Məhkəmə qərarları › İş №2(051)-1623/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1623/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1623/2021 01.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Alemzar Həmid qızının katibliyi İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. İddiaçı X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh onda 28.12.2020-ci il tarixdə 7000 manat borc pul almış və həmin borcu istədiyi vaxt qaytaracağını bildirmişdir. Cavabdeh həmin pulu ondan aldığına dair öz xətti və imzası ilə borc müqaviləsi bağlanmışdır. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh borclu olduğu 7000 manat pulu indyənə kimi ona qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulun qaytarmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək hal-hazıradək pulu qaytamamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını, Cavabdeh 7000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhəkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş 28.12.2020-ci borc müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı X1 7000 manat borc pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülkli Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıdan 7000 manat borc pul almışdır. Borc olaraq aldığı həmin pulu cavabdeh qaytarmağı öhdəsinə götürmüş, lakin borcu qaytarmamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıqır və iddia təmin olunmalı, cavabdehdən 7000 manat pul alınıb iddiaçıya verilməlidir. Mülkü Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 238-253-cü maddələrini rəhbər tutub, məhkəmə Qət e t d i: İddia təmin olunsun. Cavabdeh 7000 (yeddi min) manat və dövlət rüsumu kimi odənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar