Məhkəmə qərarları › İş №2(051)-164/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-164/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-164/2023 10.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə onun da tanıdığı X4 ilə birlikdə yaşadığı ünvana gələrək, həyat yoldaşı ağır xəstə olduğunu, təcili pul lazım olduğunu bilidirərək ondan 3000 manat borc pul istədi. Cavabdeh bildirdi ki, iki ay müddətində kredit götürüb borcunu qaytaracaqdır. Cavabdeh, həmçinin bildirdi ki, hərbidə işləyir, əmək haqqı katını ona verəcəkdir. O da iki ay kartdan pulu çıxarıb cavabdehə verməli idi. Əgər iki aydan sonra da cavabdeh pulu qaytarmasa o, cavabdehin ona olan 3000(üç min) manat borcunu kartdan çıxartdıqdan sonra cavabdehə qaytarmalı idi. Onlar bu şərtlə razılaşdıqdan sonra cavabdehə 3000 manat borc pul verdi. Ondan iki ay müddətinə 3000 manat borc pul alması barədə cavabdeh ona yazılı qəbz də verdi. Cavabdeh özünə məxsus əmək haqqı kartını ona vermiş, o da iki ay həmin kartdan pulu çıxarıb cavabdehə vermişdir. Bu barədə də cavabdeh ona qəbz vermişdir. Sonra cavabdehə məxsus kartdan pul çıxarmaq istədikdə məlum oldu ki, kartda pul yoxdur. Öyrəndi ki, Cavabdeh işdən azad olunub. Sonra o, dəfələrlə cavabdehə sifariş göndərsə də, telefon zəngləri etsə də cavabdeh aldığı borc pulu ona qaytarmaqdan boyun qaçırdı. Daha sonra isə onun telefon zənglərinə də cavab vermədi. Ona görə də məhkəməyə müraciət etməyə məcbur oldu. İddianın təmin olunmasını, cavabdehdən 3000(üç min) manat borc pulun və dövlət rüsumu kimi ödəmiş olduğu 51(əlli bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasını vaxtı və yeri barədə məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, həqiqətən də xx.xx.2022-ci ildə tanıdığı Məhəmməd Məmmədovla İddiaçı evinə getmiş, iddiaçıdan borc pul almışdır. Lakin o, iddiaçıdan 3000(üç min) manat deyil, 2000(iki min) manat borc pul almışdır, ancaq həmin pul ödənilmişdir. Belə ki, o, əmək haqqı kartını iddiaçıya vermiş, iddiaçı da ona borc verdiyi məbləğdə pulu kartdan çıxarmışdır. İddiaçıya borcu qalmamışdır. X1 məhkəmə iclasında verdiyi fadəsində bildirdi ki, o, həm Cavabdeh, həm də İddiaçı tanıyır. Cavabdeh hərbi hissədə işlədiyini bilirdi. Cavabdeh ona 3000 (üç min) manat pul lazım olduğunu, borc pul almaq istədyini bildirdi. Nurlanın xahişi ilə onlar birlikdə xx.xx.2022-ci ildə İddiaçı yaşadığı evə getdilər. Nurlan həyat yoldaşının xəstəliyi ilə bağlı ona təcili pul lazım olduğunu İddiaçı bildirdi. Aralarındakı razılaşmadan sonra İddiaçı Cavabdeh iki ay müddətində qaytarmaq şərti ilə 3000(üç min) manat pul verdi. Bu barədə Cavabdeh İddiaçı yazılı qəbz verdi. Həmçinin, aralarındakı razılığa görə Cavabdeh özünə məxsus əmək haqqı kartını İddiaçı vedi. Ona görə ki, İddiaçı kartdan pulu çıxarıb Cavabdeh verməlidir, iki ay müddətində Nurlan aldığı borcu qaytarmasa idi, iki aydan sonra İddiaçı kartdan, borc ödənilənədək pulu çıxarıb özündə saxlamalı idi. İki aydan sonra İddiaçı onların evinə gələrək Cavabdeh kartında pul olmadığını, Nurlan onun zənglərinə cavab vemədiyni, onun vasitəsi ilə Nurlana borc pul verdiyini, Nurlanla əlaqə saxlamasını, borcunu ödəməməsi səbəbini öyrənməyini dedi. O, Cavabdeh zəng edərək pulu ödəməməyi, borcu qaytarmamğın səbəbini soruşdu. Cavabdeh xəstəxanada olduğunu, xəstəxanadan çıxan kimi özü gəlib məsələni həll edəcəyini bildirdi. Lakin həmin vaxtdan xeyli müddət keçsə də Nurlan ya gəlmədi, ya borcu ödəməməsi səbəbini bildirmədi, ya da telefon zənglərinə cavab vermədi. Məhkəmə tərəfləri, şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Ağcəbədi RİHB-nin Ağcabədi şəhər İƏD üzrə nümayəndəlikdən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan göünür ki, Əliyeva X2 şəhəri H.Əliyev prospekti 145 №-li evdə yaşayır. İşdə olan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qəbzdə göstərilir ki, mən Cəfərov X3 şəhərində yaşayıram, hal-hazırda Ağdam rayonunun Kəngərli qəsəbəsində yerləşən N saylı hərbi hissədə işləyirəm, pula ehtiyacım olduğu üçün Ağcabədi rayonu H.Əliyev prospekti 146 №0li evdə yaşayan İddiaçı 3000 manat borc pul aldım, aldığım borcumu 2 ay müddətində qaytaracağıma söz verirəm. İşdə olan Cavabdeh tərəfindən verilmiş qəbzdə göstərilir ki, mən Cavabdeh mənə məxsus olan maaş kartımı Ağcabədi rayonunda yaşayan İddiaçı verdim, o, hər ay kartımdan çıxan pulumu bütöv şəkildə özümə qaytarır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində cavabdehə 3000 manat borc pul verdiyini, lakin cavabdeh ona olan borcu qaytarmadığını bildrmiş və tələbini cavabdeh tərəfindən ona verilmiş qəbzlərlə əsaslandırmışdır. Cavabdeh isə məhkəmə iclasında iştirak edən zaman iddia tələbinə etiraz edərək, iddiaçıdan 3000 manat deyil, 2000 manat borc pul aldığını, həmin pulun, iddiaçı onun kartından çıxarmaqla, ödənildiyini bildirmiş, lakin etirazını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2022-ci ildə cavabdeh onun vasitəsi ilə iddiaçı ilə göüşüb, iddiaçıdan 3000 manat borc pul aldığını, lakin cavabdeh borc aldığı pulu qaytarmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdeh iddiaçədan borc olaraq aldığı pulu qaytarmadığına, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə iddia təmin olunmalı, Cavabdeh 3000 manat pul alınıb, İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 51 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu kimi ödənilmiş 51(əlli bir) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar