Məhkəmə qərarları › İş №2(051)-1622/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1622/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1622/2021 09.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı Daşdəmr qızı, Cavabdeh iştirakı ilə, İİddiaçı Daşdəmr qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Daşdəmr qızı Cavabdeh qarşı 1800 (bir min səkkiz yüz) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Daşdəmr qızı iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh onun qonşuluğunda kirayə mənzdə yaşadığı vaxtdan tanıyır, səmimi münasibətləri olub və onun inamını qazanıb. Bu səbəbdən də Cavabdeh təxminən bir il bundan əvvəl ona müraciət edərək qızının cərrahi əməliyyat olunması üçün pul lazım olduğunu bildirmiş və ona 800 manat borc pul verməyini xahiş etmişdir. O da aralarındakı olan inam və etibara görə cavabdehə 800 manat borc pul vermişdir. O, cehizlik ev əşyaları satırdı. Cavabdeh ondan 1000 manat dəyərində həmin əşyalardan özü aparıb satmaq məqsədi lə nisyə almış və bu günə qədər həmin pulu da ödəməmişdir. Beləliklə Cavabdeh hal-hazıradək ona 1800 manat pul borcu vardır. Cavabdehdən dəfələrlə borcun qaytarmasını tələb etsə də hər dəfə bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bu barədə Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. İddianın təmin olunmasını, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, o, həqiqətən də iddiaçıdan 800 manat borc pul və satmaq üçün müxtəlif əşyalar almış və həmin əşyaların bir qisminin pulunu qaytarmışdır. İmkanı olmadığı üçün iddiaçıdan aldığı 800 manat pulu və alverdən qalan 1000 manat-cəmi 1800 manat pulu imkanı olmadığına görə qaytara bilməmişdir. Borcunu qaytaracaqdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdeh Rəna Süleynmanova İddiaçı 800 manat borc pul almış, eləcə də qiymətini ödəmək şərti ilə 1000 manat qiymətində əşyalar almışdır. Beləliklə cavabdehin iddiaçıya 1800 manat borcu yaranmışdır. Lakin cavabdeh həmin borcu ödəməmişdir. Bu, həmçinin cavabdehin öz etirafı ilə də müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 1800 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı Daşdəmr qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar