Məhkəmə qərarları › İş №2(051)-1626/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1626/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1626/2021 18.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə baxaraq Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək bildirmişdi ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır və orada yaşayır. Ona görə də mülki işin baxılması üçün ərazi aidiyyətinə göndərilməsini xahiş edir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin sisteminin portal çıxarışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda qeydiyyatdadır. Həmçinin, iş materiallarından görünür ki, digər Cavabdeh2 Bakı şəhərində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən məhkəmənin öz icraatına qəbul etdiyi işi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa o halda başqa məhkəməyə verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.3, 44.2.2, 45.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar