Məhkəmə qərarları › İş №2(051)-163/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-163/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-163/2023 18.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində pulun və 51 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana gələrək ona təcili 3000 manat pul lazım olduğunu bildirmişdir. O da cavabdehə iki ay müddətinə 3000 manat borc olaraq pul vermiş və bu barədə cavabdeh qəbz də yazmışdır. Lakin, cavabdeh pulu dediyi vaxtda geri qaytarmamışdır. Dəfələrlə pulunu ondan tələb etsə də, bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, onun pula ehtiyacı olduğu üçün İddiaçı anası Adilədən borc pul almışdır. Həmin vaxt Muxtar da anasının yanında olmuşdur. Lakin Muxtar adlı şəxsdən heç bir borc pul almamışdır. İddia ərizəsinə əlavə edilmiş qəbzlər onun tərəfindən yazılmamış və imzalanmamışdır. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, taksi sürücüsüdür. İddiaçı və cavabdehlə tanışdır. Həqiqətən də, cavabdeh iddiaçıdan 3000 manat borc olaraq pul istəmiş və həmin pulu iddiaçı cavabdehə onun idarə etdiyi avtomobildə vermişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, işdə olan sənədləri, ekspertiza rəyini və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 3000 manat məbləğində pulun borc verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 2 ay müddətinə 3000 manat məbləğində borc pul almışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/125 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(051)-163/2023 saylı mülki işin 46-cı vərəqəsində Cavabdeh adından olan “Mən Cavabdeh mənə məxsus ola maaş kartımı....” sözləri ilə başlayıb, “...bütöv şəkildə özümə qaytarır” sözləri ilə bitən borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza, mülki işin 47-ci vərəqəsində Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli “3000 manata” dair “Mən Cavabdeh...” sözləri ilə başlayıb, “....borcumu 2 ay müddətində qaytaracağıma söz verirəm” sözləri ilə bitən borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh iddiaçıdan borc olaraq pul istəmiş, iddiaçı cavabdehə iki ay müddətinə 3000 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin borcu iki ay müddətinə ödəməyi öhdəsinə götürmüş və o barədə yazılı qəbz vermişdir. Cavabdeh tərəfindən qeyd olunan qəbzdə mövcud yazının və imzanın ona məxsus olmadığını bildirmiş və bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən halları kimi qəbul edir və tərəflərin təqdim etdikəri sübutlar əsasında araşdırır. Cavabdeh qeyd olunan qəbzdəki yazıların və imzanın həqiqiliyini mübahisələndirildiyinə görə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/125 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 2(051)-163/2023 saylı mülki işin 46-cı vərəqəsində Cavabdeh adından olan “Mən Cavabdeh mənə məxsus ola maaş kartımı....” sözləri ilə başlayıb, “...bütöv şəkildə özümə qaytarır” sözləri ilə bitən borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza, mülki işin 47-ci vərəqəsində Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli “3000 manata” dair “Mən Cavabdeh...” sözləri ilə başlayıb, “....borcumu 2 ay müddətində qaytaracağıma söz verirəm” sözləri ilə bitən borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunduğu sübuta yetirilmişdir. Cavabdeh tərəf isə öz etirazlarının əsası kimi heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə, iddia tələbini təqdim edilmiş sübutlar və tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən edilmiş hallar əsasında həll edilməsinin mümkünlüyü qənaətinə gəlir. Belə ki, məhkəmə iclası zamanı cavabdeh tərəf iddiaçıdan 3000 manat pul almadığını, qəbzdə olan imzanın ona məxsus olmadığını bildirmiş, bu səbəbdən də, məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/125 saylı ekspert rəyinə əsasən, qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza, mülki işin 47-ci vərəqəsində Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli “3000 manata” dair “Mən Cavabdeh...” sözləri ilə başlayıb, “....borcumu 2 ay müddətində qaytaracağıma söz verirəm” sözləri ilə bitən borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunduğu sübuta yetirilmişdir. Göründüyü kimi cavabdehin izahatı ziddiyyətli olmuşdur. İddiaçı tərəf isə cavabdehin bildirdiklərini qəbul etməmişdir. Cavabdeh tərəf isə iddiaçıya borcunun olmadığına dair sübut təqdim etməmiş, yalnız formal mülahizələr irəli sürməklə kifayətlənmişdir. Məhkəmə müəyyən olunmuş bu hallara əsaslanaraq, iddiaçının izahatında göstərdiklərini, cavabdeh tərəfin bildirdiklərinə münasibətdə daha inandırıcı hesab edir və nəzərə alır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə 3000 manat borc pul vermişdir. Cavabdeh isə həmin pulu qəbzə şəxsən imza etməklə iddiaçıdan almış və iki ay ərzində qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh 3000 manat məbləğində pulu qaytarmamışdır. Nəticədə, iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından, 3000 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 51 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216–220, 241, 242, 244 və 253-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar