığını, mənzil yaşayış üçün yararsız olduğuna, əsaslı təmirə zərurət olduğuna görə mənzilin qiymətini 19600 manata razılaşdıqlarını bildirdi. Azərbayca Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları ilə müəyyən edildi ki, iddiaçı mülkiyyətində olmuş Mingəçevir şəhəri N.Nərimanov küçəsi 45 №-li evin 26 №-li mənzili aralarındakı razılaşmaya əsasən 19600 manata cavabdehə satmış və bununla bağlı aralarında 23 iyun 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflərin hüquq və vəzifələri, şərtləri müqavilədə əks olunmuş, onlar razılaşaraq müaviləni imzalamışlar. İddiaçı həmin müqaviləni cavabdehin təkidi ilə bağladığını bildirsə də, o, həmin müqaviləni mübahisələndirməmişdir. Aralarında mənzilin razılaşdırılmış qiymətə alqı-satqısı ilə bağlı müqavilə bağlanmış olduğu halda, iddiaçı cavabdehdən əlavə olaraq pul tələb edir. Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlı deyil, ona görə də iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1621/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1621/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver